Kofe Al
  • Üzvlərimiz
  • Bloq
  • FAQ
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
  • Daxil ol Qeydiyyat
Kofe Al
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский

Sevdiyin işlə məşğul ol, izləyicilərindən dəstək qazan!

  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
    • Üzvlərimiz
    • Bloq
    • FAQ
Daxil ol Qeydiyyat
Bizi izləyin
Münasib Niftalıyev
  • Mavi
    Münasib Niftalıyev
  • 13 Baxış
  • 30.04.2026
  • 1 dəq oxuma

Mavi

Əzəldən bəri başımızın üstündəki sonsuz səmanı mavi rəngdə görmüşük. Dənizə baxırsan, yenə mavi görürsən. Hara baxırsan mavi, mavi, yenə də mavi. Lakin mavi təbiətdə ən nadir tapılan, əldə edilməsi ən çətin olan rənglərdən biri olub. Bəlkə də elə bu, mavini dərin kədərin simvoluna çevirib. Ona görə də deyirlər ki, mavi həm yaradılışın, həm də depressiyanın rəngidir.

Mavi

Pablo Pikasso həyatının ən ağır illərində fırçasını yalnız maviyə batıranda, əslində yoxsulluğun, tənhalığın və kədərin rəsmini çəkirdi. Onun "Mavi Dövrü" bizə göstərdi ki, ruh üşüyəndə dünya mavi rəngə boyanır. Bu rəng, odun istisindən ən uzaq nöqtə, duyğuların donmuş halıdır.

Mifologiyalarda və xalqların yaddaşında mavi həmişə ikili xarakter daşıyıb. Qədim türklərdə "Gök" həm müqəddəs səma, həm də əbədiyyətin simvolu olduğu halda, bəzi mədəniyyətlərdə o, sonsuz okeanların gətirdiyi o qorxulu naməlumluğu təmsil edir. Misirdə isə mavi "cənnətin daşı" sayılan Lapis Lazuli ilə eyniləşdirilirdi.

İnsanoğlu həm də torpaqda bitməyən "mavi qızılgüllərin" həsrətini çəkib. Yəni, təbiətdə olmayan o möcüzəvi, imkansız gözəlliyin. Bəzən bir gecənin yarısında, şəhərin soyuqluğu altında bir tənhalıqla baş-başa qalanda başa düşürük ki, bu taleyi biz yazmamışıq, o özü-özünü çəkib. Bəzən sadəcə dayanmaq və o maviliyi hiss etmək lazımdır. Çünki həyatın bütün qarmaqarışıqlığı içində hüzur, bəlkə də elə o dumanlı maviliyin içində gizlənib.

Digər məqalələr

Sonbahar Mektupları

Sonbahar Mektupları

  • 43 Baxış
  • 22.04.2026
  • 5 dəq oxuma
1. Bir Kadını Okumak: Bir kadını sevmek... Onu bir kitap gibi okumaya benzer. Ama bu, sandığın kadar kolay değil. Çünkü bazı kadınlar ilk sayfada ...
Hər kəs
Daha çox
Şüurdankənar dünya

Şüurdankənar dünya

  • 57 Baxış
  • 18.04.2026
  • 2 dəq oxuma
İnsan, şüurunun aydınlandırdığı yeri reallıq hesab edir. Bəs o zaman şüurumuzun aydınlandıra bilmədiyi, qaranlıq qalan yer necə olur? Həmin yer reallı ...
Hər kəs
Daha çox
kofe.al

Biz hər zaman istedadlı və yaradıcı insanların axtarışındayıq. Özünüzü tanıtmaqdan çəkinməyin!

Xüsusiyyətlər
  • Dəstək
  • Abunəlik
  • Mağaza
  • QR kodlar
  • Patreon Alternativi
İnteqrasiyalar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Haqqımızda
  • Qaydalar
  • Məxfilik

Copyright © 2026 BONPARA layihəsi. Bütün hüquqlar qorunur.