Kofe Al
  • Üzvlərimiz
  • Bloq
  • FAQ
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
  • Daxil ol Qeydiyyat
Kofe Al
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский

Sevdiyin işlə məşğul ol, izləyicilərindən dəstək qazan!

  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
    • Üzvlərimiz
    • Bloq
    • FAQ
Daxil ol Qeydiyyat
Bizi izləyin

İstifadə Qaydaları və Şərtləri

  • Home
  • İstifadə Qaydaları və Şərtləri

Kofe.al-a xoş gəlmisiniz.

Bu səhifədə www.kofe.al veb-saytımızdan və platformamızdan qeydiyyatdan keçmiş istifadəçi və ya qonaq kimi istifadə şərtləri göstərilir. Xahiş edirik, bu istifadə şərtlərini diqqətlə oxuyun. Saytdan istifadə etməklə siz istifadə şərtlərini qəbul edir və onlara riayət edəcəyinizi öhdənizə götürürsünüz. Əgər onları qəbul etmirsinizsə, saytdan istifadə etməməlisiniz.

Kofe.al, Azərbaycanda qeydiyyata alınmış Bonpara MMC ("Biz", "Bizi", "Bizim", "Kofeal") tərəfindən idarə olunan platformadır.

Bizimlə əlaqə üçün [email protected] ünvanına yazın və ya saytdakı Kömək Portalı (Help Portal) vasitəsilə müraciət edin.


Şərtlər


Xidmətin təsviri

Kofe.al bir platformadır; maliyyə qurumu, ticarət şirkəti, kreditor, xeyriyyə təşkilatı, məsləhətçi və ya broker deyil. Platforma elə qurulub ki, Məzmun yaradıcıları qeydiyyatdan keçib www.kofe.al/SəhifəAdı tipli öz səhifələrini yarada və fərdiləşdirə bilsinlər. Məzmun yaradıcıları öz səhifələrini şəkillər, mətn və video ilə bəzəyir; bu səhifə vasitəsilə isə Bəxşişlər, Sifarişlər, Məhsullar, Üzvlüklər və digər məzmun növlərinin satışını həyata keçirirlər. Dəstəkçilər bu məzmunu izləyə, Bəxşiş göndərə, ala və ya abunə ola bilərlər.

Qısaca // Məzmun yaradıcılarının məzmun satdığı, Dəstəkçilərdən mesaj və Bəxşiş aldığı bir icma yaradırıq.


Şərtlərin qəbulu

Platforma daxil olmaqla siz bu istifadə şərtlərini qəbul edir və tətbiq olunan yerli qanunlara riayət etməyi öhdənizə götürürsünüz.

Həmçinin Kofe.al hesabınıza qoşduğunuz xidmətlərin — məsələn, CibPay, Potmanat, Payriff, Stripe, YouTube, Twitch — öz şərt və qaydaları da sizin üçün məcburidir.

Əgər bu şərtlərdən hər hansı biri ilə razı deyilsinizsə, platformadan istifadə etmək qadağandır. Platformadakı bütün materiallar müəllif hüququ və ticarət nişanı qanunları ilə qorunur.

Qısaca // kofe.al-dan istifadə etməklə bu şərtlərlə razılaşırsınız.


Bu Şərtlərə və saytımıza dəyişikliklər

Biz bu şərtləri zaman-zaman yeniləyə bilərik. Saytdan hər istifadə etməzdən əvvəl qüvvədə olan şərtləri yoxlamağınızı tövsiyə edirik.

Bundan əlavə, abunəliklər, Üzvlüklər, müxtəlif funksiyalar, istifadəçi ehtiyacları, qanunvericilik və tənzimləyici tələblər, eləcə də biznes prioritetlərimizdəki dəyişikliklərə uyğun olaraq saytı da vaxtaşırı yeniləyə bilərik. Əhəmiyyətli dəyişikliklər haqqında sizi əvvəlcədən xəbərdar etməyə çalışacağıq.

Qısaca // Şərtləri və saytı zəruri bildikdə yeniləyə bilərik.


Məsuliyyətdən imtina (Disclaimer)

Kofeal platformasındakı bütün materiallar sizə "olduğu kimi" təqdim edilir. Bu o deməkdir ki, Kofeal platformadakı heç bir məzmunun, xidmətin və ya əməliyyatın keyfiyyətinə, düzgünlüyünə və ya yararlılığına zəmanət vermir.

Kofeal aşağıdakılara görə məsuliyyət daşımır:

  • Platformadakı materialların dəqiq, tam və ya sizə uyğun olması
  • Xarici linklər vasitəsilə keçdiyiniz saytlardakı məzmun
  • İstifadəçilərin platforma daxilində paylaşdığı məlumat və iddiaların doğruluğu


Məzmun yaradıcıları ilə bağlı:

Kofeal yalnız bir siyahılama platformasıdır. Yəni Kofeal məzmun yaratmır, satmır və heç bir məzmuna zəmanət vermir. Platformadakı bütün məzmun, Bəxşişlər, Üzvlüklər, Sifarişlər və digər alqı-satqılar bilavasitə Məzmun yaradıcısı ilə aranızdakı əməliyyatlardır.

Hər hansı problem, xəta və ya mübahisə yaranarsa, bunları birbaşa müvafiq Məzmun yaradıcısına bildirməlisiniz. Əgər ödəniş səhvən edilmişdirsə, bu halda [email protected] vasitəsilə Kofeal-a müraciət edə bilərsiniz — biz məsələni araşdırıb sizə kömək etməyə çalışacağıq.

Məzmun yaradıcıları Kofeal platformasında fəaliyyət göstərən müstəqil satıcılardır. Kofeal özünü heç bir xidmət və ya malın satıcısı kimi təqdim etmir.

Qısaca // Kofe.al-dan istifadə məsuliyyəti təmamilə sizin öhdənizdədir.


Məzmun yaradıcıları üçün məqbul istifadə

Məzmun yaradıcısı — kofe.al səhifəsi yaradan və ya platformadan Bəxşiş toplamaq, mesaj almaq, məzmun paylaşmaq və məzmun/üzvlük satmaq üçün istifadə edən şəxsdir. Platforma vasitəsilə yaratdığınız, yüklədiyiniz və ya dərc etdiyiniz bütün mətn, şəkil, video, link və digər məzmuna görə yalnız siz məsuliyyət daşıyırsınız.

Saytımıza məzmun yükləyərkən və ya digər istifadəçilərlə əlaqə saxlayarkən, həmin məlumatı paylaşmağa hüquqlu olduğunuzu təsdiqləyirsiniz. Bu öhdəliyi pozsanız, bizə dəyən zərəri ödəməyə borclu olursunuz.

Yüklədiyiniz məzmun məxfi sayılmır. Məzmun üzərindəki mülkiyyət hüququnuz qalsa da, bizə və digər istifadəçilərə həmin məzmunu istifadə etmək, saxlamaq, yaymaq və üçüncü tərəflərə çatdırmaq üçün məhdud lisenziya verirsiniz. Bu məzmundan platformamızı və biznesimizi inkişaf etdirmək məqsədilə istifadə edə bilərik.

Bundan əlavə, yüklədiyiniz məzmunun üçüncü şəxslərin müəllif hüquqlarını və ya məxfilik hüquqlarını pozduğunu iddia edənlərə kimliyinizi açıqlamaq hüququnu bizə verirsiniz.

Zəruri hesab etdikdə, platformadakı istənilən məzmunu yoxlamaq və silmək hüququna malikik.

Məzmun yaradıcısı olaraq, platform vasitəsilə əldə etdiyiniz şəxsi məlumatların (məs., izləyicilərin e-poçt ünvanları, alıcıların ad/ünvanları) qanuna uyğun işlənməsinə görə şəxsən cavabdehsiniz. Dəstəkçilərə aid məlumatlardan yalnız onlarla əlaqəniz çərçivəsində və qanuni qaydada istifadə etməlisiniz. Dəstəkçilərə öz məlumatlarını silmək və razılığı geri götürmək imkanını təmin etməlisiniz.

Məzmun yaradıcısı hesabı üçün ən azı 18 yaşınız olmalıdır.

Aşağıdakı məqsədlər üçün kofe.al-dan istifadə qadağandır:

  • Qanunları, dövlət tənzimləmələrini və pul yuyulmasına qarşı qaydaları pozan fəaliyyətlər
  • Platformaya qoşulan ödəniş provayderlərinin (CibPay, Potmanat, Payriff) qadağan etdiyi fəaliyyətlər — ətraflı: https://cibpay.az/user-agreement/
  • Böyüklər üçün və ya seksual məzmun: pornoqrafiya, müstehcəllik, fahişəlik, eskort, canlı böyüklər üçün çat xidmətləri və s.
  • Yanıltıcı, dəqiqliyi şübhəli və ya qeyri-dürüst məzmun
  • Zorakı və qansəli məzmun
  • Hər hansı şəxs, qrup və ya təşkilata qarşı nifrət nitqi, hədə və ya təhqir
  • Məzmun yaradıcısına qəsdən zərər vurmaq məqsədilə fırıldaqçı mübahisə taktikaları
  • Vergidən yayınmaq məqsədilə aparılan əməliyyatlar
  • Üçüncü şəxslərin əqli mülkiyyət hüquqlarını pozan məhsul və xidmətlər
  • Lotereya, şans oyunları və hədiyyə oyunları
  • Kofe.al-ın yolverilməz saydığı digər hər hansı fəaliyyət

Qısaca // Qanunsuz və ya zərərli məqsədlərlə kofe.al-dan istifadə etməyin. Platformadan yalnız qanuni, dürüst və pozitiv məqsədlər üçün istifadə etməlisiniz.


Dəstəkçilər üçün xüsusi şərtlər

Dəstəkçi — Məzmun yaradıcısının səhifəsinə ödəniş edən, Bəxşiş göndərən, mesaj yazan və ya Sifariş rəsmiləşdirən istənilən şəxs və ya qurumdur.

Kofe.al heç bir Məzmun yaradıcısının səhifəsinin, məqsədinin və ya paylaşdığı məzmunun doğru, dəqiq və ya qanuni olacağına zəmanət vermir. Dəstək verib-verməmək barədə qərar həmişə Dəstəkçinin özünün məsuliyyətidir. Lazım gəldikdə maliyyə, hüquqi və ya vergi sahəsində peşəkar məsləhət alınması tövsiyə olunur.

Dəstəkçi kimi qeydiyyat və ya platformadan istifadə üçün ən azı 18 yaşınız olmalıdır.

Platforma daxilində göndərdiyiniz bəzi mesajlar standart olaraq açıq görünə bilər və kofe.al daxilində, eləcə də xarici saytlar və sosial şəbəkələrdə istifadə oluna bilər. Mesajınızı gizli saxlamaq istəyirsinizsə, ödəniş zamanı "Məxfi mesaj"seçimini işarələməlisiniz. Bununla belə, ödəniş provayderləri hesab tipinizdən asılı olaraq müəyyən şəxsi məlumatlarınızı tərəflər arasında bölüşə bilər.

Aşağıdakı məqsədlər üçün kofe.al-dan istifadə qadağandır:

  • Qanunları, dövlət tənzimləmələrini və pul yuyulmasına qarşı qaydaları pozan fəaliyyətlər
  • CibPay, Potmanat və Payriff kimi ödəniş provayderlərinin qadağan etdiyi fəaliyyətlər
  • Böyüklər üçün və ya seksual məzmun: pornoqrafiya, müstehcəllik, fahişəlik, eskort, canlı böyüklər üçün çat xidmətləri və s.
  • Yanıltıcı, dəqiqliyi şübhəli və ya qeyri-dürüst məzmun
  • Zorakı və qansəli məzmun
  • Hər hansı şəxs, qrup və ya təşkilata qarşı nifrət nitqi, hədə və ya təhqir
  • Məzmun yaradıcısına qəsdən zərər vurmaq məqsədilə fırıldaqçı mübahisə taktikaları
  • Vergidən yayınmaq məqsədilə aparılan əməliyyatlar
  • Üçüncü şəxslərin əqli mülkiyyət hüquqlarını pozan məhsul və xidmətlər
  • Kofe.al-ın yolverilməz saydığı digər hər hansı fəaliyyət

Zəruri hesab etdikdə, platformadakı istənilən məzmunu yoxlamaq və silmək hüququna malikik.

Səhvən göndərilən Bəxşişlər, geri ödəmə tələbləri və ya Məzmun yaradıcısı ilə Dəstəkçi arasındakı pul mübahisələri ilə bağlı Geri Ödəmə Siyasəti bölməmizə baxın.

Qısaca // Məzmun yaradıcılarına Bəxşiş və mesajları öz riskinizlə göndərin.


Geri Ödəmə (Refund) Siyasəti

Əgər səhvən ödəniş etmisinizsə, bunu bizə bildirin — məsələni araşdırıb sizə kömək etməyə çalışacağıq.

Geri ödəmə tələbi üçün aşağıdakı şərtlər nəzərə alınır:

  • Tələb ödəniş tarixindən etibarən 24 saat ərzində bildirilməlidir
  • Ödənişin səhv edildiyi aydın şəkildə göstərilməlidir
  • Araşdırma başa çatdıqdan sonra geri ödəniş qərarı bildiriləcək

Geri ödəmə tələbi üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

⚠️ Qeyd: Geri ödəmə yalnız texniki səhv və ya istəksiz ödəniş hallarında mümkündür. Məzmun yaradıcısından aldığınız xidmət və ya məzmundan razı qalmadığınız hallarda isə mübahisəni birbaşa həmin Məzmun yaradıcısı ilə həll etməlisiniz.


Məzmun yaradıcısının Məzmunu

Məzmun yaradıcıları Sifariş qəbul edə, Bəxşiş toplaya, həmçinin Məhsul, Üzvlük və digər məzmun növlərini sata bilərlər.

Məzmun yaradıcısının məzmunu, Bəxşişlər və ya Üzvlüklərlə bağlı bütün əməliyyatlar birbaşa Məzmun yaradıcısı ilə Dəstəkçi/alıcı arasında baş verir. Belə əməliyyatlarla bağlı öz şərtlərini alıcıya təqdim etmək Məzmun yaradıcısının öhdəliyidir. Kofe.al bu satışlarda, Üzvlüklərdə və ya Bəxşişlərlə bağlı heç bir mübahisə, tələb və ya razılaşmada tərəf deyil; bunlardan irəli gələn geri ödəmələr, zərərlər və itkilərə görə məsuliyyət daşımır.

Qısaca // Kofe.al Məzmun yaradıcısının məzmunu, Bəxşiş, Üzvlük və digər əməliyyatlarda tərəf deyil.


Ödənişlər

Kofe.al ödəniş provayderı deyil. Ödənişlər kofe.al-dan kənarda, üçüncü tərəf ödəniş provayderləri (məs., CibPay, Potmanat) vasitəsilə Dəstəkçidən birbaşa Məzmun yaradıcısına ötürülür.

Platformadan istifadə etməklə siz bağlı ödəniş provayderlərinin şərtlərini də qəbul etmiş olursunuz. Kart məlumatlarınız və ödənişlərlə bağlı bütün məsələlərə görə həmin provayderlər cavabdehdir.

Bəxşiş "Məxfi" işarələnsə belə, ödəniş provayderləri hesab tipinizdən asılı olaraq müəyyən şəxsi məlumatlarınızı tərəflərə göstərə bilər. Bu məsələ ilə bağlı sual və ya narahatlığınız varsa, platformadan istifadə etməzdən əvvəl birbaşa müvafiq provayderlə əlaqə saxlayın.

Qısaca // Kofe.al əməliyyatları asanlaşdırır, lakin ödəniş provayderı deyil. Üçüncü tərəf şərtləri də sizin üçün keçərlidir.


Haqlar (Fees)

Kofe.al müəyyən funksiyalar və əməliyyatlar üçün haqlar tətbiq edə bilər. Tətbiq olunan abunəlik və əməliyyat haqları saytımızda vaxtaşırı yenilənərək göstərilir. Gələcəkdə istənilən əməliyyat növü üçün haqları dəyişdirmək və ya yeni haqlar əlavə etmək hüququnu saxlayırıq.

Seçdiyiniz abunəlik növündən asılı olaraq əməliyyat haqqı dəyişə bilər. Bəzi hallarda Kofe.al heç bir haq tutmaya da bilər; lakin bu, gələcəkdə də belə olacağı anlamına gəlmir.

Nəzərə alın ki, kofe.al özünü heç bir Məzmun yaradıcısının məzmununun, Üzvlüyün və ya digər mal/xidmətin satıcısı kimi təqdim etmir. Platformada etdiyiniz alışlar və göndərdiyiniz Bəxşişlər birbaşa Məzmun yaradıcısı ilə aranızdakı əməliyyatlardır. Bütün əməliyyat haqları isə üçüncü tərəf ödəniş provayderləri tərəfindən avtomatik tutulur.

Qısaca // Kofe.al funksiyaları üçün haqlar tətbiq oluna bilər. Bütün haqlar saytımızda və/və ya müvafiq funksiyanın yanında göstəriləcək.


Vergilər

Kofe.al vasitəsilə əldə etdiyiniz Bəxşişlər, Üzvlük ödənişləri və satışlara hansı vergilərin tətbiq olunduğunu müəyyənləşdirmək tamamilə sizin məsuliyyətinizdir. Verginin düzgün hesablanması, yığılması, bəyan edilməsi və ödənilməsi öhdəliyi də sizin üzərinizdədir.

Kofe.al sizin adınızdan heç bir vergi toplamır, ödəmir və vergi məsləhəti vermir.

Qısaca // Vergilər sizin məsuliyyətinizdir.


Sayta keçid vermə və məlumat toplanması

Kofe.al-ın yazılı icazəsi olmadan platformadakı məzmunu — istər əl ilə, istərsə də avtomatik üsulla — kopyalayıb yenidən dərc etmək qadağandır. Həmçinin saytımız yazılı icazə olmadan başqa saytlarda "frame" edilə bilməz.

Sayta keçidlər yalnız Məzmun yaradıcısının səhifəsini tanıtmaq məqsədilə verilməli və yuxarıdakı şərtlərə uyğun olmalıdır. Platforma ilə əlaqə üçün botlardan və digər avtomatik vasitələrdən istifadə etmək qadağandır.

Bu icazələri əvvəlcədən xəbərdarlıq etmədən geri almaq hüququnu saxlayırıq. Materiallardan başqa məqsətlər üçün istifadə etmək istəyirsinizsə, [email protected] ünvanına müraciət edin.

Qısaca // Platformanın məlumatlarını icazəsiz kopyalamayın və ya avtomatik toplanmayın.


Xarici saytlara keçidlər

Kofe.al-da göstərilən xarici keçidlər yalnız məlumat məqsədilə təqdim edilir. Həmin saytların məzmununa nəzarətimiz yoxdur və onlar üçün məsuliyyət daşımırıq. Keçidin mövcudluğu həmin saytın kofe.al tərəfindən dəstəkləndiyini bildirmir. Xarici saytlardan istifadə tamamilə sizin riskinizdir.

Qısaca // Kofe.al-dan xarici saytlara keçərkən məsuliyyət sizdədir.


Hesab məlumatları

Sizə verilən və ya seçdiyiniz istifadəçi adı, parol və digər giriş məlumatlarını məxfi saxlamalısınız. Bu məlumatları heç bir üçüncü şəxsə açıqlamamalısınız.

Bu şərtləri pozduğunuz qənaətinə gəlsək, hesabınıza aid istənilən giriş məlumatını əvvəlcədən xəbərdarlıq etmədən deaktiv edə bilərik.

Hesab məlumatlarınızın başqa birinin əlinə keçdiyini bilsəniz və ya şübhələnsəniz, dərhal [email protected] ünvanına məlumat verin.

Qısaca // Kofe.al hesab məlumatlarınızı təhlükəsiz saxlayın.


Şəxsi məlumatlar

Şəxsi məlumatlarınızı yalnız Məxfilik Siyasətimizə (https://kofe.al/en/p/privacy) uyğun olaraq işləyirik. Saytdan istifadə etməklə, məlumatlarınızın həmin siyasətdə göstərildiyi qaydada toplanmasına və istifadəsinə razılıq vermiş olursunuz.

Başqasına məxsus şəxsi məlumatları həmin şəxsin razılığı olmadan yükləməyin və istifadə etməyin.

Ödəniş əməliyyatları zamanı Dəstəkçinin məlumatları birbaşa ödəniş provayderləri (CibPay, Potmanat, Payriff, Stripe) vasitəsilə ötürülür. Kofe.al bu məlumatların provayderlər tərəfindən necə işləndiyinə nəzarət etmir. Ətraflı məlumat üçün müvafiq ödəniş provayderinin məxfilik siyasətinə baxın.

Kofe.al və platformadan istifadə edən Məzmun yaradıcıları Dəstəkçilərə aid şəxsi məlumatları müstəqil məlumat operatorları kimi ayrı-ayrılıqda işləyirlər. Hər tərəf daxil etdiyi şəxsi məlumatlara görə özü cavabdehdir. Kofe.al, Məzmun yaradıcısının Dəstəkçi məlumatlarını düzgün istifadə etməməsindən irəli gələn heç bir tələbə cavabdeh deyil. Məzmun yaradıcıları isə Dəstəkçi məlumatlarından səhv istifadə nəticəsində kofe.al-a dəyən zərər və cərimələri ödəməyi öhdələrinə götürürlər.

Qısaca // Şəxsi məlumatlarınızı Məxfilik Siyasətimizə uyğun işləyirik. Dəstəkçi məlumatlarından istifadəyə görə Məzmun yaradıcıları cavabdehdir.

Məsuliyyətin məhdudlaşdırılması

Qanunun bizə yüklediyi məsuliyyətdən imtina etmirik və onu məhdudlaşdırmırıq. Lakin qanunun icazə verdiyi həddə kofe.al-ın platformadan istifadə ilə bağlı dolayı, təsadüfi və ya nəticəvi zərərlərə görə məsuliyyəti məhdudlaşdırılır.

Qısaca // Qanunla müəyyən edilmiş məsuliyyətimizi tam daşıyırıq.


Məzmun yaradıcıları üçün məsuliyyətin məhdudlaşdırılması

Kofe.al aşağıdakı hallarda yaranan itki və zərərlərə görə məsuliyyət daşımır:

  • Platformadan istifadə etmək və ya istifadə edə bilməmək nəticəsində dəyən zərər
  • Platformadakı məzmuna əsaslanaraq qərar qəbul etməkdən irəli gələn itkilər

Xüsusilə aşağıdakılara görə məsuliyyət daşımırıq:

  • Mənfəət, satış, gəlir və ya biznes itkisi
  • Biznesin dayandırılması
  • Gözlənilən qənaətin əldə edilməməsi
  • Biznes imkanlarının, nüfuzun və ya şöhrətin itirilməsi
  • Hər hansı dolayı və ya nəticəvi zərər

Bu məhdudiyyətlər həmin zərərlərin əvvəlcədən görünüb-görünməməsindən asılı olmayaraq, müqavilə, hüquqazidd əməl və ya hər hansı başqa əsasla irəli sürülən tələblərə şamil edilir.

Qısaca // Kofe.al platformadan istifadə ilə bağlı dolayı və nəticəvi zərərlərə görə məsuliyyət daşımır.


Məzmun yaradıcısının verifikasiyası

Ödəniş almaq və toplanmış vəsaiti karta köçürmək üçün Məzmun yaradıcıları mütləq verifikasiya prosesindən keçməlidir. Verifikasiya tamamlanmayan hesablara limitlər tətbiq olunur; ödəniş alma və vəsait çıxarma funksiyaları bloklanır.

Verifikasiya üçün aşağıdakılar tələb olunur:

  1. Profil məlumatları — Özünüz haqqında bütün məlumatları tam və düzgün doldurmalısınız. Ayarlar bölməsindən aktiv sosial media hesablarınızın və ya saytınızın keçidlərini əlavə etməlisiniz.
  2. Kofe.al keçidinin paylaşılması — Dəstəkçilərinizi yönləndirdiyiniz sosial media hesabınızda və ya saytınızda öz kofe.al keçidinizi paylaşmalısınız.
  3. Bank kartının əlavə edilməsi — Vəsait çıxarmaq üçün etibarlı bank kartınızı hesabınıza bağlamalısınız.

Yuxarıdakı tələbləri yerinə yetirməyən hesablar verifikasiyadan keçməyəcək və müəyyən müddət sonra bloklanacaq.

Verifikasiya uğurla tamamlandıqdan sonra adınızın yanında ✓ Verified ikonu görünəcək və ödəniş alma, vəsait çıxarma funksiyaları aktiv olacaq.

Qısaca // Ödəniş almaq üçün verifikasiyadan keçmək mütləqdir. Verifikasiya olmadan hesabınız məhdudlaşdırılacaq.


Dəstəkçilər üçün məsuliyyətin məhdudlaşdırılması

Kofe.al şəxsi, qeyri-kommersiya məqsədləri üçün nəzərdə tutulmuş platformadır. Saytdan kommersiya və ya biznes məqsədləri üçün istifadə etməməyə razılaşırsınız.

Platformadan istifadə nəticəsində yaranan mənfəət itkisi, biznes itkisi, biznesin dayanması və ya hər hansı biznes imkanının itirilməsinə görə kofe.al məsuliyyət daşımır.

Qısaca // Saytdan istifadə ilə bağlı bizdən zərərin ödənilməsini tələb edə bilməzsiniz.


Xətalar və viruslar

Kofe.al-ın hər zaman tam təhlükəsiz, virus və xətadan azad olacağına zəmanət vermirik. Öz məzmununuzu qorumaq və ehtiyat nüsxəsini saxlamaq tamamilə sizin məsuliyyətinizdir.

Platformaya daxil olmaq üçün öz cihazınızı, proqramlarınızı və antivirus vasitələrinizi özünüz konfiqurasiya etməlisiniz.

Aşağıdakılar qəti qadağandır:

  • Platforma virus, trojan, qurd (worm) və ya digər zərərli proqramlar daxil etmək
  • Serverimizə, məlumat bazalarımıza və ya əlaqəli sistemlərə icazəsiz giriş cəhdi
  • DoS və ya paylanmış DoS (DDoS) hücumu həyata keçirmək

Bu qaydaları pozmaq ciddi hüquqi nəticələrə səbəb ola bilər. Belə hallarda müvafiq hüquq-mühafizə orqanlarına məlumat veriləcək, kimliyiniz açıqlanacaq və platformadan istifadə hüququnuz dərhal dayandırılacaq.

Qısaca // Öz cihazlarınızı və məzmununuzu qoruyun; platformaya zərərli proqram və ya hücum yönəltməyin.


Ticarət nişanları və müəllif hüquqları

Kofe.al-ın ticarət nişanları, loqosu və korporativ üslubu əvvəlcədən yazılı razılığımız olmadan heç bir məqsədlə istifadə edilə bilməz.

Platformadakı bütün materiallar üzərindəki əqli mülkiyyət hüquqları bizə məxsusdur və ya lisenziyalaşdırılıb; dünyada müəllif hüquqları qanunları ilə qorunur.

İcazə verilənlər:

  • Şəxsi istifadə üçün səhifələri çap etmək və ya yükləmək
  • Məzmuna başqalarının diqqətini çəkmək (keçid paylaşmaq)

Qadağalar:

  • Çap edilmiş və ya yüklənmiş materialları dəyişdirmək
  • Şəkil, foto, video, audio və ya qrafikanı müşayiət edən mətndən ayırıb ayrıca istifadə etmək
  • Materiallardan kommersiya məqsədləri üçün istifadə etmək

Platformamızdakı məzmunun müəllifi kimi statusumuz həmişə tanınmalıdır.

Bu şərtləri pozduğunuz halda platformadan istifadə hüququnuz dərhal dayandırılacaq; yaratdığınız bütün nüsxələri geri qaytarmalı və ya məhv etməlisiniz.

Qısaca // Brendimizdən icazəsiz istifadə etməyin və materiallarımızı mənimsəməyin.


Düzəlişlər və texniki səhvlər

Platformadakı materiallarda texniki, çap və ya digər səhvlər ola bilər. Kofe.al-dakı məlumatların hər zaman dəqiq, tam və aktual olacağına zəmanət vermirik. Platformadakı materiallar xəbərdarlıq etmədən dəyişdirilə bilər; materialların müntəzəm yenilənməsi üzrə öhdəlik daşımırıq.

Qısaca // Platformadakı bəzi məlumatlar səhv ola bilər və buna görə məsuliyyət daşımırıq.


Xitam vermə (Dayandırma)

İnternet bağlantınızdan platformaya daxil olan bütün şəxslərin bu istifadə şərtləri və tətbiq olunan digər qaydalarla tanış olmasını və onlara riayət etməsini təmin etməlisiniz.

Kofe.al hesabınızı bağlamaq istəyirsinizsə, aşağıdakı səhifədəki addımları izləyin: https://kofe.al/en/panel/profile-settings

Xitam vermə — Məzmun yaradıcıları

Şərtlərin pozulması da daxil olmaqla, istənilən səbəbdən, əvvəlcədən xəbərdarlıq etmədən və məsuliyyət daşımadan kofe.al Məzmun yaradıcısının hesabını və bütün xidmətləri dərhal dayandıra bilər.

Abunəliyiniz varsa, onu ləğv etmək üçün saytımızda göstərilən qaydaları izləməlisiniz. Yalnız hesabı silmək təkrarlanan ödənişləri dayandırmır.

Kofe.al aşağıdakı hallarda abunəliyi məsuliyyət daşımadan dayandıra bilər:

  • Abunəlik borcunu vaxtında ödəməmisiniz və yazılı xəbərdarlıqdan sonra ən azı 30 gün gecikmədə qalmısınız
  • Bu istifadə şərtlərini əhəmiyyətli dərəcədə pozmusunuz

Bundan əlavə, səbəb göstərmədən istənilən vaxt abunəliyi dayandıra və ya ləğv edə bilərik. Bu halda qalan dövr üçün ödədiyiniz haqq sizə geri qaytarılacaq.

Xitam vermə — Dəstəkçilər

Şərtlərin pozulması da daxil olmaqla, istənilən səbəbdən, əvvəlcədən xəbərdarlıq etmədən və məsuliyyət daşımadan kofe.al Dəstəkçi hesabını və bütün xidmətləri dərhal dayandıra bilər.

Hesab bağlandıqdan sonra kofe.al-dan istifadə hüququnuz dərhal sona çatır. Bununla belə, müəllif hüquqları, məsuliyyətdən imtina, zərərin ödənilməsi və məsuliyyətin məhdudlaşdırılması ilə bağlı müddəalar qüvvədə qalmaqda davam edir.

Qısaca // Zəruri hesab etsək, xidməti sizə və ya hamıya dayandıra bilərik.


Tətbiq olunan qanun

Bu istifadə şərtləri — o cümlədən müqavilədənkənar mübahisələr də daxil olmaqla — İngiltərə hüququ ilə tənzimlənir. Hər hansı hüquqi mübahisə yarandığı təqdirdə siz və kofe.al İngiltərə məhkəmələrinin yurisdiksiyasını qəbul etmiş olursunuz.

Qısaca // Hüquqi məsələlər İngiltərə məhkəmələrində həll olunacaq.

kofe.al

Biz hər zaman istedadlı və yaradıcı insanların axtarışındayıq. Özünüzü tanıtmaqdan çəkinməyin!

Xüsusiyyətlər
  • Dəstək
  • Abunəlik
  • Mağaza
  • QR kodlar
  • Patreon Alternativi
İnteqrasiyalar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Haqqımızda
  • Qaydalar
  • Məxfilik

Copyright © 2026 BONPARA layihəsi. Bütün hüquqlar qorunur.