Backed by 500 brand Global

Kitab yaz , sevdiyin işlə məşğul ol,
izləyicilərindən dəstək qazan!


Yarat 🎉 Paylaş 🚀 Qazan ☕
DƏSTƏK AL

Bəxşiş qəbul edin

Kofe.al işlərinizi bəyənən insanlardan dəstək mesajları və bəxşiş almaq üçün unikal, əyləncəli və bəsit bir metodu təqdim edir! Kofealdan bəxşiş qutusu kimi istifadə edərək, dəstəkçilərinizin məşğuliyyətinizə töhfə verməsinə imkan verə bilərsiniz.

split Images
ONLAYN MAĞAZA

Məhsul və Xidmətlərinizi satın

Kofe.al Mağazanızı açaraq, dərhal rəqəmsal və ya fiziki əşyalar əlavə edin. Heç bir abunə və ya aktivləşdirmə haqqı yoxdur. Sadəcə məhsul və ya xidmətlərinizi yerləşdirərək, dərhal satışa başlayın!

`Nə satmaq olar?:
  • Fiziki məhsul
  • Digital məhsul
  • Affiliate məhsul
  • Xidmət
  • Tədbirə giriş
  • Çap işləri
ABUNƏLİK

Abunəlik təklif edin

Aylıq abunəlik kanalı yaradaraq, izləyicilərinizin eksklüziv üzvlərə çevrilməsinə imkan yaradın ki, sizə hər ay müxtəlif qiymət dərəcələrində dəstək ola bilsinlər.
Rollar, eksklüziv kontent və ya fiziki əşyalar kimi unikal hədiyyələrlə üzvləri mükafatlandırın.

FAQ

Sizi Maraqlandıran Suallara Cavablar

Kofe.al, pərəstişkarlarınızdan birbaşa gəlir əldə etməyiniz üçün ən sadə yoldur. Siz bəxşişlər qəbul edə, üzvlük səviyyələri yarada, onlayn mağaza aça və 9% platforma haqqı ilə komissiya ala bilərsiniz.

Sənətkarlar, Rəssamlar, Streamerlər, Podkastçılar, Yazıçılar, Fotoqraflar, Kinorejissorlar, İnfluencerlər və hər cür yaradıcı şəxslər Kofe.al-dan istifadə edirlər.

Bəxşiş ödənişləri növbəti gün sizin bank kartınıza köçürüləcək. Məhsul və xidmət satışından əldə edilən gəlirlər isə VÖEN-li bank hesabınıza köçürülür. Bu qədər sadə!

Biz bütün əməliyyat haqları və komissiyamız daxil olmaqla 9% komissiya alırıq.

Təbii ki, yox! Biz qəhvəni sevirik, amma bu, sadəcə dostluq metaforasıdır. Sadəcə, işinizi dəstəkləmək üçün pərəstişkarlarından "qəhvə almağı" xahiş etmək sadəcə "ianə vermək"dən daha bəsitdir. Siz həmçinin "qəhvə"ni öz zövqünüzü uyğun başqa bir şeyə dəyişə bilərsiniz. Məsələn kofe əvəzinə; çay, dönər, hamburger, su və ya pizza istəyə bilərsiniz.

Hər şey sizin izləyici və pərəstişkarlarınız ilə münasibət və kommunikasiyadan asılıdır. Kofe.al olaraq toplanacaq məbləğə heç bir limit tətbiq etmirik. Yetər ki, siz yaradın, paylaşın, satın və qazanın.

Patreon, BMC, Ko-fi kimi xarici analoqlardan əsas fərqimiz həm yaradıcı şəxslərn, həm də pərəstişkarlar üçün verdiyi üstünlüklər və dil seçimidir. Yaradıcı şəxslər xarici analoqlardan ödənişləri almaq üçün Azərbaycanda aktiv olmayan PayPal və Stripe kimi platformalardan ödənişləri almaq məcburiyyətindədilər. Pərəstişkarlar isə xarici ödəniş sistemləri ilə ödəniş etdiklərində əlavə 18% ƏDV vergisi ödəmək məcburiyyətində qaldıqlarından, ödəmələrin miqdarı daha az olur. Kofe.al ilə isə əlavə komissiya olmadan, yerli bank kartınıza ödəniş ala bilərsiniz.

Bəli, biz stripe və PayPal ilə də ödənişlər alaraq, sizin hesabınıza köçürə bilərik. Hazırda bu xidmət üzərində işlər aparılır və komissiya dərəcələri təyin edildikdən sonra, təqdim ediləcək.

Kofe.al layihəsi ABŞ-da qeydiyyatdan keçmiş BonPara Inc. şirkətinin Azərbaycandakı nümayəndəliyi olan BonPara MMC şirkətinin layihəsidir. Komanda və şirkətimiz 500 Global Akselerasiya proqramının məzunu və bir çox startup müsabiqələrin qalibidir.

BonPara olaraq şirkətimiz e-ticarət, onlayn ödənişlər və loyallıq proqramı üzrə müxtəlif həllər üzərində çalışır. Kofe.al bizim ilk sub layihəmizdir.
Bizdən danışırlar
  • Brand Image
  • Brand Image
  • Brand Image
  • Brand Image
  • Brand Image

Yaradıcı Şəxslər üçün unikal dəstək platforma.

Yarat 🎉 Paylaş 🚀 Qazan ☕

Qeydiyyat
Map Image