Kofe Al
  • Üzvlərimiz
  • Bloq
  • FAQ
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
  • Daxil ol Qeydiyyat
Kofe Al
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский

Sevdiyin işlə məşğul ol, izləyicilərindən dəstək qazan!

  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
    • Üzvlərimiz
    • Bloq
    • FAQ
Daxil ol Qeydiyyat
Bizi izləyin
Coşqun Kərimov
  • Olar ki, beynimdən çıxasan bugün?
    Coşqun Kərimov
  • 757 Baxış
  • 29.04.2024
  • 1 dəq oxuma

Olar ki, beynimdən çıxasan bugün?

Olar ki, beynimdən çıxasan bugün? Azacıq dincəlsin neyron yığınım.

Olar ki, beynimdən çıxasan bugün?

Olar ki, beynimdən çıxasan bugün?

Azacıq dincəlsin neyron yığınım.

Olar ki, olmasın olmalı olan?

Otaq sənsiz qalsın, təkcə mən olum.

Günəş şüasıyla ifşa edilib,

Dinməzcə yerlərə düşən toz olum...

Olar ki, yanımda gəzməsin əksin?

Sual soruşmasın, söz danışmasın,

Hər dəfə baxanda özgə birinə?

“Bu odur” düşünüb göz karıxmasın.

Olar ki, gedəsən çox uzaqlara?

Marsa, Venereya, nə bilim, aya.

Uçasan izindən bir iz qalmasın,

Rahat uç, arxada gözün qalmasın.

Otaq ortasında masa başında,

Otursun Əzrail, otursun Şeytan,

Domino oynayım hər ikisiylə,

“Balıq!” qışqıraraq çırpım son daşı,

Nəhayət ödəşim hər ikisiylə.

Görürsən necə də ahəngsiz çıxdı,

Mənasız, qaydasız, məntiqsiz çıxdı,

Rəzil-rüsvay oldum sərraf içində,

Çünki sözlər dolu, "SƏN" boş içimdə...

Xəyyam da deyir ki, dur bir içim də,

Mənim tək içməmiş dəm olanların,

Meyiddən beşbətər can sağlığına...

Digər məqalələr

Hamının Arzuladığı Hiss (Rəy)

Hamının Arzuladığı Hiss (Rəy)

  • 62 Baxış
  • 05.06.2026
  • 3 dəq oxuma
Coşqun dərs vermir, nəsihət vermir. O, sadəcə, söhbət edir – öz həyat hekayəsini, hisslərini, dünyaya baxışını bölüşür. “KVAN” – Holden Kolfildin dedi ...
Hər kəs
Daha çox
Redaktorun KVAN hissi

Redaktorun KVAN hissi

  • 156 Baxış
  • 01.06.2026
  • 7 dəq oxuma
Fürsət bilib etiraf etmək istəyirəm ki, şəxsi inkişafla bağlı “ağıl verən” kitabları oxumağa hövsələm olmayıb. Nəinki hövsələm olmayıb, bu məzmunda ol ...
Hər kəs
Daha çox
kofe.al

Biz hər zaman istedadlı və yaradıcı insanların axtarışındayıq. Özünüzü tanıtmaqdan çəkinməyin!

Xüsusiyyətlər
  • Dəstək
  • Abunəlik
  • Mağaza
  • QR kodlar
  • Patreon Alternativi
İnteqrasiyalar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Haqqımızda
  • Qaydalar
  • Məxfilik

Copyright © 2026 BONPARA layihəsi. Bütün hüquqlar qorunur.