Karyera məsləhətçisi | Təlimçi | Müəllim
"Hər kəs öz potensialına uyğun işdə olmalıdır" prinsipi ilə çalışıram. 5 ildir ki, peşəkar inkişafında dalana dirənənlərə, doğru sahəni seçməkdə çətinlik çəkənlərə və ya karyerasını növbəti mərhələyə daşımaq istəyənlərə strateji dəstək verirəm.
Günümü necə keçirirəm? Bir tərəfdən universitetlərdə tələbələrə dərslər deyir, gənclərin nəzəriyyəni praktika ilə birləşdirməsinə kömək edirəm; digər tərəfdən isə fərdi konsultasiyalar və təlimlər vasitəsilə CV hazırlığı, müsahibə taktikaları, işaxtarış strategiyaları və şəxsi brendinq üzrə praktiki addımları birlikdə atırıq. Məqsədim sadəcə məsləhət vermək yox, səni əmək bazarında rəqabətqabiliyyətli və özünə əmin mütəxəssisə çevirməkdir.
Karyeranı təsadüflərə yox, dəqiq strategiyaya bağlamaq istəyirsənsə, buradayam. Gəl, hədəflərinə birlikdə çataq!
İşləriniz irəli getsin hər zaman!
Yijjn km nl