Kofe Al
  • Üzvlərimiz
  • Bloq
  • FAQ
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
  • Daxil ol Qeydiyyat
Kofe Al
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский

Sevdiyin işlə məşğul ol, izləyicilərindən dəstək qazan!

  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
    • Üzvlərimiz
    • Bloq
    • FAQ
Daxil ol Qeydiyyat
Bizi izləyin
Maşının nəbzi | Pulse of a Machine
  • 2024-cü ilin sözü: beyin çürüməsi
    Maşının nəbzi | Pulse of a Machine
  • 275 Baxış
  • 17.12.2024
  • 2 dəq oxuma

2024-cü ilin sözü: beyin çürüməsi

Sosial mediada saatlarla aşağı, yuxarı, sağa, sola sürüşdürməyin zərərsiz olduğunu düşündüyümüz zaman Oksford Universiteti ilin sözü olaraq “beyin çürüməsi (brain rot)” sözünü elan edir.

2024-cü ilin sözü: beyin çürüməsi

Sosial mediada saatlarla aşağı, yuxarı, sağa, sola sürüşdürməyin zərərsiz olduğunu düşündüyümüz zaman Oksford Universiteti ilin sözü olaraq “beyin çürüməsi (brain rot)” sözünü elan edir.

37000-dən çox insan altı sözdən ibarət qısa siyahıdan qalibin seçilməsinə səs verib. Gəlin bu sözün rəqəmsal vərdişlərimiz əsasında nə demək olduğunu analiz edək.

Beyin çürüməsi nədir?

“Xüsusilə, əhəmiyyətsiz və ya mübahisəsiz hesab edilən materialın (bizim keysdə onlayn məzmunun) həddən artıq istehlakı nəticəsində insanın psixi və ya intellektual vəziyyətinin ehtimal edilən pisləşməsi”nə deyilir.

Nə vaxtsa tiktokda saatlar keçirəndən sonra özünüzü axmaq hiss etmisiniz? Ay yaşa, ondan! Bu, bir neçə beyin hüceyrəsini itirməklə yox, fasiləsiz rəqəmsal kontentləri istehlak etməyin sağlamlığımızı necə formalaşdıra bilməyi ilə bağlıdır.

İndi tənqidi düşüncə vaxtıdır

Fərqində olmadan saatlarla onlayn dünyada vaxt keçirmək asandır — virtual kontentlər o qədər maraqlı, əyləncəli, bəzən isə ağladıcıdır ki! Hər günümüz emosiya burulğanıdır.

Düşünərək, diqqətli şəkildə istehlak etdiyimiz kontenti seçmək isə gücləndiricidir.

Siz qarşınıza çıxan istənilən məlumatı sadəcə istehlak edirsiniz, ya tənqidi şəkildə yanaşıb onun sizə verdiyi zərəri minimuma endirirsiniz?

Rəqəmsal dünyadan detoks

Beyin çürüməsi ilə bu cür mübarizə aparmaq olar:

  • Ana səhifənizi səliqəyə salın. sizə maraqlı olan və olmayan kontentlərlə əlaqəniz alqoritmlərə lazımi məlumatı ötürəcək;
  • “Tech-free” saatlar planlayın. Yəni 1–2 saat üçün heç bir texnoloji alətdən istifadə etməyin;
  • Sizə xeyir verməyən kontentə sırf hamı izləyir deyə dəqiqələrlə, saatlarla vaxt xərcləməyin;
  • Hər gördüyünüz məlumata inanmayın. Rəqəmsal detoks çox vacibdir.
“Maşının nəbzi”nin rolu

Avqustdan bəri sizinlə media tənqidi, alqoritmlər, media nəzəriyyələri və jurnalistika mövzusunda kontent paylaşan səhifə kimi, “Maşının nəbzi” sizi beyin çürüməsindən uzaqlaşdırmaq üçün buradadır, çünki illərin təcrübəsi ilə onu deyə bilərəm ki, nəinki onlayn media, elə ənənəvi medianın özü də yalan danışmağa və insanlara lay-lay deməyə çox öyrəşib.

Bizim onlarla mübarizə üsulumuz isə savadımızdır.

Ona görə də səhifəni izləməyi, dostlarınızla bölüşməyi unutmayın: https://www.instagram.com/thepulseofa.machine/

Mənbələr:

The Guardian — ‘Brain rot’: Oxford word of the year 2024 reflects ‘trivial’ use of social media

BBC News — Losing your mind looking at memes? The dictionary has a word for that

Digər məqalələr

Mediadakı qərəzi bu 5 üsulla ifşa et

Mediadakı qərəzi bu 5 üsulla i

  • 145 Baxış
  • 08.02.2025
  • 3 dəq oxuma
Postu “Instagram”da gör: https://www.instagram.com/p/DD1WeAJOjyt ...
Hər kəs
Daha çox
7 günlük sosial media detoksu İŞDƏFTƏRİ

7 günlük sosial media detoksu

  • 136 Baxış
  • 08.02.2025
  • 1 dəq oxuma
🔖 “maşının nəbzi” media təşəbbüsü çox böyük həyəcan və həvəslə sizinlə “7 günlük sosial media detoksu” PDF-ni bölüşür. ...
Hər kəs
Daha çox
kofe.al

Biz hər zaman istedadlı və yaradıcı insanların axtarışındayıq. Özünüzü tanıtmaqdan çəkinməyin!

Xüsusiyyətlər
  • Destek
  • Abunəlik
  • Mağaza
  • QR kodlar
  • Patreon Alternativi
İnteqrasiyalar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Haqqımızda
  • Qaydalar
  • Məxfilik

Copyright © 2025 BONPARA layihəsi. Bütün hüquqlar qorunur.