Sosial mediada saatlarla aşağı, yuxarı, sağa, sola sürüşdürməyin zərərsiz olduğunu düşündüyümüz zaman Oksford Universiteti ilin sözü olaraq “beyin çürüməsi (brain rot)” sözünü elan edir.
37000-dən çox insan altı sözdən ibarət qısa siyahıdan qalibin seçilməsinə səs verib. Gəlin bu sözün rəqəmsal vərdişlərimiz əsasında nə demək olduğunu analiz edək.
“Xüsusilə, əhəmiyyətsiz və ya mübahisəsiz hesab edilən materialın (bizim keysdə onlayn məzmunun) həddən artıq istehlakı nəticəsində insanın psixi və ya intellektual vəziyyətinin ehtimal edilən pisləşməsi”nə deyilir.
Nə vaxtsa tiktokda saatlar keçirəndən sonra özünüzü axmaq hiss etmisiniz? Ay yaşa, ondan! Bu, bir neçə beyin hüceyrəsini itirməklə yox, fasiləsiz rəqəmsal kontentləri istehlak etməyin sağlamlığımızı necə formalaşdıra bilməyi ilə bağlıdır.
Fərqində olmadan saatlarla onlayn dünyada vaxt keçirmək asandır — virtual kontentlər o qədər maraqlı, əyləncəli, bəzən isə ağladıcıdır ki! Hər günümüz emosiya burulğanıdır.
Düşünərək, diqqətli şəkildə istehlak etdiyimiz kontenti seçmək isə gücləndiricidir.
Siz qarşınıza çıxan istənilən məlumatı sadəcə istehlak edirsiniz, ya tənqidi şəkildə yanaşıb onun sizə verdiyi zərəri minimuma endirirsiniz?
Beyin çürüməsi ilə bu cür mübarizə aparmaq olar:
Avqustdan bəri sizinlə media tənqidi, alqoritmlər, media nəzəriyyələri və jurnalistika mövzusunda kontent paylaşan səhifə kimi, “Maşının nəbzi” sizi beyin çürüməsindən uzaqlaşdırmaq üçün buradadır, çünki illərin təcrübəsi ilə onu deyə bilərəm ki, nəinki onlayn media, elə ənənəvi medianın özü də yalan danışmağa və insanlara lay-lay deməyə çox öyrəşib.
Bizim onlarla mübarizə üsulumuz isə savadımızdır.
Ona görə də səhifəni izləməyi, dostlarınızla bölüşməyi unutmayın: https://www.instagram.com/thepulseofa.machine/
The Guardian — ‘Brain rot’: Oxford word of the year 2024 reflects ‘trivial’ use of social media
BBC News — Losing your mind looking at memes? The dictionary has a word for that