Maşının nəbzi | Pulse of a Machine

Maşının nəbzi | Pulse of a Machine

Media təşəbbüsü
  • 13 Dəstəkçi
Maşının nəbzi | Pulse of a Machine üçün kitab al
Bu mesajı şəxsi edin

🌀 “Maşının nəbzi” nədir?

“Maşının nəbzi” Azərbaycanda media tənqidini əyləncəli, vizual hala gətirməyə çalışan könüllü media təşəbbüsüdür. 

Adını elə “mənbəyi bəlli olmayan, amma çox inandırıcı səslənən” informasiya maşınından götürüb. Həmin “maşının” nəbzini tutmağa çalışır.

Burada məqsəd nədir?✔ Medianın necə işlədiyini başa salmaq.✔ Media istifadəçilərini rəqəmsal mühitə qarşı daha şüurlu hala gətirmək.✔ "Trend" deyilən şeylərin arxasındakı struktur problemləri göstərmək.✔ “O xəbəri niyə elə yazdılar?” sualını gündəlik həyatımıza qaytarmaq.

🌀 Nə edir?

Media savadlılığı, senzura, qərəz və informasiya manipulyasiyası mövzularında karusel postlar, sarkazm dolu yazılarsosial media analizi edir.

Reallıqdan qaçmadan, amma auditoriyanı yormadan – sadə, amma ağıllı izahlarla.

Dəyər verdiyi şeylər: doğruluq, balans, təmsilçilik və tənqidi düşüncə.

🎓 Kurs haqqında da deyək:

Layihənin bir hissəsi olaraq media tənqidini öyrənmək istəyən insanlar üçün 1 həftəlik (4 video, 4 tapşırıq) “Medianı anlamaq: tənqidi düşüncə” adlı bir kurs da yaradıb. 

Bu kurs hansı yollarla fikrlərin sənə sırındığını və sənə necə fikir yox, hiss satıldığını göstərir. Media tənqidini sadəcə nəzəriyyə kimi yox, gündəlik vərdiş kimi təqdim edir.

📍 Harada tapa bilərsən?

Hazırda yalnız "Instagram"dadır:instagram.com/thepulseofa.machine