Claude Code ilə web sayt skill-i

Claude Code və digər süni intellekt agentləri ilə keyfiyyətli saytlar hazırlamaq üçün “skill” toplusu


31 baxış
26.10.2026
1 dəq oxuma

 

Bir dizayner Claude Code və digər süni intellekt agentləri ilə keyfiyyətli saytlar hazırlamaq üçün “skill” toplusu yayımlayıb.

Bunların köməyi ilə agent məhsulu özü araşdırır, səhifənin strukturunu və satışa yönəlmiş mətnləri hazırlayır, şriftləri, elementlər arasındakı məsafələri və vizual üslubu seçir. Ayrıca bir skill isə Figma-dakı statik dizaynları və ya ekran görüntülərini animasiyaya çevirə bilir.

Müəllifin hazırladığı nümunələr videodadır. Toplunu bu keçiddən əldə etmək olar.