Orxan Əhmədov

Orxan Əhmədov

Entrepreneur
  • 13 Dəstəkçi
Orxan Əhmədov üçün kofe al
Bu mesajı şəxsi edin

Bir dəfəyə max. dəstək 200 ₼22 kofe

Orxan Əhmədov
Entrepreneur

Mən, Orxan Əhmədov, 15 ildən artıq e-ticarət, sadiqlik proqramları, blockchain və kriptovalyuta, fintexinnovasiya sahələrində təcrübəyə malik sahibkar, təlimçi və mentoram. Hazırda BonPara şirkətinin təsisçisi və yaradıcıların öz kontent və fəaliyyətlərindən gəlir əldə etməsinə kömək edən Kofe.al platformasının rəhbəri kimi fəaliyyət göstərirəm.

500 Global akselerasiya proqramının məzunu və EBRD Star Venture proqramının iştirakçısıyam. Eyni zamanda ecomX inkubasiya proqramının rəhbəri və təlimçisi, Startup Azərbaycan, AzTUAzMİU inkubatorları, eləcə də ABB İnnovasiya proqramında təlimçi və mentor kimi fəaliyyət göstərmişəm. Yeni Fikir, SeedStars Azərbaycan, Road to Skolkovo, MilliNetNetty kimi müsabiqələrin qalibi və mükafatçısı olmuşam.

15 illik sahibkarlıq fəaliyyətim ərzində səkkiz startap qurmuş, layihələrim üçün həm yerli, həm də xarici investorlardan investisiya və maliyyə dəstəyi cəlb etmişəm. Müxtəlif startap və innovasiya proqramlarında mentor, təlimçi, spiker, ekspertmünsif kimi iştirak edərək 200-dən çox gənc sahibkarın və startap komandasının inkişafına dəstək göstərmişəm.

Global Innovation Institute tərəfindən təqdim olunan Certified Innovation Strategist - CInS®Authorized Innovation Assessor - AInA® sertifikatlarına sahibəm. Bu ixtisaslaşmalar mənə şirkətlərin innovasiya strategiyalarını hazırlamaq, onların innovasiya potensialını və mövcud idarəetmə sistemlərini qiymətləndirmək, inkişaf istiqamətlərini müəyyənləşdirmək və innovasiya proseslərinin tətbiqi üzrə praktiki tövsiyələr vermək imkanı yaradır.

Bununla yanaşı, KOICA, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Korea Institute for Development Strategy və Soongsil University tərəfindən təşkil olunan Senior Manager CourseTrain the Trainer Program proqramlarını tamamlamışam. Bu proqramlar strateji idarəetmə, liderlik, layihələrin planlaşdırılması, biliklərin sistemli şəkildə ötürülməsi və effektiv təlim proqramlarının hazırlanması üzrə bacarıqlarımı daha da inkişaf etdirib.

Topladığım sahibkarlıq, innovasiya və beynəlxalq proqram təcrübəsini gənclərlə bölüşərək onların karyera seçimlərini daha düzgün etmələrinə, ideyalarını real layihələrə çevirmələrinə və qlobal imkanlardan faydalanmalarına dəstək olmağa çalışıram.