Bizi saat oyadır, hədəflərimiz ayağa qaldırır

Hər səhər yeni bir fürsətdir - öyrənmək, çalışmaq və istədiyin həyata bir addım da yaxınlaşmaq üçün. Bəs sizi hər səhər ayağa qaldıran nədir? ☕️✨


42 baxış
02.09.2026
1 dəq oxuma

Məni hər səhər yuxudan qalxıb kompüterimi açmağa, işləməyə, araşdırmağa və yeni bir şey öyrənməyə vadar edən məqsədlərimdir.

Həyatımın son illəri mənə öyrətdi ki, böyük arzular səbir, intizam və davamlı zəhmət tələb edir. PhD yolunu gedərkən eyni zamanda ana olmaq, ailə, iş və digər məsuliyyətləri birlikdə daşımaq hər zaman asan olmayıb. Amma bütün bunların içində məni irəli aparan bir sual olub: “Mən necə bir gələcək qurmaq istəyirəm?”

Özüm üçün… Oğlum üçün… Ailəm üçün… Daha yaxşı yaşamaq, daha çox öyrənmək, daha çox qazanmaq və qazandığım bilik və imkanlarla ətrafımdakı insanlara da faydalı ola bilmək üçün.

Mən öz ən məhsuldar saatlarımı səhərlərdə tapmışam. Ətraf sakit olur, diqqətimi yayındıran şeylər azalır və düşüncələrimi daha rahat toplaya bilirəm. Maraqlıdır ki, araşdırmalar da insanın chronotype-ı, yəni fərdi bioloji ritmi ilə koqnitiv və akademik performans arasında əlaqə olduğunu göstərir (Preckel et al., 2011). Yəni hər kəs üçün eyni saat ideal olmasa da, özümüzün daha məhsuldar olduğumuz vaxtı tapmaq və ondan düzgün istifadə etmək vacibdir.

Mənim üçün bu vaxt səhərdir. ☀️

Səhərin ilk saatları sadəcə günün başlanğıcı deyil- özümə, arzularıma və qurmaq istədiyim gələcəyə ayırdığım zamandır.

Çünki bəzən uğur böyük addımlarla başlamır. Bəzən hamı yatarkən qalxıb kompüterini açmaq və özünə “bu gün də davam edirəm” deməklə başlayır. ☕️💻

Bəs sizi hər səhər oyanmağa nə vadar edir? Öz ən məhsuldar saatlarınızı nə zaman tapmısınız? ✨

İstinad:
Preckel, F., Lipnevich, A. A., Schneider, S., & Roberts, R. D. (2011). Chronotype, cognitive abilities, and academic achievement: A meta-analytic investigation. Learning and Individual Differences, 21(5), 483–492. https://doi.org/10.1016/j.lindif.2011.07.003