Haqqımda
Salam! Mən Məhin Abas Cəbrayılova ali təhsil üzrə PhD və tədqiqatçıyam.
Hazırda ABŞ-da Saint Louis Universitetində tədqiqatçı olaraq çalışıram. Akademik və peşəkar fəaliyyətim boyunca təhsil, tədqiqat, layihələrin idarə olunması, sahibkarlıq və gənclərin inkişafı istiqamətlərində çalışmışam.
Bu platformanı yaratmaqda əsas məqsədim təhsil və karyera yolunu müəyyənləşdirməyə çalışan gənclərlə öz bilik və təcrübəmi bölüşməkdir. Burada:
mövzularında maarifləndirici paylaşımlar edəcəyəm və fərdi konsultasiya xidmətləri göstərəcəyəm.
İnanıram ki, düzgün məlumat, doğru istiqamətləndirmə və düşünülmüş qərarlar gənclərin qarşısında yeni imkanlar aça bilər. Məqsədim sadəcə məlumat vermək deyil, gənclərin öz potensiallarını daha yaxşı tanımalarına, imkanları araşdırmalarına və gələcəkləri ilə bağlı daha şüurlu qərarlar vermələrinə dəstək olmaqdır.