Kofe Al
  • Üzvlərimiz
  • Bloq
  • FAQ
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
  • Daxil ol Qeydiyyat
Kofe Al
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский

Sevdiyin işlə məşğul ol, izləyicilərindən dəstək qazan!

  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
    • Üzvlərimiz
    • Bloq
    • FAQ
Daxil ol Qeydiyyat
Bizi izləyin
Coşqun Kərimov
  • Yaz Görək 21 Marafonunda Misogi vaxtı
    Coşqun Kərimov
  • 108 Baxış
  • 08.08.2025
  • 5 dəq oxuma

Yaz Görək 21 Marafonunda Misogi vaxtı

Bircə fikir kifayət edir ki, ruhumuzu kirli etsin. Hər insanın daxilində onu illərlə incidən və çıxarılmağı gözləyən bir tikan var. Misogi ritualı ilə bu tikanı çıxarmaq və yerini yumaq mümkündür.

Yaz Görək 21 Marafonunda Misogi vaxtı

Keçirdiyim “Yaz Görək 21” marafonunun 10-cu günündə iştirakçılardan Misogi etmək tələb olunur. Yaponların belə bir təmizlənmə adəti var. Ruhu təmizləmək üçün xüsusi sularda yuyunurlar. Səs kirliliyi yaşayan insan kəndə qaçır. Ruh kirliliyi yaşayan insan hara qaçsın? Yaponlardan fərqli olaraq iştirakçılar xüsusi vanna qəbul etmək əvəzinə keçmişləri ilə üzləşməli, oradan bir eqo tikanını qoparmalı idilər. Tikan çox dərində olduğu üçün bir çox insan onu yerindən oynatmaq istəmir. Həmin tikan onun bədəninin bir hissəsinə çevrilir. Ancaq zaman gəlir və o tikanı oradan iki əllə çıxarmaq məcburiyyəti yaranır. Çünki tikan düz ürəyin içinə qədər gedib çıxıb. Artıq nəfəs almağı çətinləşdirir. 

Marafon iştirakçılarının Misogi yazılarını oxuduqca dəhşətə gəldim. Bu insanların tikanları necə də dərin və ağrılı idi. Onlar yazdıqca, mən isə oxuduqca təmizlənirdim. Keçmişi unutmaq olmur. Qəbul etmək alınmır. Bağışlamaq mərhəmət istəyir. Mərhəmət isə Yaradanın cəhətidir. 

Uşaqlıqdan ürəyimizdə həmin tikanlarla gəzirik. Böyüyəndə isə onlara o qədər öyrəşirik ki, onlar haqqında yazmaq qəribə gəlir. Amma yazdıqca həmin tikanlar yerindən oynamağa başlayır. Bəli, ağrılı və qanlı prosesdir. İnsan ürəyində yığılmış çirkabı təmizləmək üçün tər tökməlidir. 

Etirafları oxumaq mənim öz tikanımı yırğalamağa başladı. Baboşların diyarında kitab yazaraq öz haqqım olan həyatı qurmağı düşünürdüm. Düşünürdüm ki, insan düzgün həyat yaşayırsa, kiminsə haqqını yemirsə həyat ona qırmızı xalça sərməlidir. Amma işlər belə getmirmiş. 

9 il ərzində nə qədər əlləşsəm də alınmadı. Kitablar və yazılar istədiyim və düşündüyüm yerə getmədi. Məni də Melvil kimi yazıçının aqibəti gözləyirmiş. Mobi Dik kimi kitabı dünyanın qəbul etməmək kimi bir şansı yox idi. Melvil belə düşünürdü. Haqlı idi amma bunu görmədi. 

Coşqun nə istəyirdi? Yazaraq ailəsini dolandırmaq. Amma bunu Martin belə bacara bilməmişdi. Çünki bunu etsə ailəsi qalmayacaqdı. Ailəni seçən zaman isə gözün ölümsüzlükdə qalır. Necə də axmaqca səslənir amma mən də ölümsüzlük istəyirdim. Düşünürdüm ki, kitablar bunu təşkil edir. Day düşünmürdüm ki, hər gün evin içində olan sevgini öldürmək axmaqlıqdır. Ailəni seçdim və işlədim. KVAN və kitablarım mənə kənardan baxmalı oldu. Natiqlik mənə çörək verdi. Halbuki o çörəyi qələmimdən gözləyirdim. Amma başa düşmürdüm ki, yazıların çörəyini neçə insan yeyirmiş.

Nə üçün Van Qoqlar və Coşqunlar sonrakı nəsillər üçün yaradır? 

Bəs indi özləri nə etsin? Bu tikan getdikcə içimdə böyüməyə başladı. Yeri daha da dərinləşdi. Ta ki, Baqavad Gitanın mətnini oxuyan ana kimi. Baqavad Gita Tanrının mahnısı demək imiş. Mahnının sözlərinə qulaq verdim:

“Borcunu yerinə yetir. Mükəmməl olması şərt deyil.”

“Gördüyün işin meyvəsi sənə aid deyil.” 

Tanrı deyirdi ki, səndən başqa hamı yeyəcək. Tikan tam ürəyimin ortasına kimi girdi. Bəs ay Tanrı? Bəs mən nə yeməliyəm? Qəbul edə bilmirdim!

Mahnı davam edirdi:

“Tanrıya təslim olmaq səni xilas edər. Mənə təslim olanları himayəmə götürürəm.” 

İslamda bunu çox eşitmişdim. Dünya bir olsun sənə Allahın bəs edər! Yəni Azərbaycan kimi yerdə pulun, gücün və riyakarlığın virus kim işlədiyi yerdə məni vəziyyətdən məhz Allah çıxaracaqdı. 

Bilmək bir şeydir amma inanmaq ayrı. 

İnanmaq sənin son nəfəsində gəlir. Tikan o qədər dərinə batmışdı ki, gecələri nəfəs ala bilmirdim. Özümü yazdığım bütün mətnlərə görə qınayırdım. Amma Baqavad Gitaya görə mən təbii borcumu yerinə yetirmişdim. Bircə Yaradana təslim olmaq qalırdı.  Həmişə vəziyyətdən özü çıxmağa alışmış biri üçün Yaradana “kömək istəyirəm, məni himayə et” demək necə utanc verici imiş. Özüm başqalarına kömək və himayə etməyə alışmış biri kimi indi də durub ondan bunu umacaqdım. 

Sonra yadıma Misogiləri yazanlar düşdü. Onlar kitablarına görə nəsə istəmirdilər. Onların tikanları sevgi, qayğı, anlayış və dəstək azlığı imiş. Mən həyatımı incələyən zaman bu tikanlardan uzaq olduğumu gördüm. 

Amma hərkəs öz tikanı ilə yaşayır. 

Ne deyim? Mahnı dayandı və səssizlik gəldi. 

Onun himayəsində olmaq üçün mən təslim olmalı idim. Kitablarımı, yazılarımı rahat buraxmalı və onları yormamalı idim. 

Borcumu yerinə yetirib meyvəsini düşünməməli idim. 

Bəlkə də bu marafonda ilk dəfə idi ki, 20 nəfərlə birgə bunu etmiş oldum. 

Borcumu yerinə yetirib ardını düşünmədim. 

Misogi sözü yaponlara aid olsa da hamımız təmizliyin nə olduğunu gözəl anlayırıq!

Çirkabdan uzaq durmaq mümkün deyil. Amma su tapıb mütləq yuyunmaq vacibdir. 

Su nədir? Ünsiyyətdir. Yazıb tökə bilməkdir.

Su səninlə bu həyatı, bu tikanları paylaşan kəslərdir.

Tikanı dünən çıxardım. Hamamda çilik-çilik olmuş şüşə qırıntıları bütün bədənimi qucaqladı. Misogi bitmişdi. Yaranın yerini təmizləmək qalırdı. Qırıntıları mənimlə birgə təmizləyən yoldaşımla olmaq ölümsüzlükdən daha dəyərli imiş. 

Digər məqalələr

Məktub 22

Məktub 22

  • 30 Baxış
  • 07.08.2025
  • 3 dəq oxuma
Əgər insanın hər şeyi varsa nə üçün səni axtarsın? Məni bu qədər sual ilə baş-başa qoydun. İndi onlara cavab axtara-axtara vaxt keçirirəm. Ömrümdən ...
Hər kəs
Daha çox
Hind Filmlərinin Dünyası

Hind Filmlərinin Dünyası

  • 59 Baxış
  • 06.08.2025
  • 4 dəq oxuma
Ruhum dincəlməyə ehtiyac duyanda düşünmədən bir hind filmi tapıb baxmağa başlayıram. Həmin filmlərdə maraqlı bir dünya mövcuddur. Bu dünya ilə real Hi ...
Hər kəs
Daha çox
kofe.al

Biz hər zaman istedadlı və yaradıcı insanların axtarışındayıq. Özünüzü tanıtmaqdan çəkinməyin!

Xüsusiyyətlər
  • Destek
  • Abunəlik
  • Mağaza
  • QR kodlar
  • Patreon Alternativi
İnteqrasiyalar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Haqqımızda
  • Qaydalar
  • Məxfilik

Copyright © 2025 BONPARA layihəsi. Bütün hüquqlar qorunur.