Kofe Al
  • Üzvlərimiz
  • Bloq
  • FAQ
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
  • Daxil ol Qeydiyyat
Kofe Al
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский

Sevdiyin işlə məşğul ol, izləyicilərindən dəstək qazan!

  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
    • Üzvlərimiz
    • Bloq
    • FAQ
Daxil ol Qeydiyyat
Bizi izləyin
Coşqun Kərimov
  • Sözlərin İziylə Gedənlər
    Coşqun Kərimov
  • 15 Baxış
  • 30.06.2026
  • 2 dəq oxuma

Sözlərin İziylə Gedənlər

Bəzən bir insanın bütün həyatı bir neçə cümlənin içində gizlənir. Son 10 il ərzində qarşıma çıxan insanlardan, şahidi olduğum talelərdən, verdiyim təlimlərdən, etdiyim səhvlərdən, qazandığım uğurlardan və gecələr məni düşündürən suallardan yazdım. Hər qeyd bir müşahidə idi. Hər səhifə həyatın mənə öyrətdiyi bir dərs.

Sözlərin İziylə Gedənlər

41 yaşının gömrük məntəqəsində dayanmış Coşqun üçün bu rəqəm sadəcə bir rəsmiyyətdir. Ruhumun yaşı və ölçüləri yoxdur.

Hərdən mənə elə gəlir ki, bu həyatı min dəfə yaşamışam. Min ayrı insan kimi gəlmişəm bu dünyaya. Hər dəfə həmin an baş verib. Hər bir versiyam "Sözlərin İziylə" gedib. Cümlələrdə tapmışam səadəti. Cümlələrdə tapmışam cavabları. Cümlələrlə yaranıb yeni suallarım. Oxucuların üz ifadələri olub mənim cənnətim.

Nə gizlədim? Düşünürəm ki, hər bir insan bu dünyaya bir amal üçün gəlir. Həmin amala çatırsa onun içində olan hisslər çox fərqli olur. Mənim amalım KVAN hissini yaşayıb yaşatmaqmış.

"Necə xatırlanmaq istərdin?" sualı məni daha düşündürmür. Artıq əminəm ki, insanlar məni yazılar, fikirlər toplusu kimi xatırlayacaq.

Coşqun kitablar kimi davam edəcək yoluna. Fikirlər gələcək oxucuların ağlına. Fikrə gedəcəklər. Kövrələcəklər. Üzləri güləcək. Kitabları əllərində tutan zaman otaqlarında peyda olub onlarla söhbət edəcəm.

O zaman bu dünyadan növbəti dəfə bir xəyalpərəst keçmiş olacaq.

Çörəyim danışmaqdan çıxır. Neçə ildir ruzimi məhz natiq olaraq çıxarıram. Təlim, tədbir, dərs, çıxışlar və görüşlər. Amma ruhum başqa çörəklə qıdalanır.

Yazılarımda həmin sakitliyi, nirvananı tapıram.

Bu 10 ili mənimlə bir gedən oxucular! Kampaniyalarımda məni tək qoymayanlar. Mənimlə birgə bu ideyalara inananlar. Onların dəyərinə inananlar. Birlərin gücünü göstərənlər. Sizləri bağrıma basıram!

Ad günümdə həm özümə, həm sizə bu kitabı bağışlamaq istəyirəm!

İyulda çap edilsə belə indidən sevinirəm!

Arzum budur ki, özünüzü yazılmış cümlələrdə tapasız.

Üz ifadələrinizi görənlər KVAN hissini sezmiş olsun.

Sözlərin iziylə gedin.

Digər məqalələr

Altıncı Yuxu - Bütün Kişilərin Arzusu

Altıncı Yuxu - Bütün Kişilərin

  • 36 Baxış
  • 28.06.2026
  • 11 dəq oxuma
“Ağıllı qadın öpür, amma sevmir, qulaq asır, amma inanmır, tərk edilməzdən öncə özü tərk edir”. (Merilin Monro) ...
Hər kəs
Daha çox
11 kitablıq buket

11 kitablıq buket

  • 33 Baxış
  • 28.06.2026
  • 2 dəq oxuma
Bəzən bir insanın bütün həyatı bir neçə cümlənin içində gizlənir. Son 10 il ərzində qarşıma çıxan insanlardan, şahidi olduğum talelərdən, verdiyim tə ...
Hər kəs
Daha çox
kofe.al

Biz hər zaman istedadlı və yaradıcı insanların axtarışındayıq. Özünüzü tanıtmaqdan çəkinməyin!

Xüsusiyyətlər
  • Dəstək
  • Abunəlik
  • Mağaza
  • QR kodlar
  • Patreon Alternativi
İnteqrasiyalar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Haqqımızda
  • Qaydalar
  • Məxfilik

Copyright © 2026 BONPARA layihəsi. Bütün hüquqlar qorunur.