Kofe Al
  • Üzvlərimiz
  • Bloq
  • FAQ
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
  • Daxil ol Qeydiyyat
Kofe Al
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский

Sevdiyin işlə məşğul ol, izləyicilərindən dəstək qazan!

  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
    • Üzvlərimiz
    • Bloq
    • FAQ
Daxil ol Qeydiyyat
Bizi izləyin
Coşqun Kərimov
  • Necə başlayaq ki, maraqlı olsun?
    Coşqun Kərimov
  • 15 Baxış
  • 20.05.2026
  • 2 dəq oxuma

Necə başlayaq ki, maraqlı olsun?

Hekayənin içindən çıxmağın bir yolu var. Onun sonuna qədər getməlisən. WeStart layihəsinin iştirakçıları ilə birgə 4 saatlıq görüşdə oldum. Natiqlik, çıxışlar, hekayələr barəsində müzakirə getdi. Praktiki məşğələlər keçirdim. Bir çox hekayəni eşitmək nəsib oldu. Amma mənə ən çox təsir edən hekayəni təlimin sonunda yıryığış edən zaman eşitdim.

Necə başlayaq ki, maraqlı olsun?

"Maraqlı hissəni əvvələ sal." 

Danış Görək kitabında haqqında yazdığım 3 muşketyordan bəhs edirəm: 

1. Maraqlı sual soruş 

2. Maraqlı statistika və ya fakt paylaş 

3. Təsirli hekayəni danış 

Çıxışlar zamanı (satış, pitch, forum, panel, müsahibə və s.) etdiyimiz tipik səhv ən maraqlı hissəni sona saxlamaqdır. Havadan-sudan danışaraq başlayıb asteroidi ən sonda göndəririk. Bu addım böyük risk daşıyır. Dinləyici diqqəti sona kimi qalmamaqla tanınır. 

Bir çox kitabı da belə yazırlar. "Soyuq qış günü idi" deyib havaya-suya keçirlər. Elə kitab da var ki, onun ilk cümləsində dərhal hadisə baş verir. Variant yoxdur. Sən artıq hekayənin içindəsən. 

Hekayənin içindən çıxmağın bir yolu var. Onun sonuna qədər getməlisən. 

WeStart layihəsinin iştirakçıları ilə birgə 4 saatlıq görüşdə oldum. Natiqlik, çıxışlar, hekayələr barəsində müzakirə getdi. Praktiki məşğələlər keçirdim. Bir çox hekayəni eşitmək nəsib oldu. Amma mənə ən çox təsir edən hekayəni təlimin sonunda yıryığış edən zaman eşitdim. 

İştirakçılardan biri yanıma yaxınlaşıb dedi: 

İnana bilmirəm ki, illər sonra sizinlə görüşmək nəsib olub. Biz hələ tələbə illərimizdə sizin kitabınızın köməyi ilə ən əzazil müəllimimiz ilə dostlaşa bilmişik. Bu qadından hamımız çəkinirdik. Sonra qərara gəldik ki, sosial media səhifəsinə baxaq. Sizin kitabla bağlı paylaşımlarını gördük. Qərara gəldik ki, KVANı alıb sinifə gətirək. Onun masasına yaxınlaşan zaman görə biləcəyi şəkildə kitabı masaya düşürdüm. Gördü. Çaşdı və soruşdu. Bununla da ünsiyyətimiz yarandı. Həmin gündən sonra mənimlə çox mehriban davranmağa başladı. Həmin tələbə artıq böyüyüb holdinqin əməkdaşlarından birinə çevrilmiş və bu dəfə öz məhsulu ilə münsiflərin ürəyinə yol axtarırdı. Onların masasına nəyi necə düşürəcəkdi? Hələ planlaşdırmamışdı. 

Digər məqalələr

Sakit Şənbə Günüm

Sakit Şənbə Günüm

  • 108 Baxış
  • 03.05.2026
  • 5 dəq oxuma
Bildiyim odur ki, mən də bir yol gedirəm. Hərdən elə gəlir ki, tək gedirəm. Hərdən onun səsi eşidilir. Halıma gülürmü, yanırmı deyə bilmərəm. Amma ona ...
Hər kəs
Daha çox
Guilt of Reading

Guilt of Reading

  • 113 Baxış
  • 24.04.2026
  • 2 dəq oxuma
I prefer the other type of guilt. Guilt of enjoying the book too much. Almost to a point where you know that author will not deliver for this long. Or ...
Hər kəs
Daha çox
kofe.al

Biz hər zaman istedadlı və yaradıcı insanların axtarışındayıq. Özünüzü tanıtmaqdan çəkinməyin!

Xüsusiyyətlər
  • Dəstək
  • Abunəlik
  • Mağaza
  • QR kodlar
  • Patreon Alternativi
İnteqrasiyalar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Haqqımızda
  • Qaydalar
  • Məxfilik

Copyright © 2026 BONPARA layihəsi. Bütün hüquqlar qorunur.