Kofe Al
  • Üzvlərimiz
  • Bloq
  • FAQ
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
  • Daxil ol Qeydiyyat
Kofe Al
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский

Sevdiyin işlə məşğul ol, izləyicilərindən dəstək qazan!

  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
    • Üzvlərimiz
    • Bloq
    • FAQ
Daxil ol Qeydiyyat
Bizi izləyin
Coşqun Kərimov
  • Metrodan Çıxan Qızla Yarışdım
    Coşqun Kərimov
  • 829 Baxış
  • 26.04.2024
  • 3 dəq oxuma

Metrodan Çıxan Qızla Yarışdım

Metrodan çıxmısan. Evə tərəf yollanırsan. Səndən 10 addım irəlidə bir qız gedir. Qızı görən kimi ürəyinə pis hisslər damır. “Yenə həmin yarış olacaq” deyirsən.

Metrodan Çıxan Qızla Yarışdım

Metrodan çıxmısan. Evə tərəf yollanırsan. Səndən 10 addım irəlidə bir qız gedir. Qızı görən kimi ürəyinə pis hisslər damır. “Yenə həmin yarış olacaq” deyirsən. Bu tanımadığın qız hər addımı ilə sənin ehtimalını doğruldur. Eyni sürətlə eyni istiqamətdə hərəkət edən iki nəfərin yarışı başlayır. 

Qıza elə gəlir ki, sən onun arxasına düşmüsən. Bəlkə də, qıza elə gəlmir. Sənə elə gəlir ki, qıza elə gəlir. Bu qızın səndən ürkməsini istəmirsən. Rahat olmasını istəyirsən. Bəlkə də, qızın yox, özünün rahat olmağını istəyirsən. Bunun bir yolu var. Bu qızı ötüb keçməlisən. Nəyin bahasına olursa-olsun, ondan qabaqda addımlamalısan. O zaman evə tərəf rahat gedə biləcəksən. Axı, qızlar oğlanların arxasına düşmür. Bəlkə də, düşür. Bunun sənin üçün heç bir əhəmiyyəti yoxdur. Filmlərdə gördüyün küçə manyaklarından birinə bənzəməmək üçün və ya qızın potensial “saqqızsifətləri”ndən birinə çevrilməmək üçün addımlarını bacardıqca sürətlə atırsan. Həmin məqam gəlib çatır. Nəfəsin qızın çiyinlərinə dəyir. Ürəyində ona “xanım, indi sizi ötüb keçəcəm, narahat olmayın” deyirsən. Bir anlığa sənə baxır. Arxasında qəflətən peyda olan bu insanı gözləri ilə süzür. Bəlkə də, süzmür. Bir az da sürətlənib, nəhayət, onu keçirsən. Məhəllədə olan hər kəsə qalib və vicdanı rahat insanın baxışını atırsan. 

Qız arxada qalır. Bir müddət sonra sakitləşirsən. Elə məhəlləyə aparan sonuncu yolu dönürsən ki, qarşında başqa bir qız peyda olur. Onu görən kimi “yenə də” hissi gəlir. Bütün yaşadıqlarını bir daha yaşamalı olursan. Onlar rahat gəzə bilsin deyə, yenə də qaçmalı olursan. Bəlkə də, qaçmağa ehtiyac yoxdur. Bəlkə də, bu qız sənin manyak olmadığını bilir. Bəlkə də, qızın heç vecinə deyil ki, arxasında kimsə  var. Bəlkə də, vecinədir. İstənilən halda, risk etmək istəmirsən. Sənə və ona baxıb, “necə də şirindirlər” deyən qonşu xalaların və dayıların məsələdən bixəbər baxışları səni daha da sürətlə getməyə məcbur edir. Bir daha ötüb keçirsən. Bir daha qalib gəlirsən. Rahat şəkildə addımlamaq keyfini yaşayırsan. Ətrafına baxırsan. Sakitlikdən zövq alırsan. 

Sonra arxanda bir kişi peyda olur. Səninlə eyni sürətdə və eyni istiqamətdə addımlamağa başlayır. Geriyə baxmırsan. Amma hiss edirsən. “Bu, həmin manyaklardan biridir” deyirsən. Sürətin yenə artır. Evin blokuna tərəf az qala qaçmağa başlayırsan. Adam sənə çatır. Nəfəsi çiyninə dəyir. “Coşqun, salam, necəsən?” sualını eşidirsən. Geri dönüb, uşaqlıqdan səninlə eyni binanı paylaşan adamı görürsən. Bu dəfə o, sənə çataraq qalib gəlir. 

Bir qədər danışıb, evlərinizə dağılışırsınız. Beləcə, “Memar Əcəmi”nin yarış dolu günlərindən birinə yekun vurulur.

Digər məqalələr

Kokoro Fəlsəfəsi nədir?

Kokoro Fəlsəfəsi nədir?

  • 27 Baxış
  • 16.02.2026
  • 1 dəq oxuma
Döyüşdə kokoro olmasa texnikanın bir mənası qalmır. Münasibətlərdə kokoro olmasa sevginin mənası qalmır. Yazılarda kokoro olmasa cümlələrin mənası ...
Hər kəs
Daha çox
Dream About A Behemoth

Dream About A Behemoth

  • 84 Baxış
  • 24.01.2026
  • 8 dəq oxuma
Just like in “Into the Wild” story, I find myself in the midst of Alaska inside the forgotten bus and a never-ending flow of thoughts. That young man ...
Hər kəs
Daha çox
kofe.al

Biz hər zaman istedadlı və yaradıcı insanların axtarışındayıq. Özünüzü tanıtmaqdan çəkinməyin!

Xüsusiyyətlər
  • Dəstək
  • Abunəlik
  • Mağaza
  • QR kodlar
  • Patreon Alternativi
İnteqrasiyalar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Haqqımızda
  • Qaydalar
  • Məxfilik

Copyright © 2026 BONPARA layihəsi. Bütün hüquqlar qorunur.