Kofe Al
  • Üzvlərimiz
  • Bloq
  • FAQ
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
  • Daxil ol Qeydiyyat
Kofe Al
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский

Sevdiyin işlə məşğul ol, izləyicilərindən dəstək qazan!

  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
    • Üzvlərimiz
    • Bloq
    • FAQ
Daxil ol Qeydiyyat
Bizi izləyin
Coşqun Kərimov
  • Hind Filmlərinin Dünyası
    Coşqun Kərimov
  • 59 Baxış
  • 06.08.2025
  • 4 dəq oxuma

Hind Filmlərinin Dünyası

Ruhum dincəlməyə ehtiyac duyanda düşünmədən bir hind filmi tapıb baxmağa başlayıram. Həmin filmlərdə maraqlı bir dünya mövcuddur. Bu dünya ilə real Hindistan arasında kosmik fərq var. Amma bu dünyanı yaradanlar yaman iş çıxarıblar.

Hind Filmlərinin Dünyası

Müəllim sizdə???

3 gün əvvəl Yaz Görək-21 marafonunun iştirakçılarından biri tapşırıq yazısını göndərən zaman Yeh Jawaani Hai Deewani adlı filmi nümunə çəkdi. Həmin filmin adını oxuyan kimi daxilimə doğma bir istilik gəldi. Həmin şəxs özü də bilmədən mənim üçün ayrı bir kateqoriyaya girmişdi. Mən insanları ikiyə bölürəm. Hind filmlərinə baxanlar və baxmayanlar var. Maraqlıdır ki, məni adətən birinci kateqoriyada təsəvvür belə etmirlər. Amma sonra danışdıqca və baxdığım filmlərin kataloqunu paylaşdıqca vəziyyət dəyişir. 

Marafon müddətində iştirakçıya söz verdim ki onunla və sizinlə məsləhətli filmlərin siyahısını paylaşım. Bunu etmədən əvvəl onu deyim ki, Hindistan məni heç vaxt cəlb etməyib. Orada olan anti-sanitariya, qidanlanma şəkli və çirkab hər zaman uzaqda durmağı siqnal edib. Amma uşaqlıq illərimə qayıdan zaman hind filmlərinə baxan anamı xatırlayıram. Bobbi və ya Qabbar Sinx kimi filmlərə dəfələrlə baxsa da doymayan. Kapurların macəralarını tərəvəz doğraya-doğraya izləyən anamdan bu təhvil almışammış. 

Hind filmləri mənim üçün ilk növbədə rəqs və musiqilərdir. Qədim tarixi olan sinxron hərəkətlər necə də möhtəşəmdir. İnsan bədəni bu hərəkətləriylə necə də aydın danışa bilərmiş. Keçirəm hind mahnılarının sözlərinə. Məsələ burasındadır ki, 3-5 il əvvəl mənim ağlıma belə gəlmirdi ki, kinolarında olan mahnılarını tərcümə edib sözlərini kəşf edim. İlahi, bəzi mətnlər necə də gözəldir. Əksəriyyətini Tanrı özü yazıb deyə düşünürsən. Yeh Jawaani Hai Deewani filminin sonuna tərəf gedəndə Kabira mahnısıyla qarşı-qarşıya qalırsan. Mahnının sözləri səni oyadır. Kim olduğunu kəşf edirsən. 

Kabira mahnısı

Mən çox mövzuda yazmağı sevirəm amma Hind Filmləri haqqında yazmaq əbəsdir. Onları sadəcə dadmaq lazımdır. Əgər onlar sənin ruhuna işləmirsə o zaman şəhər həyatı səni öz caynaqlarına ala bilmişdir. 

Uzatmadan siyahımı paylaşıram. Bir problem var. Siyahını tərtib etmək istəyəndə köhnə şəkillərimlə dolu qutularımı boşaltmağım yadıma düşdü. Adama elə gəlir ki, 4-5 fotosu var. Amma fotoların sayı yüzlərlə imiş. Filmlərin kataloqu da belədir. Mən bu siyahıya hər filmi daxil edə bilmərəm. Amma qısa versiyasını etməyə çalışacağam: 

İlk filmi bu yazıda çox dedim. Kabira mahnısı xoşunuza gəlsə oturub baxın. 

2. RRR 

(Gopda olsa maraqlıdır sözünün haqqını verən bir layihədir.) 

3. Pushpa 1,2 

(Telugu filmlərini sevməyə başlamışam. Pushpanın rolu böyükdür.)

4. Maharaja 

(Bir bərbərin faciəsi necə də təsvir edilib.)

5. Dangal 

 Amir khanın bütün filmləri (İnsanlıq, sevgi və həyat haqqında)

6. Janatha Garage 

(Ədalətin qolu möhkəm olmalıdır. Baş qəhrəman belə deyir, bizə verilən güclə gücsüzləri əzmirik. Əksinə onları qoruyuruq.)

7. Ala Vaikunthapurramulo 

(Uzun və qəribə ad sizi sıxmasın hekayəsi doğma olacaq. )

8. Bhaag Milkla Bhaag 

(Uçan insan barəsində hekayədir.)

9. Toolsidas 

(Bilyard sevgisi olan uşaq atasının şərəfini qaytarmaq üçün söz verir və bir müəllim tapır.)

10. Babhban 

 Amitabh Bachan və onun ata obrazı mənim həyatımda dərin bir iz buraxıb. Hələ onun öz hekayəsini yazmaq qərarı da eyni.)

11. Devdas 

(Hələ türk serialları olmayanda Qara Sevdanı izah etmək üçün Devdası çəkmişdilər. 

12. Lucky Baskhar 

Yeni nəsil filmdə deyilir ki, yetər ki, istə və inan axırda alınacaq. Amma əclaflar və çaqqallarla dolu meşəni diqqətlə get.) Sağ əli başıma deyirəm. 

Hind filmləri nə üçün bu qədər təsirlidir? Çünki Hindistanın çox çətin reallığı var. Onunla baş etmək üçün bu acını güclü hekayələr, musiqi və rəqslə azaltmaq lazımdır. İnsan belə bir varlıqdır. Hətta belə bir şəraitdə möcüzə edə bilir. 

Bəli, müəllim də hind filmlərinə baxır. Çünki o da insandır. :)

Digər məqalələr

Yaz Görək 21 Marafonunda Misogi vaxtı

Yaz Görək 21 Marafonunda Misog

  • 107 Baxış
  • 08.08.2025
  • 5 dəq oxuma
Bircə fikir kifayət edir ki, ruhumuzu kirli etsin. Hər insanın daxilində onu illərlə incidən və çıxarılmağı gözləyən bir tikan var. Misogi ritualı ilə ...
Hər kəs
Daha çox
Məktub 22

Məktub 22

  • 30 Baxış
  • 07.08.2025
  • 3 dəq oxuma
Əgər insanın hər şeyi varsa nə üçün səni axtarsın? Məni bu qədər sual ilə baş-başa qoydun. İndi onlara cavab axtara-axtara vaxt keçirirəm. Ömrümdən ...
Hər kəs
Daha çox
kofe.al

Biz hər zaman istedadlı və yaradıcı insanların axtarışındayıq. Özünüzü tanıtmaqdan çəkinməyin!

Xüsusiyyətlər
  • Destek
  • Abunəlik
  • Mağaza
  • QR kodlar
  • Patreon Alternativi
İnteqrasiyalar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Haqqımızda
  • Qaydalar
  • Məxfilik

Copyright © 2025 BONPARA layihəsi. Bütün hüquqlar qorunur.