Kofe Al
  • Üzvlərimiz
  • Bloq
  • FAQ
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
  • Daxil ol Qeydiyyat
Kofe Al
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский

Sevdiyin işlə məşğul ol, izləyicilərindən dəstək qazan!

  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
    • Üzvlərimiz
    • Bloq
    • FAQ
Daxil ol Qeydiyyat
Bizi izləyin
Coşqun Kərimov
  • Cekpot Haqqında Hekayə
    Coşqun Kərimov
  • 9 Baxış
  • 21.06.2026
  • 6 dəq oxuma

Cekpot Haqqında Hekayə

Bu arada onu da deyim ki, cekpotların dünyasında hər şey yağ və bal kimi getmir. O qədər mənfi şeylər də baş verir ki, həmin müddət ərzində. Balans olsun deyə güldüyün və sevindiyin qədər ağlamalı da olursan. Nə qədər ağlamısansa demək ki, o qədər gülmüsən. Deyək ki, gülməmisən. Heç vaxt nəsib olmayıb. O zaman ağladığın qədər güləcəksən.

Cekpot Haqqında Hekayə

Hekayə bir Şəkili aktyorun güzgüyə baxıb lətifə danışması ilə başlayır. Lətifənin sonunda “Ay Əhmədiyyə, ay sənin canuu yiyim...sən də mənə biraz kömək et ki, sənə kömək edə bilim” deyir. Şəkili həmin səhnəyə baxanlara “qazanmaq istəyən heç olmasa bilet alar” deyərək bir mesaj göndərir.

Kiçik yaşlarında olan mənə bir jeton düşür. Qazanmaq istəyirsənsə bilet al. Və ya nəticə istəyirsənsə addım at. Bir şey əldə etmək üçün bir şey et. 3 almanın göydən düşməsini istəsən göyə birşey vızıldat. Buna bənzər birçox cümlə ilə davam etmək olar. Məğzi eynidir. Hərəkət və bərəkət.  

Bu lətifədən sonra qaçıb hər gün lotoreya oynamıram. Əksinə demək olar ki, bu hadisə hər 7-8 ildə bir dəfə baş verir. 

Üstündən illər keçir və bu yay bütün Xərçəng bürcləri cekpotu gözundən vuracaq deyilir. Bir və ya on kanal demir. Bütün səhifələrdə, videolarda Xərçənglərə müjdə verilir. Arada, ehmalca “lotoreya bileti alın sözlərini” eşidirəm. Mən də Nyuton kimi bu şirin vədlərin melodiyası ilə bihuş oluram.

Kanalda danışan məzmun yaradıcıları isə dayanmadan ulduzların necə kəsişəcəyi və suların durulacağı haqqında danışır. İstəsən də istəməsən də inanırsan. “Bu dəfə olacaq” deyirsən. 

İndi sizə, “gedib aldım və cekpotu gözündən vurdum” demək istərdim. Belə olmadı. Mən də onların verdiyi qazla 4 ayrı vaxtda cəmdə 24 bilet alaraq şansımı sınadım. Ümumilikdə 1 manat uduş oldu. Əhmədiyyə 24 dəfə köməkt etdi amma 1 abbas gördü.

Hekayə bununla bitmir. Bizi çaşdıran şeylərin çoxu da hekayələrin sonuna göz tikmək və oralardan ummaqdır. Halbuki, hekayənin bütün hissələri ona aiddir. Elə hekayələr var ki, onların ilk hissəsi daha uduşludur nəinki son. Və ya həyat yolunda cekpotu sonda vurmalısan deyə bir qayda yazılmayıb. 

Adətən cekpotu gənclik illərində vururuq. Gənc insan lotoreyada milyonlar qazanıb bu pulların başına iki dəqiqədə oyun açan və həyatını məhv edənlərə bənzəyə bilər.

24 bilet pozdum və heçnə çıxmadı. Bu vəziyyəti normal qarşıladım. Çünki, bir xərçəng bürcünün 6-cı hissi onu heç vaxt aldatmır. Mənim 6-cı hissim daim kitabların yanına aparıb. Bu haqqda sonra. 

İndi isə lotoreya, cekpot haqqında hekayəmin əvvəlinə qayıdıram. Şəkidə 9-dəfə dincəlmək nəsib olub. (Kamp, yarış, təlim, xaricilər üçün turlar və s.) Hər gedişim mənim üçün vacib bir dönüş nöqtəsinə çevrilmişdir. İlk gedişimdə ölkənin ən yaxşı debatçıları ilə yarışmaq və oradan qələbələrlə qayıtmaq nəsib olmuşdu. Regionların içində Şəki mənim üçün hər zaman cekpot regionu olub. 

1996-cı ildə Bakı Türk Anadolu Liseyinin 60 yerlik cekpotu üçün 3000+ ailə bilet almışdı. Mənim biletim cekpot vuran biletlərin içində idi. Təhsilimi orada davam etdirdim. 

2002-ci il ABŞ – da 1 illik təhsil proqramı üçün ümumilikdə 2 ayrı proqramdan 20 bilet cekpot vuracaqdı. Yenə minlərlə tələbə bilet aldı. Yenə mənim biletim cekpot vurdu. Ekranlarda gördüyüm yerləri diri-diri görəcək və bir Amerikan xəyalı yaşayacaqdım. Belə də oldu. 

2004-cü il köhnə Qafqaz universitetində təhsil alarkən onu gördüm. Onun ürəyi üçün bilet aldım. İlk iki dəfə bileti düzgün silmədim. Sonra alındı. Cekpot sənindir dedi. İndi onunla birgə 22 ildir ki, yol gedirik. 

2007-ci ildə hərbi hissəmi axtaran zaman biletimin 3 rəqəmi məni şoka saldı. Anladım ki, yuxarıdan “Əhmədiyyə bu başqa məsələ” deyirlər. 

2009-cu ildə Malayziyaya getmək üçün neçə nəfər bilet almışdı. Həmin proqramda gedəcək 26-28 nəfərlik cekpot qrupuna düşdüm. Son anda təyyarəyə minmək şansım oldu. Mussonları, Şah Aləmi, Petronasları görmək şansım oldu. 

2014-2017 ci illər arasında bilet almaqdan qorxdum. Əlimi hansı biletə aparırdımsa içindən cekpot çıxırdı. Mənə elə gəlirdi ki, bu işdə bir səhv var. Özümü günahkar görürdüm. Səyahətlər, tədbirlər, qalibiyyətlər, müştərilər və daha nələr. 

Həyatımda olan bu anları xatırladıqca anlayıram ki, əməlli cekpotlar vurmuşam. 

2016-cı il ilk kitab çapı cəhdini edirəm. KVAN ceklərin potu olur. İlk dəfəsi yaxşı alınmış müəlliflər statistikasında 1%-in içindəyəm. 

Kitablarımın bir qismini də məhdud sayda çıxarmağım oxuculara həmin cekpot hissini yaşatmaqla bağlıdır. Sadəcə 100, 300, 306, 500 nəfərdən biri olmaq xüsusi təcrübədir. Bunu illər sonra anlayacaqsız. Hələ indi mənim kimisiz. Yaşayıb hekayənin sonlarında nəsə axtarırsız. 

Diqqətli olun ki, yolun əvvəlində və ortasında olanları görməzdən gəlməyəsiz. 

Bu arada onu da deyim ki, cekpotların dünyasında hər şey yağ və bal kimi getmir. O qədər mənfi şeylər də baş verir ki, həmin müddət ərzində. Balans olsun deyə güldüyün və sevindiyin qədər ağlamalı da olursan. Nə qədər ağlamısansa demək ki, o qədər gülmüsən. Deyək ki, gülməmisən. Heç vaxt nəsib olmayıb. O zaman ağladığın qədər güləcəksən. (Bu hissədə özümü yayda Xərçənglər kef edəcək deyən kəslər kimi hiss etdim.) 

Belə düşünmək rahatlıq verir.

Bu yazının əvvəlində bir Şəkili güzgünün qarşısında lətifə danışırdı. Hekayənin sonunda isə bir Bakılı növbəti dəfə ekranıyla danışır və danışdıqca çap edir. 

Onun üçün hər cümlə bir biletdir. Bilmək olmaz hansı cümlə ilə növbəti cekpotunu vuracaq. Bilmək olmaz, bu Əhmədiyyəni canını nə vaxt və necə yeyəcəklər?!

Digər məqalələr

Bir Fincanın Hekayəsi

Bir Fincanın Hekayəsi

  • 55 Baxış
  • 16.06.2026
  • 3 dəq oxuma
Şagirdlərin çoxu inana bilmirdi ki, 40 yaşım var. Bir çoxu məni müəllim işlədiyimə görə qınayırdı. (Onlara elə gəlirdi ki, belə maraqlı həyat yaşamış ...
Hər kəs
Daha çox
İnanmağın Gücü Haqqında

İnanmağın Gücü Haqqında

  • 64 Baxış
  • 15.06.2026
  • 1 dəq oxuma
"Bu seminardan sonra gəliriniz 3 dəfə böyüyəcək." Seminarın ilk dəqiqəsi idi və Brayan Treysi iştirakçıları salamlayıb onlara gedişat haqqında danışı ...
Hər kəs
Daha çox
kofe.al

Biz hər zaman istedadlı və yaradıcı insanların axtarışındayıq. Özünüzü tanıtmaqdan çəkinməyin!

Xüsusiyyətlər
  • Dəstək
  • Abunəlik
  • Mağaza
  • QR kodlar
  • Patreon Alternativi
İnteqrasiyalar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Haqqımızda
  • Qaydalar
  • Məxfilik

Copyright © 2026 BONPARA layihəsi. Bütün hüquqlar qorunur.