Kofe Al
  • Üzvlərimiz
  • Bloq
  • FAQ
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
  • Daxil ol Qeydiyyat
Kofe Al
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский

Sevdiyin işlə məşğul ol, izləyicilərindən dəstək qazan!

  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
    • Üzvlərimiz
    • Bloq
    • FAQ
Daxil ol Qeydiyyat
Bizi izləyin
Coşqun Kərimov
  • 40 yaş - 40 məsləhət (1-ci hissə)
    Coşqun Kərimov
  • 208 Baxış
  • 01.07.2025
  • 5 dəq oxuma

40 yaş - 40 məsləhət (1-ci hissə)

Bir fikri 3 nəfər deyə bilər. İki nəfəri heç kim eşitməz. Üçüncü adam eyni şeyi deyər və pulu, statusu və ya hansısa bir üstünlüyü olduğu üçün ona qulaq asarlar. Yaxşı fikir bəs etmir. Həmin fikri deyən 3-cü adama çevrilməlisən.

40 yaş - 40 məsləhət (1-ci hissə)

40 yaş – 40 məsləhət 

(1-ci hissə)

Dostlarımdan biri belə bir siyahı hazırlamağımı istədi. Yadıma düşdü ki, 30 yaşımda 30 məsləhət paylaşmışdım. O zaman bunu daha çox maraq üçün etmişdim. İndi isə üstündən 10 il keçir. Artıq eyni insan deyiləm. Yəqin ki, təmiz fərqli bir siyahı yaranacaq. 40 ildə öyrəndiklərini bir yazıya sığdırmaq asan deyil amma cəhd etmək şirin gəlir. Başlayaq: 

Valideyn Tanrıdır – Şeytandır – İnsandır. 

Bu formula insan psixologiyasını anlamaq və qəbul etmək üçün vacibdir. Əsas da valideynləri ilə çətinlik çəkən hər kəs bir çıxış yolu axtarır. Onlar dəyişməyəcək deyənlər üçün deyim ki, məsələ onların hansı mərhələdə olmasından və sizin bu mərhələyə münasibətdən asılıdır. Biz uşaq olanda onlar Tanrıdır. Yeniyetməlik dövründə onları şeytan kimi görürük. Və 30+ dən sonra insana çevrilirlər. (Gözümüzdə) Ancaq Tanrı və ya ancaq şeytan kimi qalmayacaqlar. Bunu anlamaq və qəbul etmək bizi azad edir. 

Danlama – İzah etmə - Göstər

Uşaqları danlamaq və ya onlara başqa uşağı nümunə göstərmək mənasızdır. Onların əlindən tutub “arzu edilən yerə aparmaq və vaxtında əlini çəkə bilmək” vacibdir. Sənin sözlərin təsir etməyə bilər amma əməllərin və yaşanmış təcrübələr çox fərqlidir. Uşaqdan soruşun “bir valideyn kimi səni ən çox sevindirən hansı əməli etmişəm”. Şəxsən qızım və oğlumun cavabları mənim fikirlərimə güclü təsir edib. 

Kimin dediyi çox vacibdir.

Bir fikri 3 nəfər deyə bilər. İki nəfəri heç kim eşitməz. Üçüncü adam eyni şeyi deyər və pulu, statusu və ya hansısa bir üstünlüyü olduğu üçün ona qulaq asarlar. Yaxşı fikir bəs etmir. Həmin fikri deyən 3-cü adama çevrilməlisən. 

Populyar olmaq - vacib iş görmək 

Bu gün dünya səndən nəyin bahasına olursa olsun məşhur olmağı tələb edir. Sən lüt şəkildə şəhərin əvvəlindən axırına kimi gəzsən 3 gün ölkədə müzakirə obyektinə çevrilərsən. Amma vacib və dəyər verən bir işi görməkdə niyyət məşhur olmaq deyil. İstisna etmirəm ki, vacib işi görüb məşhurlaşmaq da mümkündür. (Nadir hallarda)

İt - pişiklərdən anı yaşamağı öyrənin.

Görün necədə uzanıb sakitcə sağa-sola baxa bilirlər. Görün necə də tələsməyib otura bilirlər. Bizə elə gəlir ki, qaça-qaç qaçınılmaz taledir. Amma arada onlara qulluq edəndə və ya oturub onları müşahidə edəndə həyatın daha bəsit həqiqətlər üzərində qurulduğunu xatırlayırsan. 

Qayğılar bitməyəcək. 

Bəli, onlar getdikcə artacaq. Kürəyin enlidirsə super. Deyilsə altında əziləcəksən. Hədəf kürəyi bacardıqca enli etməkdir. Yük artanda gec olmasın deyə indidən əzələləri bərkidin. Bir də çalışın sizin kürəklərdə başqa insanların qayğıları yer almasın. Öz qayğılarınız onsuz da bəs edəcək. Düzdüz başqa insanlar, əsasən də yaxınlarınız sizin qayğıların öndə gedəni olacaq. 

Yaxşı başlayıb pis qurtarmaqdansa, pis başlayıb yaxşı qurtarmaq yaxşıdır. 

Bu cümləni Malaziyada bir tədbirdə eşitmişdim. (24 yaşımda idim.) İllərlə analiz etdim və təsdiqini tapdı. Ailələr və insanlar var ki, super başlanğıc verilir amma sonda fiasko olur. Ya da elə ailə və insanlar var ki, əvvəl çətin başlanğıc olur sonra isə səadət mərhələsi gəlir. 

İstedad verilirsə başqa şeylər alınır. 

İstedad bir hədiyyədir. (Düzü bilmirsən bu hədiyyəyə sevinəsən yoxsa yox.) Sənə özü boyda məsuliyyət verir. Anlayırsan ki, həyatında sırf onun üçün vaxt və enerji ayırıb onunla nəsə etməlisən. Həyat da sənin fokusun itməsin deyə bir çox məsələləri səndən uzaq edir. İstedadı olub da onu nəyəsə çevirməyən insanın acısı dözülməzdir

Vaxtında dayanmağı öyrən. 

 Qumar keçmişi olan insanlar sizə öz həyatları haqqında bəhs etsə “vaxtında dayana bilmədim” deyəcək. 

Uduzmağın qarantiyası oyuna başlamamaqdır deyirlər. Bir də başlayıb dayana bilməyənlər uduzur. Növbəti dəfə super olacaq deyib öz və sevdiyi insanların həyatını qara edənlər ordusu var. Həmin ordunun əsgəri onsuz da çoxdur. Siz də birinə çevrilməyə can atmayın. 

Dünyanı dəyişmək istəyirsənsə 

özünü dəyişməkdən başla. 

İnsan qocaldıqca Ruminin sözləri ona daha da aydın olur. Gör heç özünü dəyişə biləcəksən? Dünyəvi iştahın ola bilər amma lokal testlər et. 

Böyük işləri görmək üçün kiçik addımlar atın sözü boşuna deyilməyib. 

Mənim üçün işləyən qaydalar 

Eyni məsləhət 3 fərqli insana fərqli cür təsir edir. İçi mən daxil kiməsə qulaq asarkən diqqətli olun. Əyni yeməyi iki ayrı adam bişirir. Reseptə baxırsan ki, fərqi anlayasan fərq isə insanın öz toxunuşlarında və prosesi görmə şəklindədir. Mən musiqi sədasıyla yazmağı sevirəm. Kimsə sakit şəkildə oturub yazmağı sevir. Kimsə yazmağı ümumiyyətlə sevmir. 

 Hərkəsin öz vaxtı var. 

Hamı eyni şeyi eyni anda anlamır. Bütün müştərilər eyni məhsulu eyni gündə almır. Amerikan maşın taciri deyirdi ki, hər oturacağın öz yançağı var. Hər dərsin özünün öyrənilmə vaxtı və hər tələbənin özünün öyrənmə tərzi var. 

Ardı olacaq 

Digər məqalələr

Bişirmək İstədiyimiz Ət

Bişirmək İstədiyimiz Ət

  • 108 Baxış
  • 25.06.2025
  • 5 dəq oxuma
125 il əvvəl, Fransada yaşayan 2 qardaş daha çox təkər sata bilsin deyə maraqlı bir yol tapır. Onlar ölkənin ziyarət edilməli olan məkanlarından ibarə ...
Hər kəs
Daha çox
Kofe adamı vs Çay adamı

Kofe adamı vs Çay adamı

  • 72 Baxış
  • 18.06.2025
  • 4 dəq oxuma
Çayı və kofeni sevən insanlar arasında xasiyyət fərqləri müşahidə etmişəm. Sanki çay içənlər həyatda daha az ilə qane olmağı və ya xoşbəst olmağı baca ...
Hər kəs
Daha çox
kofe.al

Biz hər zaman istedadlı və yaradıcı insanların axtarışındayıq. Özünüzü tanıtmaqdan çəkinməyin!

Xüsusiyyətlər
  • Destek
  • Abunəlik
  • Mağaza
  • QR kodlar
  • Patreon Alternativi
İnteqrasiyalar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Haqqımızda
  • Qaydalar
  • Məxfilik

Copyright © 2025 BONPARA layihəsi. Bütün hüquqlar qorunur.