Kofe Al
  • Üzvlərimiz
  • Bloq
  • FAQ
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
  • Daxil ol Qeydiyyat
Kofe Al
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский

Sevdiyin işlə məşğul ol, izləyicilərindən dəstək qazan!

  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
    • Üzvlərimiz
    • Bloq
    • FAQ
Daxil ol Qeydiyyat
Bizi izləyin
Coşqun Kərimov
  • 11 kitablıq buket
    Coşqun Kərimov
  • 8 Baxış
  • 28.06.2026
  • 2 dəq oxuma

11 kitablıq buket

Bəzən bir insanın bütün həyatı bir neçə cümlənin içində gizlənir. Son 10 il ərzində qarşıma çıxan insanlardan, şahidi olduğum talelərdən, verdiyim təlimlərdən, etdiyim səhvlərdən, qazandığım uğurlardan və gecələr məni düşündürən suallardan yazdım. Hər qeyd bir müşahidə idi. Hər səhifə həyatın mənə öyrətdiyi bir dərs. Bu kitab nə motivasiya kitabıdır, nə də uğur formulu. Bu kitab insan olmaq haqqındadır.

11 kitablıq buket

Mövcud vəziyyətlə barışsaydım, əlyazmaların ilk pulsuz hissələrini oxumuş insanlar olmasaydı, bu 10 kitab işıq üzü görməyəcəkdi. Vəziyyət deyirdi ki, ölkədə yerli müəllif üçün nə sistem, nə insanlıq, nə də ümid yeri yoxdur. Ancaq maneələr, stress, xaos və tacirlər ordusu var. Kitab işindən hərkəs mənfəətlə çıxırdı. (Müəllifdən başqa.) Bəli, istisnalar var. Ancaq onlar haqqında da debat etsən o qədər detallar çıxar ki. 

Məsələ bu deyil. Məsələ odur ki, mən sadəcə yazmağı sevirdim. Yazmaq da "day keçib, elə görək nə edirsən" deyirdi. 

KVAN ilə başlayan bu yolda nələr öyrəndim nələr. 

10 kitab - 10 kampaniya idi. Hər kampaniya bir məktəb oldu. Bu məktəbdə xəyallarım üçün çalışan 1-ci sinif şagirdindən ta 11-ci sinifin məzununa kimi yol getdim. İnsanları, özümü, bazarı daha yaxından tanımış oldum. 

Mövcud vəziyyət dəyişdimi? Hamı üçün dəyişmədi. Mən hələ də təmiz fərqli sahələrdə işləyərək çörək qazanıram. Amma kitablarımı minlərlə oxucu oxuyub. Onlar daim yazıb, rəy bildirib, görüşüb və ürək sözlərini deyib. Nə qədər hekayələri var hər kitabımın. Bununla nə demək istəyirəm. 

Bu həyatda heçnə əhəmiyyət daşımır. (Biz onu əhəmiyyətli edənə qədər.)

İndi bu 10 illik yolumun buketi, qeydlər toplusu da bir əhəmiyyət daşımır. Hələ ki. Dünənə kimi belə idi. Dünən 15 nəfər bu qeydlər toplusunu önsifariş etdi. Onlar çox gözəl anlayır ki, bu kampaniyalar dövrü tez bitir və unudulur. Geriyə isə rəflərində olacaq bu limitli kitablar qalır. (Ubuntu, Lamartin, Aldo, 306 dan sonra bu toplu qalacaq.) 

İndi sizinlə birgə bu topluya ad qoymaq istəyirəm. Növbəti post yəqin ki, bununla bağlı olacaq. Birlikdə başlamışıq. Birlikdə bitirək bu yolu. Yolu bitirmək nədir? Limitli kitablar seriyasını bu toplu ilə yekunlaşdırıram. Bu 300 nəfəri isə indidən təbrik edirəm. Onların əlində 1 deyil 11 kitablıq bir toplu olacaq. Üstəlik Coşqunu daha yaxından tanıyacaqlar. Bu onlara nə verəcək? Ədəbiyyatda sadə və güclü qayda var. Haqqında oxuduğun başqa insan sənə özün haqqında daha çox şey öyrədir. Coşqun haqqında oxuyan zaman "aaa mən də belə...məndə də elə..." cümlələrinizi eşitmiş kimi olacam. 

Qalacaq KVAN və Danış Görək kimi kütləvi kitablarım. Onlar isə onlarla nəslin mayakı olacaq. Buna adım kimi əminəm. (10 ildən sonra bunu deməyə kifayət qədər inamım yaranıb.) 

Siz də 300 nəfərdən biri olmaq istəsəz bu platformadan 1 kofe alın və mesaj hissəsində ürək sözlərinizi yazın. 

Digər məqalələr

Cekpot Haqqında Hekayə

Cekpot Haqqında Hekayə

  • 80 Baxış
  • 21.06.2026
  • 6 dəq oxuma
Bu arada onu da deyim ki, cekpotların dünyasında hər şey yağ və bal kimi getmir. O qədər mənfi şeylər də baş verir ki, həmin müddət ərzində. Balans ol ...
Hər kəs
Daha çox
Bir Fincanın Hekayəsi

Bir Fincanın Hekayəsi

  • 97 Baxış
  • 16.06.2026
  • 3 dəq oxuma
Şagirdlərin çoxu inana bilmirdi ki, 40 yaşım var. Bir çoxu məni müəllim işlədiyimə görə qınayırdı. (Onlara elə gəlirdi ki, belə maraqlı həyat yaşamış ...
Hər kəs
Daha çox
kofe.al

Biz hər zaman istedadlı və yaradıcı insanların axtarışındayıq. Özünüzü tanıtmaqdan çəkinməyin!

Xüsusiyyətlər
  • Dəstək
  • Abunəlik
  • Mağaza
  • QR kodlar
  • Patreon Alternativi
İnteqrasiyalar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Haqqımızda
  • Qaydalar
  • Məxfilik

Copyright © 2026 BONPARA layihəsi. Bütün hüquqlar qorunur.