Kofe Al
  • Üzvlərimiz
  • Bloq
  • FAQ
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
  • Daxil ol Qeydiyyat
Kofe Al
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский

Sevdiyin işlə məşğul ol, izləyicilərindən dəstək qazan!

  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
    • Üzvlərimiz
    • Bloq
    • FAQ
Daxil ol Qeydiyyat
Bizi izləyin
Fərid İlham
  • Konowa loqosu – İncəsənət və kulinariyanın harmoniyası
    Fərid İlham
  • 111 Baxış
  • 13.01.2025
  • 2 dəq oxuma

Konowa loqosu – İncəsənət və kulinariyanın harmoniyası

Uzun müddət loqo sifarişi almamışdım. Bir gün Instagram vasitəsilə Misirdə suşi restoranı açmaq istəyən ərəb bir müştəri Yakudza Sushi loqosunu göstərərək, həmin üslubda "Konowa" adlanan bir loqo istədi. Taglayn isə "Sushi & Wok Bar" olmalı idi.

Konowa loqosu – İncəsənət və kulinariyanın harmoniyası

Uzun müddətdir ki, Yakudza Sushi üçün hazırladığım loqodan sonra yeni bir sifariş almamışdım. Bir gün Instagram vasitəsilə Misirdə suşi restoranı açmaq istəyən ərəb bir müştəri mənə mesaj yazdı. O, Yakudza Sushi loqosunu göstərərək həmin üslubda “Konowa” adlanan bir loqo hazırlamağımı istədi. Loqonun taglaynı isə "Sushi & Wok Bar" olmalı idi.

Adətən loqo hazırlayanda xidmətin və məhsulun xüsusiyyətləri ilə yanaşı, adın mənasını da öyrənir və onu detallarla ifadə etməyə çalışıram. Ancaq müştəri adın mənası barədə heç bir məlumat verməmişdi, mən də əlavə soruşmadım. Araşdırma apardım, amma "Konowa" sözünün mənasını tapa bilmədim. Buna görə loqoda hər iki "O" hərfini suşi rolları kimi, "W" hərfini isə iki çubuğun (chopstick) olduğu bir kasa formasında göstərdim.

Loqo ilə yanaşı bir neçə alternativ də hazırladım, amma müştəri bu versiyanı bəyəndi. İş tamamlandıqdan sonra loqonu müştəriyə təqdim etdim. O, işdən çox razı qaldı. Təəssüf ki, ödəniş prosesi ilə bağlı problem yaşandı. Müştərinin göndərdiyi ödəniş mənim hesabıma daxil olmadı. Banka müraciət edəndə isə ödəniş rekvizitlərində problem olduğunu dedilər. Halbuki, əvvəlcədən hər şeyi dəqiqləşdirmişdim və lazım olan bütün məlumatları göndərmişdim.

Bir neçə günlük mübarizədən sonra, şikayətim qəbul edildi və ödəniş hesabıma daxil oldu. Bundan sonra loqonu müştəriyə göndərdim. Amma müştəri ilə əlaqə saxlamaq çətin oldu və sonradan onu tapmaq mümkün olmadı. Mən həmişə işlərimin taleyi ilə maraqlanıram, çünki hazırladığım loqoların fərqli ölkələrdə istifadə edilməsi mənə böyük qürur hissi yaşadır. İşlərim yalnız mənfəət üçün deyil, həm də mənim sahəmdə iz buraxmağım və bizneslərə real fayda gətirməyim üçündür. Müştərinin uğuru mənim uğurumdur.

Sona qədər oxuduğunuz üçün təşəkkür edirəm. Hər birinizə işlərinizdə uğurlar arzulayıram!

Gallery Images
Gallery Images
Gallery Images
Gallery Images
Gallery Images
Gallery Images
Gallery Images

Digər məqalələr

Chef Tantuni — Loqo hazırlanma prosesi

Chef Tantuni — Loqo hazırlanma

  • 81 Baxış
  • 13.02.2025
  • 2 dəq oxuma
Chef Tantuni mənə logo dizaynı üçün müraciət etdi və mən onların markasının şəxsiyyətini əks etdirən bir maskot logo təklif etdim. Birinci versiya əyl ...
Hər kəs
Daha çox
"Sushi San" sushi restoranı üçün loqotip

"Sushi San" sushi restoranı üç

  • 82 Baxış
  • 09.02.2025
  • 1 dəq oxuma
"San" (さん) "Sushi San" loqotipində hörmət və ehtiram ifadə edən yapon suffiksidir və yapon mədəniyyətinin vacib elementlərindən biridir. Loqotip minim ...
Hər kəs
Daha çox
kofe.al

Biz hər zaman istedadlı və yaradıcı insanların axtarışındayıq. Özünüzü tanıtmaqdan çəkinməyin!

Xüsusiyyətlər
  • Destek
  • Abunəlik
  • Mağaza
  • QR kodlar
  • Patreon Alternativi
İnteqrasiyalar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Haqqımızda
  • Qaydalar
  • Məxfilik

Copyright © 2025 BONPARA layihəsi. Bütün hüquqlar qorunur.