Fərid İlham (Əliyev)

Fərid İlham (Əliyev)

Logotip | Illustrasiya | Çap dizaynı
  • 0 Dəstəkçi
Fərid İlham (Əliyev) üçün kofe al
Bu mesajı şəxsi edin

Minimum dəstək: 2.00 ₼
Bir dəfəyə max. dəstək 200 ₼ — 100 kofe

Kart ilə ödənişlər dayandırılıb.

Fərid İlham (Əliyev)
Logotip | Illustrasiya | Çap dizaynı

Mən Fərid İlham — 10 ildən artıq təcrübəsi olan qrafik dizayner və illüstratoram.

İş həyatımın böyük hissəsi kitab, jurnal və müxtəlif çap məhsullarının dizaynı ilə bağlı olub. Bu müddət ərzində 2000-dən çox kitab, jurnal, reklam və brend materialının hazırlanmasında iştirak etmişəm. Hazırda fərdi qaydada çalışır, loqo dizaynı, vizual identiklik, illüstrasiya və geyimlər üçün print dizaynları hazırlayıram.

Dizaynda mənim üçün əsas məsələ sadəcə gözəl görünüş deyil, ideyanın özüdür. Hər simvolun, xəttin və detalın bir məna daşımasını sevirəm. Hazır trendləri təkrarlamaqdansa, hər layihəyə öz yanaşmamı gətirməyə çalışıram.

İşdən kənar vaxtlarda şəhərdə gəzməyi, insanları müşahidə etməyi, kinoya getməyi və yeni ideyalar üzərində düşünməyi sevirəm. Məncə, ilham həmişə xüsusi bir yerdə axtarılmalı deyil — bəzən gündəlik həyatda gördüyün adi bir detal belə yaxşı ideyanın başlanğıcı ola bilər.

Öz işimdə də, həyatda da səmimiyyətə, müstəqil düşüncəyə və gördüyüm işin arxasında dayanmağa önəm verirəm.