Qocalıq

İtirilmiş ən böyük sərvət gənclikdir


343 baxış
20.01.2025
1 dəq oxuma

Görəsən qocalıq nədir,əzizim?


O qara saçların ağarmasımı?


Saç nədir ,ruhumuz ağarıb bizim


Görmüsən şairin qocalmasını?

 

Bilirsən şairlər nə vaxt qocalır?


Qələmi yazmayıb,söz tükənəndə


Şairin qələmi təbdən güc alır


Qocalar qələmdən vərəq küsəndə

 

Sən nədir qocalıq bilirsənmi heç?


Gəl izah eyləyim,qulaq as sən də


Bir zaman gələcək,başlayacaq köç


Qələmim titrəyib əlim əsəndə

 

Qocalıq illərin hamı görəcək


Mən bir az tələsdim qocalmaq üçün


Ölümlü dünyadır,gedən gedəcək


Hələ ki yazıram ucalmaq üçün