Düşür

Şeir özümə məxsusdur və yenidir


338 baxış
20.01.2025
1 dəq oxuma

Hər gecə keçirəm güzgü qabağına,


Özümün özümlə söhbətim düşür.


Etdiyim günahlar gəlir ağlıma,


Özüm öz gözümdə qiymətim düşür

 

Kənardan baxıram diqqət edirəm


Bu kövrək qəlbimə nifrət edirəm


Kimə ki,can deyib hörmət edirəm


O dəqiqə gözündə hörmətim düşür

 

Pis olan mən oldum həmişə sonda


Şeytanı görmüşəm hər cürə donda


Kimin ki xətrinə dəyirəm onda


On nəfər içində qiybətim düşür

 

Ey Araz gözləmə əzrayıl yata


Gün gələr səni də çəkər sirata


Riyazi baxışla baxsam həyata


Kök altda qalıram qüvvətim düşür