Sevdiyin işlə məşğul ol, izləyicilərindən dəstək qazan!
Yadelli sadə bir insan, bir uşaq valideyni, əziz övlad, gözəl bir insanın həyat yoldaşı, dillərini kəkələyə-kəkələyə danışdığı səmimi insanların qonşusu, həddən artıq maraqlı insanların dostu və Allah bilir, başqa kimlərin kimidir. O, Yazıçılar Birliyinin üzvü və Milli Kitab Mükafatı müsabiqəsinin qalibi deyil. Uşaq yaşlarından ürəyində yığılıb qalan sözləri ilk dəfə 2016-cı ildə vərəqə tökməyə başlayıb.
Xaotik üslubda yazmağı səmimiliyindən və xaosda gözəllik tapmağından irəli gəlir. Yadelli prezident təqaüdünə layiq görülməsə də, yüksək balla universitetə qəbul olub və xaricdə ikinci ali təhsilini alıb. O, doğulub “boğulduğu”, böyüyüb kiçildiyi Sumqayıt şəhərini hələ də sevir. Yad bir eldə yaşayır və ..
Copyright © 2024 Yadelli. Bütün hüquqlar qorunur.
Kitabinizi səbrsizliklə gözləyirəm