Do what you love, gain support from your audience!
Yadelli sadə bir insan, bir uşaq valideyni, əziz övlad, gözəl bir insanın həyat yoldaşı, dillərini kəkələyə-kəkələyə danışdığı səmimi insanların qonşusu, həddən artıq maraqlı insanların dostu və Allah bilir, başqa kimlərin kimidir. O, Yazıçılar Birliyinin üzvü və Milli Kitab Mükafatı müsabiqəsinin qalibi deyil. Uşaq yaşlarından ürəyində yığılıb qalan sözləri ilk dəfə 2016-cı ildə vərəqə tökməyə başlayıb.
Xaotik üslubda yazmağı səmimiliyindən və xaosda gözəllik tapmağından irəli gəlir. O, doğulub “boğulduğu”, böyüyüb kiçildiyi Sumqayıt şəhərini hələ də sevir.
Copyright © 2025 Yadelli. All rights reserved.
Kitabinizi səbrsizliklə gözləyirəm