Məhin Abas Cəbrayılova

Məhin Abas Cəbrayılova

Təhsil konsultasiyaları və motivasiya
  • 1 Supporter
Buy kofe for Məhin Abas Cəbrayılova
Make this message private

Minimum dəstək: 2.00 ₼
Bir dəfəyə max. dəstək 200 ₼100 kofe

Məhin Abas Cəbrayılova
Təhsil konsultasiyaları və motivasiya

Haqqımda

Salam! Mən Məhin Abas Cəbrayılova ali təhsil üzrə PhD və tədqiqatçıyam.

Hazırda ABŞ-da Saint Louis Universitetində tədqiqatçı olaraq çalışıram. Akademik və peşəkar fəaliyyətim boyunca təhsil, tədqiqat, layihələrin idarə olunması, sahibkarlıq və gənclərin inkişafı istiqamətlərində çalışmışam.

Bu platformanı yaratmaqda əsas məqsədim təhsil və karyera yolunu müəyyənləşdirməyə çalışan gənclərlə öz bilik və təcrübəmi bölüşməkdir. Burada:

  • xaricdə təhsil və universitet seçimi;
  • ixtisas və karyera istiqamətinin müəyyənləşdirilməsi;
  • universitetlərə müraciət prosesinə hazırlıq;
  • akademik və şəxsi inkişaf;
  • təhsil və karyera imkanları;
  • motivasiya və məqsədlərin düzgün planlaşdırılması

mövzularında maarifləndirici paylaşımlar edəcəyəm və fərdi konsultasiya xidmətləri göstərəcəyəm.

İnanıram ki, düzgün məlumat, doğru istiqamətləndirmə və düşünülmüş qərarlar gənclərin qarşısında yeni imkanlar aça bilər. Məqsədim sadəcə məlumat vermək deyil, gənclərin öz potensiallarını daha yaxşı tanımalarına, imkanları araşdırmalarına və gələcəkləri ilə bağlı daha şüurlu qərarlar vermələrinə dəstək olmaqdır.