Bütün özünü tanıma alətləri, şərqin fəlsəfi ənənələri insanı ruhani-əxlaqi baxımdan öyrənməklə yanaşı, can sağlığı məsələsini də insan tanımada və enerjilərin öyrənilməsində aparıcı hesab edir.
`Sağlam bədəndə sağlam ruh olar` ifadəsi təsadüfən vacib atalar sözlərindən biri deyil, sağlamlıq insanın ruhani təkamülünün vacib hissəsidir. Belə olmasaydı, təkamül nəzəriyyəsinə görə müxtəlif inkişaf mərhələlərində canlılardan sağ qala bilən növləri, yəni inkişaf üçün böhran şəraitində sağlam qalanlar, həyatın növbəti mərhələsinə keçə bilirdilər. Həyatın növbəti mərhələsi deyərkən, varlığın növbəti energetik strukturu və ya energetik səviyyəsi kimi də başa düşə bilərik. Elə linqvistik cəhətdən də sağlamlıq və sağlıq – yəni sağ olma bir-birini əvəz edə biləcək ifadələrdir.
Sağlamlığa dair göstəricilər Tale Matriksi alətində ayırıca olaraq xüsusi cədvəldə proqramlar şəklində təqdim olunur. Ənənəvi kurslarda Sağlamlıq Cədvəli potensial ola biləcək xəstəliklərin siyahısı kimi təqdim olunur, lakin bu cədvəl ümumiyyətlə təkcə sağlamlıq mövzusu barədə deyil. Cədvəl formal olaraq Sağlamlıq Cədvəli və ya Sağlamlıq Xəritəsi olaraq adlandırılsa da, bədənin bütövlükdə energetik strukturunun necə işlədiyinə dair əsas bilgini verdiyi üçün burada insanın potensialı, o potensialını necə reallaşdıra biləcəyi, hansı yolu getməli olduğu və s. insan həyatına dair vacib suallara cavablar vardır. Hətta bəzi əcnəbi Tale Matriksi mütəxəsissləri öz fəaliyyətlərini əsasən Sağlamlıq Cədvəlinin araşdırılmasına həsr edirlər və iddia edirlər ki, təkcə sağlamlıq cədvəlində insan barədə 70-80% dünyəvi və mənəvi informasiyanı almaq olar. Sağlamlıq cədvəlinə baxmaqla insanın güclü-zəif nöqtələri, potensialı, ola biləcək can sağlığı və psixiki problemləri, maddi vəziyyəti, qabiliyyətləri, ünsiyyət qurma bacarıqları, onunla ünsiyyətə keçmə yolları və ona təsir yollarına dair məlumatları görürlər. Yəni formal olaraq təkcə Sağlamlıq Cədvəlini təhlil etməklə insan barədə köklü məlumatları almış olduqlarını iddia edirlər.
Daha ətraflı YouTube kanalımdakı dərs videoda izləyə bilərsiniz.