Tale-Matriksi aləti ilə həyat missiyamızın kodlarını oxuya bilərik.
Bunun üçün sadəcə Matriks xəritəmizdəki Missiya bölməsinə baxmağımız lazımdır. Tale- matriks alətinə görə qədərə yazılmış missiya bir deyil, bir neçədir. Hər həyat mərhələsi bir missiya üçün ayrılıb və o yaş mərhələsi üçün verilmiş missiyanı yerinə yetirməmək sonrakı həyat mərhələlərinin gedişatını da çətinləşdirir. İnsan düşünür ki, indi pisdirsə, alınmırsa, çətindirsə, zəifdirsə və.s indi uyğun zaman deyilsə, gələcəkdə, öndə mütləq daha yaxşı bir mərhələ olacaq, bax onda o, özünü daha yaxşı, doğru, güclü və s. cəhətdə uğurlu ola biləcək. Tale-matriksi insantanıma aləti isə buna bir qədər fərqli baxır və insan həyatının mərhələlərini bir-birindən asılı zəncirvari şəklində sistemləşdiyini izah edir.
Mövzu YouTube kanalımda daha ətraflı təqdim olunur.