3 düym fərq
Ziko hər iki ayağından məharətlə istifadə edən və cərimə zərbələrinin ustası olan bir futbolçu idi. O, 1983-cü ildə İtaliyanın "Udineze" klubuna transfer olur. Yeni klubuna keçəndən sonra məşq zamanı cərimə zərbələri ilə bağlı bir sıra çətinliklər yaşamağa başlayır. Qəribədir, amma qapı dirəyində problem var idi. Ziko əməkdaşlara qapı dirəyinin hündürlüyünün düzgün olmadığını bildirir. Təbii ki, ona belə bir şeyin mümkün olmadığını deyirlər. Ziko israr edir: "Xeyr, qapının ölçüsü qaydalara uyğun deyil, çünki mən zərbə zamanı həmişə üst dirəyi bələdçi kimi götürürəm..." - deyə cavab verir. Qapını ölçürlər. Ziko haqlıdır.
Divar yerindən oynadı
1984-cü il mövsümünün doqquzuncu yarışı olan Dallas Qran-prisi Amerikada Detroitdən sonra ikinci dayanacaq idi. Havanın temperaturunu yarış üçün təhlükəli saymaq olardı. Vəziyyəti o qədər pis idi ki, yarışdan əvvəl Alen Prost və Niki Lauda yarışı boykot etmək istəyirdilər. Lakin onların boykotları nəticə vermədi. 26 maşından səkkizi yarışı bitirə bildi. Yarışı bitirə bilməyən 18 maşından 14-ü divara dəydikdən sonra yarışdan kənarda qalmışdı. Bu 14 nəfər arasında Alen Prost, Niki Lauda, Ayrton Senna və Nelson Pike yer alırdı. Sennanın unudulmaz “Divar yerindən oynadı” hekayəsi də bu yarışın bir hissəsi idi.
Senna 47-ci dövrədə divara çırpılaraq yarışı tərk eləmişdi. Lakin onun fikrincə, bu qəza baş verməməli idi. Pitə qayıdanda yarış mühəndisinin yanına getdi və dedi: “Bu qəzanı necə keçirdiyimi başa düşə bilmirəm. Çünki döngələrə həmişəki kimi girirdim. Divar yerindən tərpənib”. Təbii ki, heç kim ona inanmadı və hətta ələ saldılar. Senna inad etdi. Yarışdan sonra qəzaya uğradığı baryerə baxdılar. O, haqlı idi. Həqiqətən də baryer yerindən tərpənmiş, əvvəlki qəzalara görə 4-10 mm irəli çıxmışdı.