Kofe Al
  • Üzvlərimiz
  • Bloq
  • FAQ
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
  • Daxil ol Qeydiyyat
Kofe Al
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский

Sevdiyin işlə məşğul ol, izləyicilərindən dəstək qazan!

  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
    • Üzvlərimiz
    • Bloq
    • FAQ
Daxil ol Qeydiyyat
Bizi izləyin
Zaur Bünyadzadə
  • Süni intellekt hər kəs üçün əlçatan olmayacaq!
    Zaur Bünyadzadə
  • 7 Baxış
  • 27.05.2026
  • 4 dəq oxuma

Süni intellekt hər kəs üçün əlçatan olmayacaq!

AI – gələcəyin ən kritik istehsal silahı

Süni intellekt hər kəs üçün əlçatan olmayacaq!

Hazırda süni intellekt alətləri hələ də nisbətən ucuzdur, çünki şirkətlər bazarı ələ keçirmək üçün xərcləri subsidiyalaşdırır. İstifadəçi buna vərdiş etsin, iş axınları dəyişsin, şirkətlər Sİ-dən asılı vəziyyətə düşsün deyə qiymətlər münasib saxlanılır. ​Amma məsələnin pərdəarxası tamamilə fərqlidir. Bu sistemlərin işləməsi üçün nəhəng GPU infrastrukturu lazımdır. Elektrik istehlakı, data mərkəzi xərcləri, çip tədarükü, model təlimi, "inference" (nəticə çıxarma) xərcləri, təhlükəsizlik, tənzimləmə (regulyasiya), komandalar, texniki qulluq… Bunların heç biri ucuz deyil. Bu gün “aylıq 20 dollar” kimi görünən alət, əslində, gələcəyin ən kritik istehsal infrastrukturuna erkən giriş kimidir. ​Gələcəkdə süni intellekt alətləri iki yerə bölünəcək:

• ​Ucuz, məhdud, ləng, hər kəsin istifadə etdiyi bəsit modellər​

• Bahalı, sürətli, güclü, həqiqətən iş görən premium modellər 

​Əsl fərq də elə məhz burada başlayacaq. ​Bir nəfər bəsit Sİ ilə məzmun yazdırarkən, başqa biri təkmilləşmiş Sİ agentləri ilə satış edəcək, müştəriləri idarə edəcək, proqram təminatı hazırlayacaq, analizlər aparacaq, əməliyyat strukturları quracaq və bir şirkət kimi fəaliyyət göstərəcək. Yəni məsələ sadəcə “Sİ-dən istifadə etmək” olmayacaq. ​Hansı süni intellekt alətinə çıxışının olması, ondan nə qədər sürətlə istifadə etdiyin, onu hansı alətlərə qoşa bildiyin və o sistemdən nə dərəcədə fayda əldə edə bildiyin həlledici olacaq. 

Bu gün internet hər kəsə açıq kimi görünür, lakin hər kəs internetdən eyni pulu qazana bilmir. ​Sİ-də də eynisi olacaq. Onun gücü hər kəsə eyni səviyyədə verilməyəcək. Gələcəkdə ən böyük fərq Sİ-dən istifadə edə bilənlərlə istifadə edə bilməyənlər arasında yox, keyfiyyətli alətlərə çıxışı olanlarla yalnız “oyuncaq” səviyyəsindəki Sİ-lərdən istifadə edənlər arasında yaranacaq. Buna görə də bu gündən Sİ öyrənmək sadəcə texnologiya marağı deyil. Gələcəyin istehsal, rəqabət və pul qazanma infrastrukturuna erkən uyğunlaşmaqdır.

Burada əsas məsələ sadəcə “Sİ bahalı olacaq” məsələsi deyil. Zəncirin özü artıq bir neçə böyük gücün əlində cəmləşir. Süni intellekt modellərini inkişaf etdirən şirkətlərin böyük hissəsi Amerika mərkəzlidir. GPU bazarının ən kritik oyunçuları yenə Amerika mərkəzlidir. Bulud infrastrukturu, böyük data mərkəzləri, API ekosistemi, korporativ proqram təminatı, ödəniş sistemləri və paylama kanallarında ABŞ şirkətlərinin ciddi üstünlüyü var. Bəli, çiplərin fiziki istehsalında Tayvan və Asiya kritik rol oynayır. Amma dizayn, kapital, proqram təminatı ekosistemi, model təlimi və bazara çıxış tərəfində zəncirin böyük hissəsi yenə Amerika texnologiya nəhənglərinin nəzarətindədir. Buna görə də zəncirin istənilən halqasində xərc artsa, təsir dalğa-dalğa hər yerə yayılır. GPU bahalaşırsa, model təlimi bahalaşır. Data mərkəzi xərcləri artırsa, inference bahalaşır. Elektrik, soyutma, regulyasiya, təhlükəsizlik və API xərcləri artırsa, son istifadəçiyə göstərilən xidmət də bahalaşır. 

Amma əsas məsələ qiymət deyil. Əsas məsələ asılılıqdır. Müəyyən bir nöqtədən sonra seçim qalmayacaq. Şirkətin əməliyyatları süni intellektə bağlanacaq. Proqramçı Sİ ilə kod yazacaq. Marketoloq Sİ ilə analiz və məzmun hazırlayacaq. Satış komandası Sİ ilə müştəri idarə edəcək. Kiçik biznes Sİ ilə dəstək göstərəcək. Fərdi istifadəçi belə işini, təhsilini və istehsalını Sİ vasitəsilə sürətləndirəcək. Yəni bu gün “istifadə etməsəm də olar” dediyin texnologiya, bir neçə ildən sonra əsas istehsal infrastrukturuna çevrilə bilər. Həmin anda qiymət artsa, istifadəçi sadəcə: “Ləğv edərəm, istifadə etmərəm” deyə bilməyəcək. Çünki rəqibi istifadə edir, bazar istifadə edir… İstehsal sürəti və müştəri gözləntiləri çoxdan dəyişmiş olacaq. Sİ əvvəlcə ucuz və əlçatan görünəcək. Sonra yavaş-yavaş iş axınlarının içinə yerləşəcək, asılılıq yaradacaq. Sonra isə keyfiyyətli süni intellektə çıxış bahalaşacaq. Ucuz Sİ istifadə edənlərlə güclü alətlərə çıxışı olanlar artıq eyni oyunu oynamayacaqlar…

Digər məqalələr

"Project Hail Mary" – soyuq kosmosda elm və iradənin möhtəşəm mübarizəsi

"Project Hail Mary" – soyuq ko

  • 142 Baxış
  • 25.03.2026
  • 3 dəq oxuma
Rayan Qoslinqin təkadamlıq şousu ...
Hər kəs
Daha çox
“Weapons” – Stiven Kinq və Stenli Kubrikin izindən

“Weapons” – Stiven Kinq və Ste

  • 332 Baxış
  • 19.08.2025
  • 2 dəq oxuma
Gərginlik, mistika və unikal referanslar... ...
Hər kəs
Daha çox
kofe.al

Biz hər zaman istedadlı və yaradıcı insanların axtarışındayıq. Özünüzü tanıtmaqdan çəkinməyin!

Xüsusiyyətlər
  • Dəstək
  • Abunəlik
  • Mağaza
  • QR kodlar
  • Patreon Alternativi
İnteqrasiyalar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Haqqımızda
  • Qaydalar
  • Məxfilik

Copyright © 2026 BONPARA layihəsi. Bütün hüquqlar qorunur.