Kofe Al
  • Üzvlərimiz
  • Bloq
  • FAQ
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
  • Daxil ol Qeydiyyat
Kofe Al
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский

Sevdiyin işlə məşğul ol, izləyicilərindən dəstək qazan!

  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
    • Üzvlərimiz
    • Bloq
    • FAQ
Daxil ol Qeydiyyat
Bizi izləyin
Yasin Laçınlı
  • Yağış damcıları
    Yasin Laçınlı
  • 316 Baxış
  • 22.09.2024
  • 2 dəq oxuma

Yağış damcıları

"Yağış damcıları" 22-23.03.2024-cü il tarixlərində hərbi xidmətdə olduğum müddətdə qələmə aldığım kiçik bir ibrətamiz hekayədir. Günümüzdə hər şeydən tez bir zamanda bezmək, şikayətlənmək biz insanlar üçün çox təbii bir hala çevrilib. Bu səbəbdən "yağış damcıları" hekayəmi sizinlə paylaşmaq və sizin də bu mövzu haqqında düşüncələrinizi öyrənmək istərdim. Xoş mütaliələr!

Yağış damcıları

Gecədən başlayan yağış hələ də davam edirdi. Sadəcə yağış damcılarının sayı azalmışdı sanki.

Yerə düşməkdə olan yağış damcılarından Toppuş Uzuna dedi: “Uzun, səncə, insanlar niyə bizdən qaçırlar ?” Uzun bir qədər düşündükdən sonra çox maraqlı və eyni zamanda da mənalı bir cavab verdi: “Bilirsən, Toppuş, insanlar təkcə ”biz"dən qaçmırlar, onlar “hər şey”dən qaçırlar". “Necə yəni “?” - deyə Toppuş Uzuna təəccüb dolu müraciət etdi. ”Fəsillər və İnsanlar" haqqında bir kitab var, bax, orda oxumuşdum ki, insanlar hər zaman nədənsə şikayətlənirlər, yəni qış fəsli olanda yazı, yaz fəsli olanda qışı, payızı görəndə yayı və s. arzulayırlar. Bax elə buna görə də insanlar çox qərarsız və hər zaman şikayətçidirlər". “Hmm, maraqlıdı” - deyə Toppuş Uzunun dediklərinə diqqətlə qulaq asırdı.

Uzun: Bax, indi bizi - yağış damcılarını götürək. İnsanlar hava çox isti olanda şikayətlənib onun soyuq olmasını istəyirlər. Halbuki soyuq olanda isə isti olmasını səbirsizliklə gözləyirlər. Biz - yağış damcıları bax indi narın-narın yerə düşməkdəyik. Mən dəfələrlə insanların yanaqlarını qıdıqlayır, onları incitmədən, çox sakit və astaca onlara toxunub yerə düşürəm, əhvallarını korlamaq istəmirəm.

Toppuş: Həə, amma mən bilirsən necə edirəm ?

Uzun: Necə ?

Toppuş: İnsanların bizdən şikayətlənib qaçdıqları kimi mən də onlardan qaçıram. Yəni insanların üzərinə düşmürəm, onları narahat etmirəm.

Uzun və Toppuş arasındakı söhbət həm maraqlı, həm də çox düşündürücü idi. Elə məhz buna görə də axşam bütün yağış damcıları istirahət etdiyi zaman Toppuş və Uzun yenə səhərki mövzu haqqında söhbət edirdilər. Onlara yaxınlaşan Gözəl və Dəcəl də söhbətə qoşuldu. Onlar da insanların onlardan - yağış damcılarından qaçmaqlarını, şikayətlənməklərini eşitdiklərini dedilər. Bu söhbət tez bir zamanda bütün yağış damcıları arasında yayıldı. Sonda qərara gəldilər ki, bir müddət yerə düşməsinlər.

Aradan aylar, illər keçdi. Yer səthində quraqlıq başladı. İnsanlar bu dəfə isə istidən şikayətlənir, yağış damcılarının yerə düşməməsi nəticəsində əkin sahələrinin məhv olacağından qorxurdular.

Nağıl bitdikdən sonra Gülü nənə nəvəsi Selcana “bax belə, mənim şirin-şəkər balam. Bu dünyada hər şeyin öz yeri var. Hər fəslin öz gözəlliyi var. Çalış, sən heç nədən şikayətçi olma, hər kəsi, hər şeyi sevməyə çalış”.

Selcan nənəsinə “mən yağış damcılarını çox sevirəm, nənəcan” deyib nənəsinin qucağına atıldı.

Digər məqalələr

Maraqlı gün, Möhtəşəm sonluq

Maraqlı gün, Möhtəşəm sonluq

  • 126 Baxış
  • 19.03.2025
  • 5 dəq oxuma
Bu yazımda ən birinci yazım olan - "Dəyərli 5 Qəpik" yazısında bəhs etdiyim Rasim və Sevincin növbəti görüşlərinin birindən bəhs etmişəm. Ümid edirəm ...
Hər kəs
Daha çox
Dəyərli "5 Qəpik"

Dəyərli "5 Qəpik"

  • 366 Baxış
  • 21.09.2024
  • 10 dəq oxuma
Rasim və Sevinc kitab oxumağı sevən, inkişafa meyilli, hər zaman yeni nələrsə etmək üçün çalışan gənclərdəndir. Bu ilk yazımda Rasimlə Sevincin ilk t ...
Hər kəs
Daha çox
kofe.al

Biz hər zaman istedadlı və yaradıcı insanların axtarışındayıq. Özünüzü tanıtmaqdan çəkinməyin!

Xüsusiyyətlər
  • Destek
  • Abunəlik
  • Mağaza
  • QR kodlar
  • Patreon Alternativi
İnteqrasiyalar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Haqqımızda
  • Qaydalar
  • Məxfilik

Copyright © 2025 BONPARA layihəsi. Bütün hüquqlar qorunur.