Azdan az, çoxdan çox gedər... Təxmini 5-7 yaşım olardı o dövrdə, səhv etmirəmsə ANS tv-də Kurtlar Vadisi serialı yayımlanırdı. 1-2-ci sinifdə oxuyan uşaqlar kurtlar vadisi köynəkləri geyinir, o dövrdə indiki uşaqlardan fərqli olaraq smartfon yox oyuncaq oynadan uşaq olaraq piston atan tapançalar alaraq özümüzü Polat, Çakır və s. kimi hiss edirdik amma onların kim olduğunu o dövrlərdə dərk etmirdik... Düz 18 il sonra 25 yaşımda yenidən 31 dekabr 2023-cü ildə yutubda KV ilə bağlı bir video qarşıma çıxdıqdan sonra yenidən izləməyi qərara aldım və düz 47 gün ərzində 97 bölümü həyacanla bitirdim. Adətən izlədiyimiz serialları baş rollara görə sevirik amma KV elə serial idi ki, burda hər bir obrazın özünə məxsus ciddi və ya qeyri-ciddi xüsusiyyətləri adamı özünə bağlayırdı. Normalda bu tərz yazılarda diqqət spoiler var və ya bu tərz nəsə açıqlamalar qeyd edilir. Amma KV elə bir serialdı ki bu serialın bir böülümünü belə izləmiş adam istisnasız özünü saxlamayıb bütüb bölümləri izləyib və spoiler versən belə oxuyub yenidən qayıdıb oxumaq istəyəcək.. Serialın hekayəsi Kipr cümhuriyyətində xüsusi əməliyyat üçün göndərilən Mehmet Karahanlı və Amca kod adlı Aslan Akbey üstündən qurulub. Hər ikisi dövlətin Kiprdəki gizli agentləridi və elə olur ki, müəyyən zaman sonra Mehmet Karahanlı - Baron dövlətə yox xarici xüsusi xidmət orqanlarına işləməyə başlayır və Türkiyənin xarici ölkələrdən birində olan əməliyyatı barədə qarşı tərəfə məlumat verir və əməliyyat nəticəsində digər dövlətin xüsusi xidmətçisi olan Aslan Akbeyin qardaşı bu əməliyyatda ölür.. Aslan Baronun oğlunu gecələrin birində qaçırır və onu adada özləri ilə bir olan digər KGB üzvü Sebahet xanıma uşaq evinə yerləşdirməsi üçün verir.. Burdan digər tərəfləri qısa - xülasə qeyd edəcəm. Kekçmiş KGB xidmətçisi olan Baronu cəzalandırmaq, öz qardaşının qisasını almaq istəyən Aslan bəy Efe Karahanlını uşaq evindən Candan ailəsinə verir, diplomat olaraq oxutdurur - əməliyyatın əsl məqsədinin qisas olduğunu bilməyən bir KGB xidmətçisi kimi Polat Alemdar olaraq yetişdirir və mafiyanın içinə salır... 97-ci bölümədək bizim üç adamı içində birləşdirən Poladımız lazımı adamlarla dost, lazımi adamlarla düşmən olur diplomatiya və xüsusi istedadlarını istifadə edərək onu yetişdirən Aslan bəy, Aslanın ölümündən sonra ona dövlət tərəfdən dəstək olan Doğu bəyin ölümündən sonra isə öz intuisiyası ilə dövlətin xeyri üçün əlindən gələn hər şeyi edir dövlətin dərinlərinə yerləşmiş mafiyanı öz içində parçalayır və sonda ədalətə təslim olur... Ədalət mülkün təməlidir yazısının məhkəmə zalında tez-tez bizə göstərilməsi isə sonda nəticəni də göstərir və dövlətin faydası üçün çalışan - Efe-Ali və Polat üçlüyünü içində birləşdirən obrazımız azadlığa çıxır... Obrazların təhlilinə gələk( Əlbəttəki bütün obrazlar yox) Süleyman Çakır - kasıb ailədə yaşayan və atası gözü qarşısında öldürülən kiçik bir uşaq idi. Atasının ölümündən sonra bacısı ilə səyyar plov satışı ilə məşğul olur və satış zamanı bacısını döyməyə cəhd edən polis məmurunu bıçaqlayıb gəncliyini həbsxanada keçirir və çölə çıxdıqda Laz Ziya adlı silah baronunun qızı ilə də evlənərək daha da güclü bir şəxsə çevrilir, öz hirsi-qəzəbi ilə etdiyi qətllər sayəsində İstanbul səfiri olur və öz hirsinin, hisslərinin qurbanı olaraq da ölərək filmi tərk edir.. Başlıqdakı Azdan az, çoxdan çox gedər sözü də Çakır obrazının nitqindən götürülüb, filmdəki ölüm səhnəsindən sonra mediada obraza baş sağlığı verilmiş, qəzetlərdə nekreloqlar yazılmış və illər keçməsinə baxmayaraq hələ də obrazın ölüm günü qeyd edilir.. Hətta məscidlərdə cənazə namazı belə qılınıb. Memati Baş - Anası onu dünyaya gətirən zaman ölür və atası ona ölüm mənası verən Memati adını verir. Gənc yaşlarında Çakır ilə bir hadisə nəticəsində tanış olur. Bir neçə nəfər Mematini döyüb öldürmək istəyəndə Çakır onu xilas edir və bu an Memati ağlayanda Çakır bir daha mənim sağ olduğum vaxtda sənin gözündə yaş görməyim - ağladığını görməyim deyir.
Çakırın sağlığında onun daha sonra isə Poladın ən sadiq adamlarında biri olur Memativə ilk 97 bölümdə cəmi bir dəfə ağlayır və o da Çakır öləndə.
Abdulhey – KGB tərəfindən dağa qaçırılan və orda yetişdirilib Poladı qoruması üçün göndərilən KGB əməkdaşıdır. Başlarda Polad belə bilməsə də sonda hər kəs bunu öyrənir. Polada və dövlətə sadiq biridir, keçmişi barədə çox da məlumat yoxdur.
Erhan - Güllü - mafiya serialında qırmızı geyinən, kostyumunun cibində daimi gül olan və öz məzəli nitqi və sözləri ilə həm obrazları həm də bizləri güldürən biridir. Öldürdüyü hər adamın üstünə bir gül atan və serialın məzəli və sadiq obrazlarından biridir.
Serialda demək olar ki, bütün obrazların keçmişləri ilə bağlı travmaları var və o travmaları onları buralara gətirib. Məsələn Candan ailəsinin övladı ola bilməməsi, Elif və qardaşının atasız böyüməsi, Hikmətin doğruları dediyi üçün dəli adlandırılması, Baronun övladının qaçırılması, Efenin qaçırılmasından sonra üzü qılıncla kəsilən Alinin bütü filmdə Kılıç adlandırılması, Laz Ziyanın ona xəyanət edən arvadını asması və bundan sonra qız övladlarına qarşı da soyuq olması, kiçik qızının anasız ailədə böyüyüb anası kimi olması və sonda anasına çevrilməsi. Bir sözlə İplikçi Nedim və Dəvə Tuncay xaric hamın travmalı və qaranlıq bir keçmişi var və bu keçmişlər filmi daha da maraqlı edir.
Filmdə hər xırda detalın belə gələcək bölümlərdə böüyk hadisələrə bağlanması möhtəşəmdir. Və ən maraqlı məqamlardan biri də gerçək həyatda bəlkə də çoxunuz eşitmisiz övladlar böyüyəndə öz ataları və analarına çevrilirlər... Çakır atası kimi yetişdi və onun kimi öldü, Meral anasının aqibətini yaşadı.. Baş obrazımız isə Efe kimi doğuldu, mənəviyyat və savad olaraq Ali kimi böyüdü.. Polad Alemdar kimi atası kimi mafya və baron oldu və dövlətini sevən biri olaraq yaşadı...
Bir sözlə Çakır obrazının da dediyi kimi azdan az getdi, çoxdan da çox
P.S Bu yazı sadəcə ilk 97 bölümə aiddir, başlıq isə bütün KV- serialına.. İki qardaş da bu serialda yollarını ayıranda başlıqdakı kimi oldu…