Tural İlyas

Tural İlyas

Yazıçı, şair, publisist, naşir, kitabçı...
  • 4 Dəstəkçi
Tural İlyas üçün kofe al
Bu mesajı şəxsi edin
Tural İlyas
Yazıçı, şair, publisist, naşir, kitabçı...

Ümumi məlumatTural İlyas - yazıçı, şair, publisist, naşir, jurnalist. Əslən Laçın rayonundan olan Tural İlyas 16.04.1998 tarixində Bakı şəhərində dünyaya gəlib. 2004-2015-ci  illərdə Nadir Əliyev adına 282 saylı tam orta məktəb, 2015-2019-cu illərdə Azərbaycan Kooperasiya Universiteti - Riyaziyyat ixtisası üzrə təhsil alıb.

Hələ orta məktəb dövrlərindən heca vəznində şeirlər yazan və ədəbiyyata həvəsi olan Tural o dövr populyar olan yazar.in adlı platformada heca vəznində həvəskar olaraq şeirlər yazmışdı, daha sonra 2015-2016-cı illərdə universitet qəzetində tələbə dövründə yazdığı şeirlər dərc etmişdir. Ədəbiyyata olan həvəsi nəticəsində səyyar olaraq kitab satışı ilə məşğul olmuş, bu vasitə ilə dünya ədəbiyyatı ilə daha yaxından tanış olub. Dünya ədəbiyyatını oxuduqca özünü nəzmlə yanaşı nəsrdə də sınamış. Və bir neçə cəhddən sonra ilk romanı Dejavü-nü 2018-ci ilin mart ayında ilk dəfə nəşr etmişdir. Dejavü romanı Dejavü - Jamevü dialogiyasının ilk kitabı idi, 2021-ci ilin dekabrında kitab, seriyanın ikinci kitabı - Jamevü ilə birgə tam şəkildə, yeni dizaynda və ikinci dəfə nəşr edilmişdir.

2017-ci ilin aprel ayında Üçbucaq Kitab Evi-ni, 2018-ci ildə isə Üçbucaq Nəşriyyatı-nı təsis edən Tural "Üçbucaqla - Oxu, Öyrən, Paylaş" devizi ilə həmçinin kitabçı və naşirdir. Azərbaycan Mədəniyyət Nazirliyinin, Azərbaycan Naşirlər Assosiasiyası İctimai Birliyinin təşkil etdiyi milli və beynəlxalq kitab sərgi-yarmarkalarında iştirak etmişdir. 2021-ci ildə TBYMB və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə İstanbulda keçirilən İstanbul Publishing Fellowship Program - da Azərbaycanı naşir və yazıçı kimi təmsil etmişdir.

Jurnalist və publisistik fəaliyyətiTural İlyas həmçinin tələbə dövründə Demokratik Təşəbbüslər İnstitutu adlı QHT-də jurnalistika üzrə təhsil almış və elə o dövrdə bir sıra media qurumlarında reportyor, jurnalist-müxbir kimi çalışmışdır. Həmçinin bir sıra ədəbi portallarda publisistik yazılar və hekayələr ilə də oxucuları sevindirir.

Naşir fəaliyyətiNaşir olaraq isə Üçbucaq Nəşriyyatı vasitəsilə naşir olaraq 2018-ci ildən indiyədək 5 adda kitab nəşr etmişdir.

Kitabları haqqında 

İki kitabı var; Dejavü və Jamevü. Kitablarının üz qapağı dizaynına görə Azərbaycanda bir ilkdir, beləki içindəki mövzular bir-birini tamamladığı kimi kitabların coverləri də bir-birini puzzle kimi tamamlayır.

Dejavü - iki dəfə nəşr edilmişdir, ilk dəfə 2018, ikinci dəfə 2021ci ildə. Underground yəni yeraltı ədəbiyyatı nümunəsi olan bu əsər dialogiyanın ilk kitabıdır. Şizofreniyalı bir yazıçı və kitabçı Şəhriyarın sərgüzəştlərindən bəhs edir. Şəhriyar ilə birgə fərqli janrda olan bu roman sonda oxucuların fikirlərini alt-üst edir. Bütün yaş kateqoriyaları üçün nəzərdə tutulub.

Jamevü - seriyanın ikinci kitabıdır, ilk dəfə 2021ci ildə Dejavü ilə birgə nəşr edilib. Yazıçının Şəhriyar obrazı ilə birgə fəlsəfi, ədəbi və bir sıra mövzularda olan fikirləri oxucuların marağını cəlb edir. Dejavünün nə üçün müəmmalı bitməsi? Şəhriyarın kim olması və nəhayət dialogiyanın puzzle kimi bir-birini tamamlaması üçün olan bütün suallar Jamevüdə öz aydınlığını tapır. Kitab 18+ dur, içərisində açıq səhnələr və vulqar ifadələr də yer alır.

Kitabların hər ikisinin nəşri hazırda tükənib.

P.S Əziz dost, yazıçı və ya ümumiyyətlə yaradıcı şəxs daha yaxşı yaratmaq üçün sərbəst olmalıdı - məişət problemləri, müdirdən ya kimdənsə asılılıq, ayın sonunda kreditləri necə ödəyəcək fikrində olmamalıdır.. Bunların isə sadəcə bir açarı var - pul.. Bu platformada siz öz büdcənizə uyğun olaraq simvolik kofe alaraq mənə maddi dəstək ola bilərsiniz. Unutmayın yaradıcı şəxsləri azad olan ölkənin gələcəyi parlaqdır… Ona görə də gəlin bir yerdə - OXUYAQ, ÖYRƏNƏK VƏ PAYLAŞAQ!