Sevdiğin işi yap, izleyicilerinden destek kazan!
Mən Pəri Abbaslıyam – jurnalistika ilə bir az çox maraqlanan, media tənqidi ilə bir az çox məşğul olan, incəsənət, feminizm, dezinformasiya və rəqəmsal savadlılıq mövzularını isə sakit-sakit oxuyub sonra "gəlin bu barədə danışaq" deyən biriyəm.
📚 Bakı Dövlət Universitetini jurnalistika fakültəsinin birincisi olaraq bitirmişəm (2021). Sonra Erasmus Mundus təqaüdü ilə Danimarka və Çexiyada magistr təhsili alaraq "Jurnalistika, Media və Qloballaşma" (bu ixtisasda təqaüd qazanan ilk azərbaycanlıyam) sahəsində ixtisaslaşmışam.💡 Qlobal mətbuat etikası, dezinformasiya, totalitar tarix, 21-ci əsrin audiovizual dili və jurnalistikada gender rolları üzrə tədqiqatlar etmişəm.✨ 2023-dən etibarən EU NEIGHBOURS EAST layihəsində Gənc Avropa Səfiri olaraq fəaliyyət göstərirəm və hazırda YEAvsDisinfo qrupunun koordinatoruyam – media savadlılığı və tənqidi düşüncə üzrə çalışıram.
💻 Bəs nə edirəm?“Maşının nəbzi” adlı könüllü media təşəbbüsüm vasitəsilə jurnalistikada etik və tənqidi yanaşmaları paylaşır, fərqli fikirlər üçün icma yaratmağa çalışıram;“English for Journalism” və “Medianı anlamaq: Tənqidi düşüncə” adlı kurslarımda gənc jurnalistləri qlobal medianın dili və etikası ilə tanış edirəm;“Medium" bloqumda jurnalistika və media ilə bağlı araşdırma və analizlər paylaşıram;2016-dan bu yana incəsənət və jurnalistikaya dair yazılar yazıram,2020-ci ildə isə “MUZA” adlı rəqəmsal sənət jurnalını qurub ətrafına yüzlərlə bacarıqlı gənci toplamışam;Rəqəmsal kuratorluğunu etdiyim “Dazed and confused” “Telegram” kanalının 600 nəfərlik icmasını idarə edirəm;
🎯 Bəs niyə dəstəyinizə ehtiyacım var?İllərdir bu işləri heç bir maddi dəstək olmadan, sadəcə inanaraq və yazmaq ehtiyacı hiss edərək edirəm. Lakin daha geniş icmaya çatmaq, daha çox keyfiyyətli kontent yaratmaq və bu işi davam etdirmək üçün sizin bir fincan qəhvəniz qədər dəstəyiniz çox böyük anlam daşıyır.
Əgər yazdıqlarımı bəyənirsinizsə, nələrisə öyrənirsinizsə, paylaşdıqlarımı faydalı hesab edirsinizsə — bir qəhvəlik dəstəyinizlə bu yolun davamını bir az daha güclü edə bilərsiniz. 🌟
Mənim haqqımda daha çoxu üçün:Peri, sözlərin gücü ilə dünyanı dəyişə bilərsən. Yolun açıq olsun!❤️
Çox dəyərli yolun var, əziz Pəri❤️ O gün olsun ən az 100 qələm ala bilim🙏🏼
Çox qəşəng işlər görürsən Pəri, çox sağ ol💚
Lipton. Bir yudum ilham
biri sənə, biri mənə. nuş! ☕️ gün o gün olsun 1 çaynik çay alam!
Əsl çay havasıdır, növbəti çay məndən olsun (azəriyə 1 dənə çay bəs etməz)
İşlərinə, özünə dəyər verdiyim Pəri, qələmin kəskin, çayın bol olsun, çoxluca ürək
Bəlkə kofeni 1 dilim qarpızla dəyişdirəsən? Yaydır.
nuş olsun!
Copyright © 2025 Pəri Abbaslı. Tüm hakları saklıdır.
Qələminin dəyəri heç vaxt itməsin! Həmişə belə güclü və möhkəm ol🤍