Pəri Abbaslı

Pəri Abbaslı

Jurnalist
  • 9 Supporter
Buy qələm for Pəri Abbaslı
Make this message private
Pəri Abbaslı
Jurnalist

Tanış olaq!

Mən Pəri Abbaslı, jurnalistika, media və qloballaşma üzrə bakalavr və magistr dərəcələrinə sahibəm. Totalitarianizm, keçid və 21-ci əsrin audiovizual dili ixtisaslaşdığım sahələrdən biridir. Bakalavr diplom işim “Azərbaycanda podkast eko-sistemi”, magistr diplom işim isə “Azərbaycanda jurnalistika sahəsində gender dinamikası” olub. Hər iki diplom işim 3 fərqli ölkə mütəxəssisləri tərəfindən “əla” olaraq qiymətləndirilib.

Bakalavr təhsilimi Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində, magistr təhsilimi isə Danimarkanın Orxus Universiteti və Danimarka Media və Jurnalistika məktəbində, eyni zamanda Çexiyanın Çarlz Universitetində tamamlamışam. Mundus təqaüdü qalibi olduğum üçün 2 il ərzində 2 fərqli ölkədə 3 fərqli təhsil müəssisəsində təhsilimi davam etdirmə şansı əldə etmişəm.

Qeyd edim ki, Erasmus Mundus birgə magistr dərəcəsi proqramlarının jurnalistika üzrə magistr proqramını tam təqaüdlü şəkildə qazanmış ilk azərbaycanlı tələbəsi və məzunuyam.

Məqsədim nədir?

Azərbaycan dilində jurnalistika, incəsənət və "geek" mədəniyyət haqqında internet arxivi yaradır və ən əsası, xarici dillərə çıxışı olmayan gənclərin də xarici trend, müzakirə və söhbətlərdən kənarda qalmaması üçün onları müxtəlif niş mövzulu kontentlərlə təmin etməyə çalışıram. 

Əlbəttə, bunu tək şəkildə tam və əhatəli etməyim mümkün deyil, lakin bu məqsədim üzərində 2016-cı ildən bəri işləyirəm və aldığım geri dönüşlərə əsasən deyə bilərəm ki, müəyyən qədər buna çata bilmişəm. Daha çoxu üçün isə, əlbəttə ki, dəstək mütləqdir.

Nələr edirəm?

Jurnalistika ilə bağlı sonsuz marağı və güclü idealları olan gənc kimi, 2016-cı ildən bəri incəsənət bloqu yazıram. Bu bloqun kiçik bir versiyası kimi, eyni mövzularda paylaşımlar etdiyim Telegram kanalı idarə edirəm.

Bakalavr təhsilimi aldığım müddətdə radio verilişlər və podkastlar hazırladığım kimi, qrup yoldaşımla bərabər 19-20-ci əsr azərbaycanlı jurnalistlərin əsərlərindən və irsindən danışdığımız podkastımız mövcuddur: "Atəşçalan Prometey" podkastı.

Hazırda aktiv olaraq jurnalistika ilə əlaqəli akademik məqalələrdən müasir müzakirələrdən qeydlər yazdığım bloq yazılarım üçün digər bir bloqumYouTube kanalım mövcuddur.

Jurnalistikanı daha anlayışlı, etik və savadlı olmağı üçün yaratdığım yeni media təşəbbüsüm “Maşının nəbzi” də müxtəlif kontentlər ilə icma qurmağı hədəfləyir.

2020-ci ildə könüllü bir qrup gənc ilə "MUZA" adlı elektron incəsənət jurnalını təsis edib 4 buraxılışı dərc etmişik.

2017-ci ildən bəri təhsil, iş və könüllü aktivlik fəaliyyətlərim dayanmayıb. İnkişaf və bu inkişafı başqalarına xeyir vermək üçün istifadə etmək məni hər zaman daha çoxunu etməyə ilhamlandırır. Bu yolda mənə dəstək olsanız, minnətdar olaram!

Mənim haqqımda daha çoxu üçün:

Linktree

LinkedIn