Kofe Al
  • Üzvlərimiz
  • Bloq
  • FAQ
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
  • Daxil ol Qeydiyyat
Kofe Al
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский

Sevdiyin işlə məşğul ol, izləyicilərindən dəstək qazan!

  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
    • Üzvlərimiz
    • Bloq
    • FAQ
Daxil ol Qeydiyyat
Bizi izləyin
Sərxoş
  • Negroni kokteylinin tarixi, hekayəsi və hazırlanma qaydası
    Sərxoş
  • 53 Baxış
  • 14.04.2025
  • 2 dəq oxuma

Negroni kokteylinin tarixi, hekayəsi və hazırlanma qaydası

Bu buraxılış “Unudulmazlar” qrupunda İBA tərəfindən rəsmi təsdiqlənmiş klassik kokteyl Neqronin tarixi, hekayəsi və hazırlanma qaydası haqqdadır. Neqroni Cin əsaslı, bitter və qırmızı vermutun əlavə olunması ilə hazırlanan sərt, acı kokteyldir. Möhtəşəm dad və qoxu harmoniyası ilə seçilən Neqroni həm aperetiv, həm də dejestiv kimi idealdır.

Salam. Sərxoşa baxırsızBugünki buraxılışımızda sizlərə içi mən qarışıq bir çox barmenin və kokteyl sevənlərin ən sevdiyi, dünyada və ölkəmizdə ən populyar və ən çox satan, “Unudulmazlar” qrupunda İBA tərəfindən rəsmi təsdiqlənmiş klassik kokteyl Neqronin tarixi və hekayəsni danışacam və hazırlayacam. 

Neqroni Cin əsaslı, bitter və qırmızı vermutun əlavə olunması ilə hazırlanan sərt, acı kokteyldir. Möhtəşəm dad və qoxu harmoniyası ilə seçilən Neqroni həm aperetiv, həm də dejestiv kimi idealdır. Kokteylin dəqiq mənşəyi məlum olmasa da, tarixi və hekayəsi haqqda bir çox rəvayətlər mövcuddur. Bunlardan ən bilinəni 1919-cu il, Florensiya ilə bağlıdır. Rəvayətə görə Tornabuoni küçəsində yerləşən Caffe Casonidə - indiki adıyla Caffe Roberto Cavalli – qraf Kamillo Neqroni barmen Fosko Skarsellidən onun ssevimli miksi olan Amerikanonu daha alkoqollu düzəltməyi xahiş edir. Barmen isə öz növbəsində sodanı cinlə əvəz edir, kokteylin görünüşünün fərqlənməsi üçün isə limon əvəzinə portağaldan istifadə edir. Kokteyl barın asortimentinə daxil olduqdan sonra kiçik zaman kəsiyində dərhal populyar olmağa başlayır. Sonralar Neqroni ailəsi özünün distillə şirkətini təsis edir və Antiko Neqroni 1919 adıyla içkinin hazır vəziyyətini istehsal etməyə başlayır. Indi isə keçək kokteyli hazırlamağa

Neqroni miksinq qlassda stir metodu ilə hazırlanır, roksda servis olunur.

Əgər fikirləşirsinizsə Neqroni asan hazırlanan yola verdi, basgetsin kokteyldi - yanılırsız. Yaxşı Neqroni  hazırlamaq üçün kiçik nüanslar böyük əhəmiyyət kəsb edir. Bu nüanslardan biri də servis olunan roksun və hazırlamaq üçün istifadə olunan miksinq qlassın kifayət qədər soyudulmasıdır. Buzla həm roksu, həm də miksinq qlası soyuduruq. Miksinq qlası buzdan azad edirik. 30 ml qırımızı bitter əlavə edirik, 30 ml şirin vermut, 30ml gin əlavə etdikdən sonra miksinq qlasa buz əlavə edirik. Yaxşıca stir edirik. Roksu artıq sudan azad edirik. Miksinq qlassdaki məhlulu buzlu roksa əlavə edirik. Portağal qabığının efir yağlarını kokteylin üzərinə sıxırıq. Elə həmin portağal qabığı ilə də kokteyli bəzəyirik. Dadına baxırıq. Adam elə kokteyli ağzına yaxınlaşdıranda artıq həm alkoqollu içkilərin vəhdətindən doğan qoxu, həm də portağal qabığının effekti insanı valeh edir. Mh-mh-mh. Məndən soruşsalar ki,  bütün kokteylləri silirik, yalnız birini saxlıyırıq, o kokkteyl hansı olsun? Düşünmədən Neqroni deyərəm. 

Çəkilişdə göstərdiyi köməyə görə Salman başda olmaqla MEYVİ | Mixology Speak Easy Boutique bara minnətdarlığımızı bildiririk. Əgər siz də həzin atmosferdə kokteyl, şərab və yeməkdən zövq almaq istəyirsinizsə - Meyvi əla seçimdir. 

Ağıznan için

Digər məqalələr

Mojito kokteylinin tarixi, hekayəsi və hazırlanma qaydası

Mojito kokteylinin tarixi, hek

  • 21 Baxış
  • 27.04.2025
  • 3 dəq oxuma
Bu buraxılış barmenlərin nifrət etdiyi amma çox populyar, IBA tərəfindən müasir klassika kateqoriyasında rəsmi təsdiqlənmiş Moxito kokteylinin tarixi, ...
Hər kəs
Daha çox
Bİz Deyək Sizə - clarified milk punch / milk wash

Bİz Deyək Sizə - clarified mil

  • 33 Baxış
  • 18.04.2025
  • 2 dəq oxuma
Yəqin ki, sevdiyiniz məkanların kokteyl menyularında tez-tez “clarified milk punch” və ya “milk wash” adlarına rast gəlirsiz. Bəs milk punch və ya mil ...
Hər kəs
Daha çox
kofe.al

Biz hər zaman istedadlı və yaradıcı insanların axtarışındayıq. Özünüzü tanıtmaqdan çəkinməyin!

Xüsusiyyətlər
  • Destek
  • Abunəlik
  • Mağaza
  • QR kodlar
  • Patreon Alternativi
İnteqrasiyalar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Haqqımızda
  • Qaydalar
  • Məxfilik

Copyright © 2025 BONPARA layihəsi. Bütün hüquqlar qorunur.