Salam. Sərxoşa baxırsızBugünki buraxılışımızda sizlərə içi mən qarışıq bir çox barmenin və kokteyl sevənlərin ən sevdiyi, dünyada və ölkəmizdə ən populyar və ən çox satan, “Unudulmazlar” qrupunda İBA tərəfindən rəsmi təsdiqlənmiş klassik kokteyl Neqronin tarixi və hekayəsni danışacam və hazırlayacam.
Neqroni Cin əsaslı, bitter və qırmızı vermutun əlavə olunması ilə hazırlanan sərt, acı kokteyldir. Möhtəşəm dad və qoxu harmoniyası ilə seçilən Neqroni həm aperetiv, həm də dejestiv kimi idealdır. Kokteylin dəqiq mənşəyi məlum olmasa da, tarixi və hekayəsi haqqda bir çox rəvayətlər mövcuddur. Bunlardan ən bilinəni 1919-cu il, Florensiya ilə bağlıdır. Rəvayətə görə Tornabuoni küçəsində yerləşən Caffe Casonidə - indiki adıyla Caffe Roberto Cavalli – qraf Kamillo Neqroni barmen Fosko Skarsellidən onun ssevimli miksi olan Amerikanonu daha alkoqollu düzəltməyi xahiş edir. Barmen isə öz növbəsində sodanı cinlə əvəz edir, kokteylin görünüşünün fərqlənməsi üçün isə limon əvəzinə portağaldan istifadə edir. Kokteyl barın asortimentinə daxil olduqdan sonra kiçik zaman kəsiyində dərhal populyar olmağa başlayır. Sonralar Neqroni ailəsi özünün distillə şirkətini təsis edir və Antiko Neqroni 1919 adıyla içkinin hazır vəziyyətini istehsal etməyə başlayır. Indi isə keçək kokteyli hazırlamağa
Neqroni miksinq qlassda stir metodu ilə hazırlanır, roksda servis olunur.
Əgər fikirləşirsinizsə Neqroni asan hazırlanan yola verdi, basgetsin kokteyldi - yanılırsız. Yaxşı Neqroni hazırlamaq üçün kiçik nüanslar böyük əhəmiyyət kəsb edir. Bu nüanslardan biri də servis olunan roksun və hazırlamaq üçün istifadə olunan miksinq qlassın kifayət qədər soyudulmasıdır. Buzla həm roksu, həm də miksinq qlası soyuduruq. Miksinq qlası buzdan azad edirik. 30 ml qırımızı bitter əlavə edirik, 30 ml şirin vermut, 30ml gin əlavə etdikdən sonra miksinq qlasa buz əlavə edirik. Yaxşıca stir edirik. Roksu artıq sudan azad edirik. Miksinq qlassdaki məhlulu buzlu roksa əlavə edirik. Portağal qabığının efir yağlarını kokteylin üzərinə sıxırıq. Elə həmin portağal qabığı ilə də kokteyli bəzəyirik. Dadına baxırıq. Adam elə kokteyli ağzına yaxınlaşdıranda artıq həm alkoqollu içkilərin vəhdətindən doğan qoxu, həm də portağal qabığının effekti insanı valeh edir. Mh-mh-mh. Məndən soruşsalar ki, bütün kokteylləri silirik, yalnız birini saxlıyırıq, o kokkteyl hansı olsun? Düşünmədən Neqroni deyərəm.
Çəkilişdə göstərdiyi köməyə görə Salman başda olmaqla MEYVİ | Mixology Speak Easy Boutique bara minnətdarlığımızı bildiririk. Əgər siz də həzin atmosferdə kokteyl, şərab və yeməkdən zövq almaq istəyirsinizsə - Meyvi əla seçimdir.
Ağıznan için