Kordial
Yəqin ki, sevdiyiniz məkanlarda kokteyllərin tərkibində tez-tez kordial sözünə rast gəlirsiz. Busy-nin ortasında ofisiantdan soruşmuyun – BİZ DEYƏK SİZƏ
Kordial sözü on dördüncü əsrdən var. Məsəlçün o vaxt Britaniyada ürək üçün faydalı cövhərləri latıncadan cordialis adlandırırdılar. Kordial İngilis və Fransız donammalarında C vitamin çatışmazlığından yaranan dəniz xəstəliyinin profilaktikası kimi dəniçilərin rasionuna daxil idi. Çünki tərkibində limon şirəsi var idi.
Bineyi qədimdən kordiallar spirtli olsa da on doqquzuncu əsrin sonlarında Böyük Britaniyada ilk alkoqolsuz laym kordialı patentləşdirildi. Hansı ki tərkibində konsertvant qismində şəkər var idi.
Bəs günümüzdə cordial deyəndə nə başa düşək?
Müasir və klassik kokteyllərin əksəriyyəti sourlardır. Kordial bu sourların alkqolsuz bazasıdır. Hansıların ki, bünövrəsi 3 və ya 4 hissədən ibarət olur. 1 və ya 2 hissə alkoqol, 1 hissə turş tərkib, 1 hissə şirin tərkib. Loru dildə desək cordial şirin və turş hissənin birlikdə halıdır. Bir az da sadələşdirsək alkoqolsuz cordial şirin və turşluğu balanslaşdırılmış aromatrik əvvəldən tədarükdür