Kofe Al
  • Üzvlərimiz
  • Bloq
  • FAQ
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
  • Daxil ol Qeydiyyat
Kofe Al
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский

Sevdiyin işlə məşğul ol, izləyicilərindən dəstək qazan!

  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
    • Üzvlərimiz
    • Bloq
    • FAQ
Daxil ol Qeydiyyat
Bizi izləyin
Unarxist
  • Unarxiya: Tələbələr üçün Pulsuz Akademik Resurs Platforması
    Unarxist
  • 9 Baxış
  • 27.02.2026
  • 3 dəq oxuma

Unarxiya: Tələbələr üçün Pulsuz Akademik Resurs Platforması

Yadınızdadır? İmtahandan bir gün əvvəl, gecəyarı saat 2-də mühazirə qeydlərini axtarırsınız. Whatsapp qruplarında "kimdə X fənninin qeydləri var?" deyə soruşursunuz. Cavab ya gəlmir, ya da fayl artıq silinib, ya da belə bir konspekt heç vaxt var olmamışdır... Tanış səslənir? Mən də tələbə ikən bu problemi tezt-tez yaşayırdım. Və qərara gəldim ki, həlli özüm yaradım.

Unarxiya nədir? 

Unarxiya - Azərbaycan tələbələri üçün yaratdığım açıq mənbəli akademik sənəd paylaşım platformasıdır. Sadə dillə desək: tələbələrin və müəllimlərin mühazirə qeydlərini, kitabları, imtahan materiallarını və digər təhsil resurslarını bir yerdə saxlaya və paylaşa biləcəyi pulsuz platforma.

Əsas xüsusiyyətləri:

✅ Pulsuz olması - Heç bir ödəniş, heç bir reklam  yoxdur.

📤 Asan Yükləmə - PDF, DOCX, PPTX və digər formatlar .

🔍 Güclü Axtarış - Fənn, kateqoriya və universitet(tezliklə) üzrə filtr .

📚 Kateqoriyalar - Mühazirələr, kitablar, sərbəst işlər, imtahan materialları,

👥 İcma İdarəsi - Moderator və admin sistemi  

 

Niyə bu layihəni yaratdım?

 

Təhsil hər kəs üçün əlçatan olmalıdır. Lakin Azərbaycanda tələbələr hələ də:

- Əl yazısı ilə qeyd aparır (bəzən oxunmur belə 😄)

- Whatsapp qruplarında faylları itirirlər

- Eyni materialları dəfələrlə axtarırlar

- Keyfiyyətli resurslara çıxış əldə edə bilmirlər

Unarxiya bu problemləri həll edir.

 

 Hal-hazırda nələr var?

Platformada;

- ✅ Sənəd yükləmə və endirmə

- ✅ Fənn və kateqoriya idarəetməsi

- ✅ Admin paneli (istifadəçilər, loglar, moderasiya)

- ✅ Axtarış və filtrasiya

- ✅ Responsive dizayn (mobil-friendly)

Gələcək planlar və hədəflər.

Layihəni daha da inkişaf etdirmək istəyirəm:

- Mobil tətbiq (React Native)

- Sənədlərdə qeydlər və vurğulama

- İstifadəçi profil səhifələri

- Reytinq və rəy sistemi.

- və hal-hazırda ağlıma gəlməyən, amma gecə yatanda “bunu da inteqrasiya edəcəm sabah” dediyim bütün şeylər

 

Uzunmüddətli;

- Video mühazirə yükləmə

- Real-vaxt əməkdaşlıq funksiyaları

- Universitet tərəfdaşlıqları

 

Dəstək verərək nə əldə edəcəksiniz?

Sizin dəstəyiniz:

- ✨ Platformanın aktiv və pulsuz qalmasını təmin edəcək

- 🚀 Yeni funksiyaların daha tez hazırlanmasına kömək edəcək

- 📈 Daha çox tələbəyə çatmasını təmin edəcək

- 💚 Azərbaycan təhsil ekosistemine töhfə verəcək

 

Əlavə olaraq, dəstək verənlər:

- 🙏 Mənim sonsuz təşəkkürüm!

Kim istifadə edə bilər?

Platformadan hazırda:

Universitet tələbələri - Mühazirə qeydləri və materiallar, kurs işləri, imtahan materialları üçün

Müəllimlər- Təhsil resurslarını paylaşmaq üçün

Kitabxanaçılar - Rəqəmsal arxiv yaratmaq üçün

Tədqiqatçılar - Elmi materialları paylaşmaq üçün

 

 Necə dəstək ola bilərsiniz? 

 📢 Yayın

Dostlarınıza, kursyoldaşlarınıza və müəllimlərinizə platformadan danışın.

Öz qeydlərinizi və materiallarınızı platformaya yükləyin. 

Son söz

Unarxiya sadəcə bir layihə deyil - bu, Azərbaycan tələbələri üçün bir hərəkatdır. Təhsilin əlçatan olması üçün bir addımdır.

Sizin bir kofe dəstəyiniz gələcəkdə minlərlə tələbəyə xidmət edəcək bir platformanın yaşamasını təmin edəcək.

Birgə olaraq, təhsili daha əlçatan edək!

Dəstəyiniz üçün əvvəlcədən təşəkkür edirəm!

Gallery Images

Digər məqalələr

kofe.al

Biz hər zaman istedadlı və yaradıcı insanların axtarışındayıq. Özünüzü tanıtmaqdan çəkinməyin!

Xüsusiyyətlər
  • Dəstək
  • Abunəlik
  • Mağaza
  • QR kodlar
  • Patreon Alternativi
İnteqrasiyalar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Haqqımızda
  • Qaydalar
  • Məxfilik

Copyright © 2026 BONPARA layihəsi. Bütün hüquqlar qorunur.