Unarxiya nədir?
Unarxiya - Azərbaycan tələbələri üçün yaratdığım açıq mənbəli akademik sənəd paylaşım platformasıdır. Sadə dillə desək: tələbələrin və müəllimlərin mühazirə qeydlərini, kitabları, imtahan materiallarını və digər təhsil resurslarını bir yerdə saxlaya və paylaşa biləcəyi pulsuz platforma.
Əsas xüsusiyyətləri:
✅ Pulsuz olması - Heç bir ödəniş, heç bir reklam yoxdur.
📤 Asan Yükləmə - PDF, DOCX, PPTX və digər formatlar .
🔍 Güclü Axtarış - Fənn, kateqoriya və universitet(tezliklə) üzrə filtr .
📚 Kateqoriyalar - Mühazirələr, kitablar, sərbəst işlər, imtahan materialları,
👥 İcma İdarəsi - Moderator və admin sistemi
Niyə bu layihəni yaratdım?
Təhsil hər kəs üçün əlçatan olmalıdır. Lakin Azərbaycanda tələbələr hələ də:
- Əl yazısı ilə qeyd aparır (bəzən oxunmur belə 😄)
- Whatsapp qruplarında faylları itirirlər
- Eyni materialları dəfələrlə axtarırlar
- Keyfiyyətli resurslara çıxış əldə edə bilmirlər
Unarxiya bu problemləri həll edir.
Hal-hazırda nələr var?
Platformada;
- ✅ Sənəd yükləmə və endirmə
- ✅ Fənn və kateqoriya idarəetməsi
- ✅ Admin paneli (istifadəçilər, loglar, moderasiya)
- ✅ Axtarış və filtrasiya
- ✅ Responsive dizayn (mobil-friendly)
Gələcək planlar və hədəflər.
Layihəni daha da inkişaf etdirmək istəyirəm:
- Mobil tətbiq (React Native)
- Sənədlərdə qeydlər və vurğulama
- İstifadəçi profil səhifələri
- Reytinq və rəy sistemi.
- və hal-hazırda ağlıma gəlməyən, amma gecə yatanda “bunu da inteqrasiya edəcəm sabah” dediyim bütün şeylər
Uzunmüddətli;
- Video mühazirə yükləmə
- Real-vaxt əməkdaşlıq funksiyaları
- Universitet tərəfdaşlıqları
Dəstək verərək nə əldə edəcəksiniz?
Sizin dəstəyiniz:
- ✨ Platformanın aktiv və pulsuz qalmasını təmin edəcək
- 🚀 Yeni funksiyaların daha tez hazırlanmasına kömək edəcək
- 📈 Daha çox tələbəyə çatmasını təmin edəcək
- 💚 Azərbaycan təhsil ekosistemine töhfə verəcək
Əlavə olaraq, dəstək verənlər:
- 🙏 Mənim sonsuz təşəkkürüm!
Kim istifadə edə bilər?
Platformadan hazırda:
Universitet tələbələri - Mühazirə qeydləri və materiallar, kurs işləri, imtahan materialları üçün
Müəllimlər- Təhsil resurslarını paylaşmaq üçün
Kitabxanaçılar - Rəqəmsal arxiv yaratmaq üçün
Tədqiqatçılar - Elmi materialları paylaşmaq üçün
Necə dəstək ola bilərsiniz?
📢 Yayın
Dostlarınıza, kursyoldaşlarınıza və müəllimlərinizə platformadan danışın.
Öz qeydlərinizi və materiallarınızı platformaya yükləyin.Son söz
Unarxiya sadəcə bir layihə deyil - bu, Azərbaycan tələbələri üçün bir hərəkatdır. Təhsilin əlçatan olması üçün bir addımdır.
Sizin bir kofe dəstəyiniz gələcəkdə minlərlə tələbəyə xidmət edəcək bir platformanın yaşamasını təmin edəcək.
Birgə olaraq, təhsili daha əlçatan edək!
Dəstəyiniz üçün əvvəlcədən təşəkkür edirəm!
