Kofe Al
  • Üzvlərimiz
  • Bloq
  • FAQ
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
  • Daxil ol Qeydiyyat
Kofe Al
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский

Sevdiyin işlə məşğul ol, izləyicilərindən dəstək qazan!

  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
    • Üzvlərimiz
    • Bloq
    • FAQ
Daxil ol Qeydiyyat
Bizi izləyin
Lalə Osmanova
  • Öz qayğına qal
    Lalə Osmanova
  • 296 Baxış
  • 13.12.2024
  • 4 dəq oxuma

Öz qayğına qal

"Səhvsiz insan yoxdur. Əslində səhv etməkdən qorxmaq məğlubiyyətdir. Həyatda ilk özünü sev, özünü düşün. Bəzən vicdanın, məntiqin və hisslərin arasında seçim etməli olacaqsan."

Öz qayğına qal

Bizim cəmiyyətdə yazılmamış qanun var sanki, "xətrimə dəysinlər", eybi yoxdur", “yox deməyim, inciyər”, “buna da göz yumum, eybi yoxdur” ifadələri beynimizə o qədər yeridilib ki, artıq özümüzə təsirini düşünmədən, başqalarını düşünürük ancaq. 

Lakin belə bir həqiqət var ki, sən öz dəyərini bilməsən, ətrafındakılar heç bilməyəcək, sən kimdənsə özünə qarşı hörmətsizlik qəbul etsən, o davranışın təkrarlanmasına icazə vermiş olursan. 

Rəftarımızda nələri dəyişsək, mental sağlamlığımıza və özgüvənimizə müsbət təsir göstərər sualı sizə maraqlıdırsa, yaxın əyləşin!

Mənfi enerjisi və aurası olan insanlardan uzaqlaşmaq mental sağlamlığımıza müsbət təsir göstərəcək. Bilirəm, bu deyildiyi qədər asan deyil. Məktəbdə, universitetdə, işdə ətrafımızda zəhər tuluğu olan insanlar təəsüf ki, var və olacaq. Onları dəyişmək, buna cəhd etməyə belə ehtiyac yoxdur, lakin onların dediklərinin və etdiklərinin sənə göstərdiyi təsiri kontrol etməyinə ehtiyac var. Mənfi insanlar öz zəhərini tökür, bu çox vaxt narsist insanlar olur ki, ancaq özlərini tərifləyər, ətrafındakıları əzərək özünü daha üstün hiss edər və türklər demiş, eqosunu bu cür tətmin edər. Elə insanlarla məcbur qalmadıqda kontakta girməməyə çalışın, məsafə saxlayın. Sizi incidə biləcək nələrsə desələr, etsələr, sizin üzgün reaksiyanız onları xoşbəxt edir. çalışın o reaksiyanı biruzə verməyin, insanlar zəif nöqtələrimizdən istifadə etməyi çox sevir. 

Qurduğunuz cümlələrə fikir verin, özünüz barədə neqativ cümlələr qurmayın, şüuraltınıza özünüzün dəyərsiz olduğunuz mesajını ötürmüş olursuz. Unutmayın, siz dəyərlisiniz!

Kiminləsə danışanda gözlərinizi çox qaçırtmayın, bu sizi özündən əmin olmayan, qorxaq birisi kimi görsədə bilər. Özgüvənli olun, danışdığınız insan da sizin kimi, vəzifəsindən, statusundan fərqli olmayaraq, nəticə olaraq, adi bir insandır. 

Yox deməyi bacarın, kömək etmək gözəl bir şeydir, lakin özünüzə əziyyət vermədən. Vaxtınız varsa, imkanınız varsa, və ən əsası istəyiniz varsa, niyə də yox. Lakin kiminsə xətrinə dəyərəm, onların rahatçılığı pozulmasın deyə özünüzə əziyyət verməyin. Öncə siz gəlirsiz. 

Öz məqsədlərinizi bilin. Əgər bu barədə heç düşünməmişdinizsə, elə yazını bitirdikdən sonra alın əlinizə bir qələm-vərəq, fikirləşin. Gələcəkdə nələrə sahib olmaq istərdiniz, haraları görmək istəyərdiniz, necə birisi olmaq istərdiniz.

Daha çox gülümsəyin! Kefiniz olmasa belə, təbəssümünüz daima üzünüzdə olsun! 

Qarşınızdakı problemlərə/maneələrə challenge kimi baxın. 

Bir hobbi tapın, bu kitab oxumaq, rəqs etmək, mahnı oxumaq, rəsm etmək, hansısa instrumenti çalmaq, toxumaq ola bilər. Elə bir məşğuliyyət olsun ki, ruhunuz dincəlsin. 

İş və şəxsi həyatınızı balanslaşdırın. Və həyatınızda kiminsə olun-olmaması sizin şəxsi həyatınız olmadığı anlamına gəlmir. (Tanıdığım bir neçə qız üçün həyat bunun ətrafında dönür)

Gündəlik görəcəyiniz işlərin “to do list”ini hazırlayın, onları bitirdikdə siyahıdan çıxarmanız sizi sevindirəcək, nələrisə edib, nail olmanızı sübut edəcək sizə. 

İnsanlara kompliment etmək istədikdə, edin. Burda utanacaq bir şey yoxdur, “saçın nə qəşəngdir”, “çox səliqəli xəttiniz var” və s. deyərək, bəlkə də kiminsə gününü daha xoşbəxt etmiş olacaqsız. 

Könüllü fəaliyyətlərə qoşula bilərsiniz. Yeni insanlar tanımaq, yeniliklərə açıq olmaq hər zaman yaxşı fikirdir. 

Özünüzə inanın, “bacarmaram” cümlələrini lüğətinizdən, leksikanızdan çıxarın, istəsəniz, yetəri qədər səy göstərsəniz, bacarmayacağınız heçnə yoxdur. 

Tənbəllik hissindən qurtulun, nəsə etmək istəyirsiniz, lakin tənbəllik edirsiniz. Gələcəkdə qaçırdığınız şanslar üçün peşmançılıq çəkməyin.

Gedəcəyiniz yerlərə vaxtında çatın. Bu "time management"i üçün çox yaxşı bir vərdişdir. 

Belimizi düz tutmaq qarşımızdakı insana bizi daha özgüvənli göstərəcək. 

Danışmaq istəyəndə, fikir bildirmək istəyəndə çəkinməyin. Sizin də hamı kimi buna haqqınız var. 

Hələlik bu qədər, növbəti yazılaradək!

 

Digər məqalələr

Arabika və robusta: hansı daha yaxşıdır?

Arabika və robusta: hansı daha

  • 41 Baxış
  • 28.04.2025
  • 3 dəq oxuma
Biz mövcud olan 125 növ qəhvədən cəmi 2-dən istifadə edirik. Və günü-gündən artan məlumata əsasən, əslində 300-dək qəhvə növü olduğu deyilir. ...
Hər kəs
Daha çox
Niyə köpəkbalığı delfinlərdən qorxur?

Niyə köpəkbalığı delfinlərdən

  • 184 Baxış
  • 03.04.2025
  • 1 dəq oxuma
Güclü olmaq qalib olmaq anlamına gəlmir. Təbiətdə isə bu cür nümunələr çoxdur. ...
Hər kəs
Daha çox
kofe.al

Biz hər zaman istedadlı və yaradıcı insanların axtarışındayıq. Özünüzü tanıtmaqdan çəkinməyin!

Xüsusiyyətlər
  • Destek
  • Abunəlik
  • Mağaza
  • QR kodlar
  • Patreon Alternativi
İnteqrasiyalar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Haqqımızda
  • Qaydalar
  • Məxfilik

Copyright © 2025 BONPARA layihəsi. Bütün hüquqlar qorunur.