Onore de Balzakın "Otuz yaşlı qadın" romanından seçdiyim sətrlər

XIX əsrin görkəmli yazıçısı, Avropa ədəbiyyatında realizmin banilərindən biri olan Onore de Balzakın yaradıcılığı çox məşhur idi. Fransız ədəbiyyatının klassiki Balzakın yaradıcılığı əsasən qadın və kişi münasibətlərinin mövzusu ətrafında cərəyan edib. Bioqrafiyasını araşdıranda, aydın olur ki, o, qayda olaraq, özündən yaşça böyük xanımlara aşiq olub. 30-40 yaş arası qadınlar onun əsas maraq dairəsi olub. Məhz buna görə də, bu yaş dövrünə "Balzak yaşı" deyirlər.


180 baxış
11.03.2026
1 dəq oxuma

Bu termin Balzakın “Otuz yaşlı qadın” əsərindən sonra yaranıb. Bu əsərdən seçdiyim bəzi sətrləri diqqətinizə təqdim edirəm:

  1. İnsan verdiyi sözü pulundan üstün tutmalıdır. 
  2. Qadınların üzlərindəki ifadəlilik yalnız otuz yaşına çatdıqda başlayır.
  3. Susmaq danışmaqdan daha da təhlükəli olur.
  4. Sevgi hər dövrün rənglərinə bürünər.
  5. Bu gün cəmiyyətin təməli olan evlilik, bütün ağırlığını qadınların üzərinə qoyur. Kişilər üçün azadlıqdır, qadınlar üçün isə vəzifə.
  6. Əvvəllər kişilər yeri gələndə uğrunda ölməyi də bilirdi, sevməyi də.
  7. Ana ürəyi dibində həmişə mərhəmət tapılacaq dərin yarğandır. 
  8. Dürüstlük qiymətli bir nemətdir; onu ucuz insanlarda tapmaq mümkün deyil.
  9. Süfrədə bir yemək xoşumuza gəlməsə, başqalarını da ondan iyrəndirməyə haqqımız yoxdur, bala.
  10. Ürəyin də öz yaddaşı var.