Kofe Al
  • Üzvlərimiz
  • Bloq
  • FAQ
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
  • Daxil ol Qeydiyyat
Kofe Al
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский

Sevdiyin işlə məşğul ol, izləyicilərindən dəstək qazan!

  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
    • Üzvlərimiz
    • Bloq
    • FAQ
Daxil ol Qeydiyyat
Bizi izləyin
Kofe.al
  • Yeni simvollar və Audio xəbərdarlıqlar
    Kofe.al
  • 230 Baxış
  • 25.04.2024
  • 2 dəq oxuma

Yeni simvollar və Audio xəbərdarlıqlar

Aprel ayı üçün platformada tətbiq etdiyimiz yeniliklər; yeni bəxşiş simvolları, xəbərdarlıq səsləri və sosial profillər.

Yeni simvollar və Audio xəbərdarlıqlar

Aprel ayı üçün kofe.al platformamızda tətbiq edilən bir neçə kiçik yeniliyi təqdim edirik.

🤩 Yeni Bəxşiş Simvolları

Üzvlərimizin istəkləri və təklifləri əsasında bəxşiş simvolların artıraraq, bəzilərində emoji şəkilləri dəyişmişik. Bundan əlavə olaraq bütün simvollar Azərbaycan dili ilə yanaşı, Türk, İngilis və Rus dillərinə də tərcümə edilmişdir. Bu isə o deməkdir ki, platformaya xarici dil ilə daxil olduqda, bəxşiş növünün dili də dəyişmiş olacaq. Bu daha əvvəl diqqətimizdən qaçan bir məqam olsa da, üzvlərimizin müraciəti əsasında sistemdə yeniliklər etdik.

Əvvəlki versiyada 39 bəxşiş simvolu olduğu halda, hazırda bu simvolların sayını 52-yə çatdırmışıq. Bundan əlavə bir çox simvolun emoji şəkillərinə də dəyişiklik etmişik. Yeni əlavə edilmiş emojilərin siyahısı və açıqlamaları:

💎 - Brilyant❤️ - Ürək❤️‍🔥 - Alovlu ürək🧁 - Keks🍰 - Pirojna🎁 - Hədiyyə🍍 - Ananas🍿 - Pop-korn🍾 - Şampan🌭 - Hotdoq🍑 - Şaftalı🍪 - Çərəz👜 - Çanta⚽ - Futbol topu🏀 - Basketbol topu🐲 - Əjdaha🧠 - Beyin🌷 - Tülpan

Tezliklə, daha 13 simvol da əlavə ediləcək. Əgər sizin ağlınızda olan maraqlı simvol ideyalarınız varsa, bizimlə bölüşə bilərsiniz.

🥁 Canlı yayım üçün Audio xəbərdarlıqlar

Canlı yayım açan “streamer”lərin çoxsaylı müraciətləri əsasında, yayım zamanı “kofe” bəxşişlərinin səslə xəbərdarlıq edilməsi istənilmişdi. Bu gün biz bu funksiyanı aktivləşdirərək, ilkin etapda 60 audio səs əlavə etdik. 

Bundan əlavə sistemdə GİF xəbərdarlıqlar, yazılan mesajların ekranda paylaşımı və audio səsləndirilməsi də yaxın gələcəyə aid planlarımıza daxildir.

👻 Sosial media hesabları

Digər kiçik yenilik sosial media hesablarına keçid linkini əsas menyuya əlavə etməyimiz olub. Verifikasiyadan sürətli keçmək üçün sosial media hesablarınızın doldurulması və əsas kofe.al hesabınıza uyğun olması şərtdir. Buna görə də əgər hələ də sosial media hesablarınızı tam olaraq paylaşmamısınızsa, indi etməyin tam zamanıdır.

Digər məqalələr

Twitch ilə inteqrasiya

Twitch ilə inteqrasiya

  • 283 Baxış
  • 19.12.2023
  • 1 dəq oxuma
🔥 Nəhayət Kofe.al hesabınızı Twitch yayım hesabınıza bağlayıb, canlı yayımlardan da izləyicilərinizdən hədiyyə kofelər qazana bilərsiniz. ...
Hər kəs
Daha çox
kofe.al

Biz hər zaman istedadlı və yaradıcı insanların axtarışındayıq. Özünüzü tanıtmaqdan çəkinməyin!

Xüsusiyyətlər
  • Destek
  • Abunəlik
  • Mağaza
  • QR kodlar
  • Patreon Alternativi
İnteqrasiyalar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Haqqımızda
  • Qaydalar
  • Məxfilik

Copyright © 2025 BONPARA layihəsi. Bütün hüquqlar qorunur.