Kofe Al
  • Üzvlərimiz
  • Bloq
  • FAQ
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
  • Daxil ol Qeydiyyat
Kofe Al
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский

Sevdiyin işlə məşğul ol, izləyicilərindən dəstək qazan!

  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
    • Üzvlərimiz
    • Bloq
    • FAQ
Daxil ol Qeydiyyat
Bizi izləyin
Coşqun Kərimov
  • Hamının Arzuladığı Hiss (Rəy)
    Coşqun Kərimov
  • 171 Baxış
  • 05.06.2026
  • 3 dəq oxuma

Hamının Arzuladığı Hiss (Rəy)

Coşqun dərs vermir, nəsihət vermir. O, sadəcə, söhbət edir – öz həyat hekayəsini, hisslərini, dünyaya baxışını bölüşür. “KVAN” – Holden Kolfildin dediyi kimi, oxuyub bitirdikdən sonra onu yazan müəllifin sizin ən yaxın dostunuz olmasını və istədiyiniz zaman ona telefonla zəng edə bilməyinizi arzuladığınız bir kitabdır.

Hamının Arzuladığı Hiss (Rəy)

“KVAN”. Bu sözü ilk dəfə Coşqundan eşitmişdim. O da “kvan” sözünü elə ilk dəfə mənə demişdi. Söz vaxtına çəkər, 2015-ci ilin payızında “Yeganə” şadlıq sarayının yanı ilə, bir vaxtlar “breakdance” oynadığımız (daha doğrusu, Coşqunun oynadığı və mənim isə oynamağa çalışdığım) parkdan başlayaraq bizimlə birlikdə “böyüyən” və əvvəlki səssizliyindən əsər-əlamət qalmayan, səs-küylü küçə boyunca “Memar Əcəmi” metrosuna tərəf söhbət edə-edə gedirdik. Söhbət əsnasında Coşqun yazmağı planlaşdırdığı kitabdan söz açdı və kitabın adının “KVAN” olacağını dedi. Əlbəttə, bu, təsadüfən verilmiş bir qərar deyildi. Uzun illərin “kitab qurdları” kimi, kitablar, ədəbiyyat bizi həmişə özünə çəkirdi. Coşqun isə nəhayət ki, oxucu kimliyindən yazıçılığa ilk addımını atmaq qərarına gəlmişdi. 

“Söz uçar, yazı qalar” deyiblər. Coşqun da yazmağa başladı. Gecə-gündüz demədən, işin-gücün arasında, gündəlik problemlərin məngənəsində boş vaxt tapan kimi yazdı. Yazdı ki, izi qalsın və çox keçmədən düşüncələr kitaba çevrildi. Necə deyərlər, ətə-cana gəldi və “KVAN” kimi göründü. Yeni il qabağı səbirsizliklə gözlədiyim həmin e-poçt məktubu gəldi: “KVAN FULL.docx”. Qoşmanı həyəcanla yüklədim və onu birnəfəsə oxudum. Beləliklə, “KVAN”ın ilk oxucusu mən oldum. 

Məndən sonra “KVAN”ı minlərlə insan oxudu, on il ərzində təkrar-təkrar nəşr olundu. İstər gənc, istər yaşlı – hər kəs bu kitabda özü üçün nə isə tapdı. Bəs “KVAN”ın uğurlu olmasının sirri nədədir? İlk növbədə səmimiyyətində və gerçəkliyində. Coşqun “KVAN”da öz həyatını, yaşadıqlarını, hisslərini qələmə almışdı. Nə varsa, necə varsa, elə də yazmışdı. “Nəsimi” filmində Topal Teymurun dediyi kimi, “bəzək-düzəksiz, sadə el dilində”. Süni zəka proqramları vasitəsilə yazıldığı elə ilk cümlələrdən hiss olunan eynitipli mətnlərin bombardmanına məruz qaldığımız bu günlərdə “KVAN” təbii üslubu, axıcı və oxunaqlı dili ilə əsl kitabın və əsl yazıçının nə olduğunu bizə bir daha xatırladır. 

“KVAN”ı, adətən, fərdi inkişaf kateqoriyasına aid edirlər. Məncə, “KVAN” fərqlidir. O, Beverli-Hillzdə yaşayan və ya satacaq “Ferrari”si olan “guru”ların, bəlkə də, ömürləri boyu rahatlığı yaşamayan insanlara komfort zonalarından çıxmaq ilə bağlı verdikləri klişe məsləhətlərdən ibarət deyil. Uğur qazanmağın və ya xoşbəxt olmağın düsturu da deyil. Coşqun dərs vermir, nəsihət vermir. O, sadəcə, söhbət edir – öz həyat hekayəsini, hisslərini, dünyaya baxışını bölüşür. “KVAN” – Holden Kolfildin dediyi kimi, oxuyub bitirdikdən sonra onu yazan müəllifin sizin ən yaxın dostunuz olmasını və istədiyiniz zaman ona telefonla zəng edə bilməyinizi arzuladığınız bir kitabdır. Bəxtim gətirib ki, Coşqun mənim ən yaxın dostumdur. 

Mənə elə gəlir ki, “KVAN”ı oxuculara sevdirən təkcə onun məzmunu deyil. Bununla bağlı bəzi hekayələri  Coşqundan eşitmişəm, bəzisinin şahidi olmuşam, bəzisinin isə iştirakçısı. Düşünürəm ki, “KVAN”ın ən önəmli keyfiyyəti onun oxucuda yaratdığı hissdir. Çünki “Əcəmi” metrosuna tərəf gəzə-gəzə söhbət etdiyimiz həmin gün Coşqunun mənə dediyi kimi, ““KVAN”, sadəcə, kitab deyil, hissdir. 

Hamının arzuladığı hiss”. 

Elnur Əliyev 

Digər məqalələr

Cekpot Haqqında Hekayə

Cekpot Haqqında Hekayə

  • 77 Baxış
  • 21.06.2026
  • 6 dəq oxuma
Bu arada onu da deyim ki, cekpotların dünyasında hər şey yağ və bal kimi getmir. O qədər mənfi şeylər də baş verir ki, həmin müddət ərzində. Balans ol ...
Hər kəs
Daha çox
Bir Fincanın Hekayəsi

Bir Fincanın Hekayəsi

  • 96 Baxış
  • 16.06.2026
  • 3 dəq oxuma
Şagirdlərin çoxu inana bilmirdi ki, 40 yaşım var. Bir çoxu məni müəllim işlədiyimə görə qınayırdı. (Onlara elə gəlirdi ki, belə maraqlı həyat yaşamış ...
Hər kəs
Daha çox
kofe.al

Biz hər zaman istedadlı və yaradıcı insanların axtarışındayıq. Özünüzü tanıtmaqdan çəkinməyin!

Xüsusiyyətlər
  • Dəstək
  • Abunəlik
  • Mağaza
  • QR kodlar
  • Patreon Alternativi
İnteqrasiyalar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Haqqımızda
  • Qaydalar
  • Məxfilik

Copyright © 2026 BONPARA layihəsi. Bütün hüquqlar qorunur.