Daim axtaranlar olur. Baxırsan ki, El Qrekoya məktublar yazan yunan kimi daim dağlarda peyğəmbərlə görüşü axtarırlar. Dağlar qalmır amma yunan hələ də axtarır. Axtaranlar üçün tapmaq heç də səadət deyilmiş. Adamlar elə o bilinməz və görünməzə sevdalanıb. Bir də heç axtarmayanlar olur. Sanki doğuşdan tapmışam sakitliyi və əminliyi ilə yaşayır bu insanlar. O qədər əmindirlər ki, onların yanında olmaq bəzən çox qorxudur. Deyirsən ki, bu qədər sadədirsə bəs mən nə əcəb görə bilmirəm? Bu adamların sazında elə bir nəğmə dınqıldanır. Dindirsən deyirlər ki, bu nəğməni tapmaq üçün bir ömür yaşayanlar var. Daim axtaranlar dünyanın hər yerində pərvaz edir. Tapmışlar isə mağarada sərinlənir. Bir də ortada qalanlar var. Baxırsan ki, bir gözü dünyada qalıb bir gözü də mağarada. Gah pərvaz edənlərlə pərvaz edir. Gah da sərinlənir. Sanki bu insanlar üçün axtarışın özü deyil də yolu gedənlərlə olmaq daha vacibdir. Əmin olanlarla necə də əmin olurlar?! Belə bir fikir yaranır ki, bu insanlar başqa insanların nə zamansa onları tapacağını umur. Amma bunu sakitcə edir. Yeni yollar axtaranları salamlayıram. Bütün yollar Romaya aparır deyənləri salamlayıram. Yol fərq etmir məni də yollayın deyənləri də salamlayıram. O gün olsun bu 3 personaj bir masa ətrafında oturub dərdləşə bilməyi öyrənsin. Foto kredit: Ataya Atayeva (Polşa)
