Öz biznesi üçün avtomobilini satan adamın hekayəsi

Papa John’s bu gün dünyanın ən tanınmış pizza brendlərindən biridir və bu uğurun arxasında sadə bir ideya və böyük əzm dayanır. Şirkətin qurucusu John Schnatter keyfiyyətə verdiyi önəmlə fast-food sənayesində fərqli yol seçən sahibkarlardan biri kimi tanınır.


144 baxış
29.01.2026
1 dəq oxuma

John Schnatter 1961-ci ildə ABŞ-də anadan olub. 1984-cü ildə ailəsinə məxsus barın arxa hissəsində, cəmi bir soba ilə pizza bişirməyə başlayır. İlk biznesini qurmaq üçün o, sevdiyi 1971-ci il Camaro avtomobilini satır. Bu addım onun sahibkarlıq yolunda dönüş nöqtəsinə çevrilir.

Schnatter-in əsas fəlsəfəsi keyfiyyət idi. O, daha yaxşı inqrediyentlərin daha yaxşı pizza yaradacağına inanırdı. Bu düşüncə Papa John’s brendinin şüarına çevrildi və şirkəti rəqiblərindən fərqləndirdi.

Papa John’s qısa müddətdə populyarlaşır və françayzinq modeli sayəsində ABŞ-də daha sonra beynəlxalq bazarda sürətlə yayılır. Şirkət təkcə pizza satmırdı, eyni zamanda standart, keyfiyyət və brend etibarı satırdı.

İllər ərzində Papa John’s bir çox ölkədə fəaliyyət göstərir və minlərlə restorana sahib olur.

Dünyanın ən böyük pizza şəbəkələrindən birinə çevrilir.John Schnatter uzun müddət şirkətin siması və əsas ideya müəllifi olur.

O, risk alaraq keyfiyyətdən imtina etmir və sadə bir mətbəxdən qlobal brend yaratmağı bacarır.