Jeff Bezos 1964-cü ildə ABŞ-də anadan olub. O, Wall Street-də uğurlu karyeraya sahib olsa da, 1994-cü ildə riskli, amma cəsarətli bir qərar verir və stabil işindən ayrılaraq internetin gələcəyinə inanır və Amazon-u qurur.
İlk illərdə şirkət sadəcə onlayn kitab satışı ilə məşğul idi.
Bezos-un əsas fəlsəfəsi sadə idi “Müştəri hər şeydən önəmlidir.”
Bu yanaşma Amazon-un sürətlə böyüməsinin əsas səbəblərindən olur və zamanla şirkət kitabdan elektronika, geyimdən bulud texnologiyalarına qədər genişlənir.
Prime xidməti ilə sürətli çatdırmanı,AWS ilə bulud texnologiyalarını,kindle ilə oxu vərdişlərinidəyişdirir.
Jeff Bezos risk almağı, uzunmüddətli düşünməyi və innovasiyanı biznesin mərkəzinə qoydu.
Böyük imkanlar dəyişiklikdən qorxmayanda yaranır, qısa qazanc yox, uzun vizyonla kiçik ideyalar böyük sistemlərə çevrilə bilər.
Jeff Bezos Amazon-u sadəcə bir şirkət deyil, yaşayış tərzinə çevirdi. Onun hekayəsi sübut edir ki, gələcəyi görən və risk edənlər dünyanı formalaşdırır.
