Karl Benz 1844-cü ildə Almaniyada anadan olub. Uşaqlıqdan texnologiya və mexanikaya böyük maraq göstərib. Maddi çətinliklər, uğursuz biznes cəhdləri və borclara baxmayaraq, o, ixtirasından vaz keçməyib. Bir çox investor onun ideyasına inanmasa da, Benz öz yolunda israrla davam edib.
1885-ci ildə Karl Benz daxiliyanma mühərriki ilə işləyən ilk praktik avtomobili Benz Patent-Motorwageni icad edir. Bu ixtira avtomobil tarixində dönüş nöqtəsi olur. 1886-cı ildə isə bu nəqliyyat vasitəsi rəsmi olaraq patentləşdirilir və Karl Benz tarixə ilk avtomobilin ixtiraçısı kimi düşür.
Karl Benzin şirkəti sonradan Gottlieb Daimler-in şirkəti ilə birləşir və Mercedes-Benz brendi yaranır. “Mercedes” adı Daimler-in tərəfdaşının qızının adından götürülwr. Bu birləşmə avtomobil sənayesində keyfiyyət, innovasiya və etibarın simvoluna çevrilir.
Mercedes-Benz mühəndislik dəqiqliyinin,texnoloji yeniliyin,lüks və təhlükəsizliyin simvolu kimi tanınır.
Bu dəyərlərin təməlində Karl Benzin vizyonu və əzmi dayanır.
Karl Benz sübut etdi ki, bir ideya dünyanı dəyişə bilər. Onun hekayəsi innovasiya, səbr və inamın gücünü göstərir. Bu gün yollarda hərəkət edən milyonlarla avtomobilin başlanğıc nöqtəsində Karl Benzin cəsarətli addımı dayanır.
