Kofe Al
  • Üzvlərimiz
  • Bloq
  • FAQ
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
  • Daxil ol Qeydiyyat
Kofe Al
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский

Sevdiyin işlə məşğul ol, izləyicilərindən dəstək qazan!

  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
    • Üzvlərimiz
    • Bloq
    • FAQ
Daxil ol Qeydiyyat
Bizi izləyin
Fəridə Ziyadova
  • Bakının sığortalı binaları
    Fəridə Ziyadova
  • 9 Baxış
  • 29.06.2026
  • 1 dəq oxuma

Bakının sığortalı binaları

Bakıda indiyədək 9 sığorta cəmiyyətinə məxsus lövhə tapmışam.

Bakının sığortalı binaları

1666-cı ildə Londonda günlərlə davam edən böyük yanğın nəticəsində 13 minə yaxın fərdi və ictimai bina yanır. Bu hadisədən sonra binaların yanğından sığortalanmasına başlanılır. Beləliklə, İngiltərədə ilk sığorta cəmiyyətləri yaranır. Sonradan bu təcrübə Avropaya, oradan isə çar Rusiyasına keçərək geniş yayılır.

Çar Rusiyasında ilk sığorta cəmiyyəti – «Birinci Rusiya Sığorta Cəmiyyəti» – 1827-ci ildə yaradılır.

Hər sığorta cəmiyyətinin özünəməxsus lövhəsi olub. Bu lövhələr, adətən, misdən və ya bürüncdən hazırlanaraq binanın fasadına vurulurdu. Lövhələrin üzərində binanı sığortalayan cəmiyyətin adı qeyd olunurdu. Bəzən il də olurdu, bu, cəmiyyətin yaranma tarixi idi.

Binaların sığortalanması 1960-cı illərə qədər davam edib.

Bakıda indiyədək 9 sığorta cəmiyyətinə məxsus lövhə tapmışam: «Birinci Rusiya Sığorta Cəmiyyəti» (1827), «Salamandra» (1846), «Moskva» (1858), «Sankt-Peterburq» (1858), «Şimal» (1872), «Rusiya» (1881), «Rus Sığorta Cəmiyyəti» (1867), «Lövbər» (19-cu əsrin ikinci yarısı) və «İkinci Rusiya Sığorta Cəmiyyəti» (1835).

Təəssüf ki, sığortalı binaların çoxu sökülüb. Lövhələr isə yoxa çıxır.

Yeri gəlmişkən, Gəncədə də sığorta lövhəsi olan binalar var.

Gallery Images
Gallery Images
Gallery Images
Gallery Images

Digər məqalələr

kofe.al

Biz hər zaman istedadlı və yaradıcı insanların axtarışındayıq. Özünüzü tanıtmaqdan çəkinməyin!

Xüsusiyyətlər
  • Dəstək
  • Abunəlik
  • Mağaza
  • QR kodlar
  • Patreon Alternativi
İnteqrasiyalar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Haqqımızda
  • Qaydalar
  • Məxfilik

Copyright © 2026 BONPARA layihəsi. Bütün hüquqlar qorunur.